fadəsindən gələn gəlirlə birləşdirilir. Bu üsulun üstünlüyü ondadır
ki, bu üsulla alınan qiymət əvvəlkilərdən çox olacaqdır. Bu isə təbii
ehtiyatların səmərəli istifadəsində stimullaşdırmaya imkan -yaradır.
Lakin bunun da yuxarıdakı üsullara xas olan nöqsanları vardır.
Renta üsulu. Əksər alimlər təbii ehtiyatların
qiymətləndirilməsində bu üsulu ən düzgün hesab edirlər. Lakin bu
nəzəriyyənin traktovkası çox müxtəlifdir, onun hesablanması üçün
təklif edilən yollar da mürəkkəbdir. Bir çox təbii ehtiyatlar üçün
hələ heç işlənməmişdir.
Bu mürəkkəblik və qeyri-müəyyənlik qiymətlərin və
ödəmələrin renta qiymətləndirilməsini çətinləşdirir. Onun müəyyən
pozitiv momentləri aşağıdakılardır:
a) renta qiymətləndirilməsində ən yaxşı ehtiyatın qiyməti
də yüksək olur;
b) ehtiyatın mənimsənilməsinə çəkilən
xərc orta qiymətlə
ölçülür, deməli, bu qiymətləndirmə daha obyektivdir;
v) resurs mülkiyyətçisi ilə ondan istifadə edən arasında
(renta ödəmələri üçün) bölgü əsaslandırılmışdır;
q) renta qiymətləndirməsi təbii resursun məhdudiyyət
faktını nəzərə alır.
Dostları ilə paylaş: