tələbatı ödəmək üçün onlara təbiətin töhfəsidir. Hər bir istənilən
iqtisadi qiymətləndirmənin ölçüsü əməkdir. Əmək, təkrar istehsalı
bərpaya, qoruyub saxlamağa, məhsuldarhğı artırmağa sərf
olunmuş, ya da bu və ya digər ehtiyatın istifadəsindən qənaət
edilmiş əməkdir.
Ümumi planda təbiətdən istifadədə tətbiq olunan iqtisadi
qiymətləndirmə təbiət resurslarının iqtisadi qiymətinin pul vahidi
ilə, balla, yaxud natural qiymətlərlə müəyyən edilir.
Bunu monetar
üsul da adlandırırlar. Prinsip etibarı ilə, bütün təbii rifahlan
(bəxşeyişləri) və xidmətləri dəqiq qiymətləndirmək olmaz. Elə
unikal (nadir) obyektlər var ki, qiymətsizdir. Təbiətdən istifadədə
bir çox hallarda ənənəvi bazar yoxdur və müvafiq olaraq standart
tələb
və
təklif
də
yoxdur.
Qıt
olan
resursların
qiymətləndirilməsində problemlər də az olur. Təbii ehtiyatlar nə
qədər məhduddursa (azdırsa), onun qiyməti bir o qədər yuxarı olur.
Lakin bazar qiymətləri heç də həmişə təbii ehtiyatların qıtlığı
(azlığı) haqqında işarə vermir. Belə hallarda digər qiymətləndirmə
üsullarından istifadə etmək lazım gəlir.
Təbii zənginliklərin iqtisadi qiymətini təyin etmək üçün ən
vacibi «ödəməyə hazır olmaq» konsepsiyasıdır (sxem 10).
Sxem 10. «Ödəməyə hazır olmaq» konsepsiyasının
modeli
Tarazlıq qiyməti resursun yalnız minimum qiymətini
göstərir. Adətən, qiymətlərdə «eksternallar» nəzərə alınmır.
Bu isə
ətraf mühitin istifadəsinin və mühafizəsinin
səmərəsinə sti-
59
əsaslandırır. Tam iqtisadi qiymətləndirmənin əsas toplananları
aşağıdakılardır:
1) İstifadənin qiyməti (əhəmiyyəti);
2) İstifadə ilə əlaqədar olmayan qiymət.
Öz növbəsində istifadə qiyməti həm birbaşa, həm də
dolayısı istifadədən ibarətdir. Ekoloji rifahlardan faktiki və birbaşa
istifadə qiyməti əldə olunan gəlirin köməkliyi ilə ölçülə bilər.
Dolayısı istifadənin qiyməti estetik, rekreasiya və s. tələbatların
ödənilməsi sayəsində əldə edilən əlavə gəlir ilə ölçülür.
İstifadə ilə əlaqədar olmayan qiymət 3 elementdən
ibarətdir:
a) təxirə salınmış alternativ qiymət (gələcək istifadənin
verəcəyi fayda);
b) irs qiyməti (gələcək nəslin istifadə edəcəyi fayda);
v) həyat (mövcudolma, yaşayış) qiyməti (təmiz,
rəngarəng və məhsuldar ətraf təbii mühitin faktiki verdiyi fayda).
Dostları ilə paylaş: