Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə24/78
tarix02.01.2022
ölçüsü1,23 Mb.
#40897
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   78
Yekun nəticə üsulu. Geniş yayılnuş bu üsula görə yalnız 
o  təbii  ehtiyatların  iqtisadi  qiyməti  (dəyəri)  var  ki,  onlar  gəlir 
gətirsin. Başqa sözlə, resursun qiyməti ilkin məhsulun pulla ifadəsi 
ilə təyin edilir. Çünki, təbii ehtiyatların istismarı sayəsində istehsal 
olunur.  Həmin  qiymət  eyni  zamanda  əldə  edilmiş  gəlirlə  cari 
xərclərin fərqi kimi də təyin edilir. 
Təbiətdən səmərəli istifadə nöqteyi-nəzərindən bu üsulun 
da  xeyli  qüsuru  (nöqsanı)  vardır.  Əvvələn,  istənilən  təbii  ehtiyat 
üçün ilkin məhsulun dəyərini təyin etmək olmur. Məsələn, xam neft 
müəyyən  əmtəə  dəyərinə  malikdir,  halbuki  sudan  gəlirin  ilkin 
məhsul  kimi  ayrılması  mürəkkəb  problemdir.  Əgər  o,  əmtəə 
(məsələn, mineral su) deyilsə, yalnız içmək üçün yararlıdır, ikincisi, 
ehtiyatın istifadəsindən gəlir həm birbaşa, həm də dolayısı ola bilər 
ki, onları adekvat qiymətləndirmək çox mürəkkəbdir. Bu, xüsusən, 
rekreasiya  (istirahət)  məqsədi  ilə  istifadə  edilən  təbii  ehtiyatlara, 
iqlim  amillərinə  aid  edilə  bilər.  Üçüncüsü,  bu  üsulda  vaxt  amili 
nəzərə alınmır. İstifadə edilməyən ehtiyat bu üsulla qiyməti təyin 
edilməyən  ehtiyat  ola  bilər  ki,  hər  hansı  ərazini  mənimsəyəndə 
istifadə edilsin, hətta qıt olsun. 
Xərc-resurs  üsulu.  Bu  üsulda  təbii  resursun  qiyməti 
müəyyən edilərkən onun mənimsənilməsinə çəkilən xərc, isti 
67 


fadəsindən gələn gəlirlə birləşdirilir. Bu üsulun üstünlüyü ondadır 
ki, bu üsulla alınan qiymət əvvəlkilərdən çox olacaqdır. Bu isə təbii 
ehtiyatların səmərəli istifadəsində stimullaşdırmaya imkan -yaradır. 
Lakin bunun da yuxarıdakı üsullara xas olan nöqsanları vardır. 
Renta  üsulu.  Əksər  alimlər  təbii  ehtiyatların 
qiymətləndirilməsində bu üsulu ən düzgün hesab edirlər. Lakin bu 
nəzəriyyənin traktovkası çox müxtəlifdir, onun hesablanması üçün 
təklif  edilən  yollar  da  mürəkkəbdir.  Bir  çox  təbii  ehtiyatlar  üçün 
hələ heç işlənməmişdir. 
Bu  mürəkkəblik  və  qeyri-müəyyənlik  qiymətlərin  və 
ödəmələrin renta qiymətləndirilməsini çətinləşdirir. Onun müəyyən 
pozitiv momentləri aşağıdakılardır: 
a) renta qiymətləndirilməsində ən yaxşı ehtiyatın qiyməti 
də yüksək olur; 
b) ehtiyatın mənimsənilməsinə çəkilən xərc orta qiymətlə 
ölçülür, deməli, bu qiymətləndirmə daha obyektivdir; 
v)  resurs  mülkiyyətçisi  ilə  ondan  istifadə  edən  arasında 
(renta ödəmələri üçün) bölgü əsaslandırılmışdır; 
q)  renta  qiymətləndirməsi  təbii  resursun  məhdudiyyət 
faktını nəzərə alır. 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin