tənzimləmə ekoloji sabit inkişaf nəzəriyyəsinə tamamilə uyğun
gəlir. Bir çox ölkələrdə, həmçinin Rusiyada dövlətin qarant
kimi ətraf mühitin tamlığını və ekoloji təhlükəsizliyinin təmin
edilməsi keşiyində olduğu qeyd edilir. Habelə qeyd edilir ki,
bazar mexanizmləri dövlət tənzimləməsi ilə birlikdə iqtisadi
stimulu formalaşdırmalıdır.
47
3.3. Zahiri effektlərin beynəlmiləlləşdirilməsi
Zahiri effektlər üçüncü tərəfə çatdığı bir şəraitdə
müəssisələr (firmalar) optimal miqdardan çox mal istehsal edirlər və
çirkləndiricilərin qiymətləri aşağı düşür. Nəticədə müəssisə ətraf
mühitin çirklənməsinin qarşısını almaq yolları axtarmır.
Çirkləndiricilərin təbiəti mühafizəyə stimulunu artırmaq məqsədilə
zahiri effektləri onların daxili xərclərinə döndərmək zərurəti ortaya
çıxır. Yəni «qurbanlıq ödəyir» prinsipini «çirkləndirici ödəyir»
prinsipinə döndərmək lazım gəlir. İlk dəfə A.Piqu hələ 1932-ci ildə
zahiri effektləri inter- nalizə (döndərmək) etmək üçün düzəlişlər
vergisi (Piquman vergisi) tətbiq etməyi təklif etmişdir. Zahiri
effektlərin inter- nalizə metodları kimi bütün mümkün olan həm
inzibati, həm də iqtisadi xarakterli ekoloji ödəmələr, vergilər və s.
vasitələrdən istifadə etmək olar (8-ci sxemə bax). Ümumi şəkildə
zahiri effektlərin internalizə edilmə prosesi xüsusi (şəxsi) həddi
əlavə xərclərə gətirib çıxarır ki, burada zərərin ödənilməsinə çəkilən
xərclər (MC) ictimai həddi xərcələrə (MCo) daxil edilmir. Başqa
sözlə,
təkliflər
əyrisinin
(S)
əmtəənin
qiymətinin
optimallaşdırılması üçün yerdəyişməsi həyata keçirilməlidir, o
əmtəənin ki, istehsalı zamanı ətraf mühit çirkləndirilir.
8-ci sxemdən görünür ki, firma (müəssisə) özünün
gəlirini maksimum həddə çatdırmaq üçün, böyük həcmdə məhsul
istehsal edir və bununla da əsassız olaraq ətraf mühiti
çirkləndirmənin həcmini artırır. Sosial xərclərin nəzərə alınması
(uçotu) təklif əyrisini sola tərəf hərəkət etdirir, onunla da cəmiyyətin
mənafeini əks etdirir. Nəzəriyyədə zahiri effektlərin qiymət
qoyulması uçotu sadədir, lakin əməli işdə onu həyata keçirmək
çətindir. Zahiri effektlərin beynəlmiləlləşdirilməsi prosesini əlavə
olaraq mürəkkəbləşdirən amillərdən biri də təbii ehtiyatları
çirklənmədən dəyən ziyanın və s. iqtisadi qiymətləndirmə hesabının
aparılmasıdır:
48
Qo Qu
istehsalın
və
çirklənmənin
həcmi
Sxem 8. Zahiri effektlərin beynəlmiləlləşdirilməsi
Tənzim olunan bazann formalaşması o vaxt mümkün olur
ki, qeyri-iqtisadi və iqtisadi stimullar vahid halında sosial və
təsərrüfat subyektlərinin təbii ehtiyatlan qarşıhqlı münasibətləri
mülkiyyət əsasında əlaqəli (bağlı) olsun. Ekoloji tənzimləmədə əsas
diqqət tələbatla «ekoloji əmtəə» təklifi arasındakı optimal
uyğunluğun müəyyən edilməsi və təyin olunmasına yönəlməlidir.
Təbiətdən istifadədə tənzimlənən bazarın modeli ətraf
mühitin çirklənməsini və dəymiş ziyanın qarşısının alınması (ləğvi)
xərcələrini əks etdirməlidir (Bax:sxem 9). Ətraf mühitin
vəziyyətinin pisləşməsindən dəyən zərər (ziyan) çirklənmə artdıqca
həndəsi silsilə ilə artır, amma zərərin ləğvinə çəkilən xərclər isə
ədədi silsilə ilə artır. Əslində ətraf mühitin təmizlik dərəcəsinin
artmasına müvafiq olaraq, zərərin ləğvinə çəkilən xərclər də
artmalıdır.
Q çirklənmənin həcmi(miqdan)
Sxem 9. Ekoloji xərclərin və zərərin ətraf mühitin
çirklənməsindən asılılıqları
49
Əgər ətraf mühitin çirklənməsinə sosial subyektlər
tərəfindən nəzarət edilmirsə, onda müəssisələrə zahiri xərclər sərf
etmək əlverişlidir. Onun üçün həddi fayda əyrisi zərər əyrisi ilə
üst-üstə düşür. Müəssisələrin təbiəti mühafizə fəaliyyətinin tənzim
edildiyi şəraitdə isə, onlara çirklənməni Ao nöqtəsinə qədər
azaltmaq xeyirlidir-yəni optimal həddə qədər. Burada xərclərlə zərər
arasında bərabərlik mövcud olur. Ao nöqtəsi çirklənmənin iqtisadi
optimal həddidir. Bu nöqtədən sağda təbiəti mühafizə fəaliyyətinin
ziyansız (itkisiz) sahəsidir.
Ətraf mühitə zərərli maddələrin atılmasına (axıdılma-
sma) müəssisələr tərəfindən tələbat hər hansı çirklənmə həcminin
ləğvinə yönəldilmiş xərclərdən asılıdır. Təkliflər isə regionun təbii
mühitinin ekoloji (özünübərpa) potensialından asılıdır. Bu potensial
nə qədər az olarsa nəzarətedici orqanlar da axmtıya (tullantıya) o
qədər az icazə verməlidirlər. Ekoloji sferanı tənzimləyərkən həm
tələbata təsir etmək, həm də tullantı (axıntı) təkliflərinə də onların
elastiklik dərəcəsini nəzərə almaqla təsir etmək zəruridir. Ekoloji
potensial özünün məhdud olması ilə əlaqədar olaraq ətraf mühitin
çirklənməsinin artması ilə qeyri-elastik olur. Müəssisələr tərəfindən
çirklənməyə tələbat texnologiya seçimindən, ilkin xammaldan və s.
asılı olacaqdır, çünki onlar ətraf mühiti mühafizə üzrə xərclərə
kifayət qədər təsir edir. Ətraf mühitin ekoloji tutumunun təklif
əyrisinin yerdəyişməsi ekosistemə həddi icazə verilən yüklərin,
cərimələrin, ödəmələrin və s. müəyyənləşməsindən asılı olacaqdır.
Təbiətdən normativ və ödənişli istifadənin prinsiplərinin
birləşməsi əsasında «çirkləndirmə hüququ bazarı»nın formalaşması
(çirkləndirməyə lisenziya bazan) mümkündür. Həmin bazar təyin
edilmiş həddi çirklənmə həcminə görə fəaliyyət göstərir. Tələb və
təklifin tarazlığı o şərtlə yaranır ki, çirklənmə səviyyəsini aşağı
salmaq üçün həddi xərclər eyni olsun. Lakin praktikada həddi
xərclər müxtəlif müəssisələrdə eyni olmur, bu isə çirkləndirmə
hüququ ilə alver etmək hüququna səbəb olur. Əslində çirkləndirmə
hüquqları tələb və təklifin nisbətindən asılı olaraq bazarı
çirkləndirmə hüququnun qiy
50
mətinə gətirib çıxarır. Təcrübə göstərir ki, qısa müddətli aspekt
üçün həm tələb, həm də təklif qiymətdə çox az elastikliyə malik
olur, uzun müddətli dövr üçün isə əksinə, elastiklik artır.
Çirkləndirmə hüququ təcrübədə yalnız ABŞ-da, özü də
atmosfer havasının mühafizəsi üzrə sınaqdan keçirilmişdir.
«Çirkləndirmə hüququ bazarı» çox sadə sxemlə aşağıdakı şəkildə
fəaliyyət göstərməlidir: regionda, yaxud bütün ölkə miqyasında
tullantılar üzrə icazə verilən ümumi yükün nüqdan inqridiyentlər
üzrə müəyyən qərar qəbul edilir. Həmin )mkün miqdarından asılı
olaraq açıq bazarda «çirkləndirmə hüququ» aksiyalan buraxılır və
yayılır. Əslində bazar prosesi hüquqla- nn ilkin paylanmasından
sonra başlayır. Fərz edək ki, «A» firmasında onun məhsuluna
tələbat artır, lakin bunun müqabilində onun tullantısı da artır, amma
çirkləndirmə hüququ isə çox azdır. İstehsalı artırmaq müəssisə üçün
səmərəli olmaya bilər: limiti keçdiyindən cərimə sanksiyalan arta
bilər, yaxud da təbiəti mühafizə xərcləri çoxala bilər. Əksinə «B»
firması isə hər hansı bir səbəbdən (istehsal həcminin azalması, yeni
texnologiyanın tətbiqi, yeni xammal növündən istifadə və s.)
çirklənmədə artıq hüquqa malik olur. Belə bir halda «A» firması
«B» firmasından onun artıq hüququnu ala bilər və istehsalını (həm
də gəlirini) artırar. Həmin metodu hələlik «kollektiv məsuliyyət»
metodu adlandırırlar, çünki «B» firması artıq olan hüququn 100
%-ni yox, azını istifadə edə bilər. Nəticədə hər hansı inqrediyentin
ümumi cəmi lisenziyada olduğundan az olacaqdır. Ətraf mühiti
əlavə çirkləndirmə məcburiyyətində qalan firmalar hüquq satıcısını
tapmaqda xeyli çətinhk çəkirlər, odur ki, dəllal firmalar ortaya çıxır,
onlar artıq hüquqları alır və sonra isə ehtiyacı olanlara satırlar.
Beləliklə də özünəməxsus bank yaranır.
Dostları ilə paylaş: |