lında özünü göstərməlidir. Öz növbəsində təbiətdən istifadənin
mexanizmi isə iqtisadiyyatın bütövlükdə idarə edilməsinin tərkib
hissəsini təşkil edir. Odur ki, həm də sosial-iqtisadi və ekoloji
idarəetmənin metodlarını da razılaşdırmaq (uzlaşdırmaq) lazımdır.
Lakin ekoloji tənzimləmənin konkret metodları təbiətdən istifadə və
ətraf mühitin mühafizəsi sferasının xüsusiyyətləri ilə müəyyən
edilir:
- məhsulun və ekoloji sferanın xidmətlərinin infrastruktur
xassələri ilə;
- təbiətdən istifadədə əsas bərpaedici proseslərin uzun
sürməsi, iqtisadi və təbii proseslərin qovuşması ilə;
- təbii resurslar üzərində mülkiyyət münasibətlərinin
xüsusiyyəti ilə;
- ekoloji sferada bazar münasibətlərinin spesifikası və
dövlətin təbiətdən istifadənin idarə edilməsində nəzərə
çarpacaq rolu ilə.
Bütövlükdə, təbiətdən istifadənin səmərəli təsərrüfat
mexanizmi yuxarıdakı xüsusiyyətləri nəzərə alınmaqla in-
zibati-nəzarət, iqtisadi (bazar, maliyyə-vergi də daxil olmaqla), həm
də sosial-siyasi, psixoloji, əxlaqi-ənənəvi və s. amillərə
söykənməlidir.
İlk vaxtlar, yəni XX əsrin 60-70-ci illərində ətraf
mühitin qorunması əsasən inzibati mexanizmlərə söykənirdi. Onlar
ncokeynsian konsepsiyasına əsaslanırdı. Qadağalar, xüsusi icazələr,
məhdudiyyətlər (limitlər), inzibati və cinayət tədbirləri və s.-dən
istifadə edilirdi. Təbiətdən istifadənin idarə edilməsində iqtisadi
metodlar 80-90-cı illərə təsadüf etmişdir. Onlar bəzən neoklassik
konsepsiyalara (bazar tənzimləməsi prinsiplərinə) əsaslanırdı.
Praktika göstərir ki, inzibati-hüquqi və iqtisadi mexanizmləri
kompleks halında işlətmək lazımdır.
Ekoloji tənzimləmənin inzibati-nəzarət vasitələrinə
aşağıdakılar daxildir:
- təbiəti mühafizə qanunvericiliyi;
- ekoloji standart
və normativlər toplusu;
- təsərrüfat fəaliyyətinin lisenziyalaşdırılması sistemi;
52
- təbiəti mühafizə fəaliyyətinin proqnozlaşdırma, planlaşdırma
və proqramlaşdırma metodları və vasitələri.
İnzibati-nəzarət blokuna eyni zamanda «yumşaq»
vasitələr adlanan tədbirlər də daxildir:
- ekoloji
monitorinq;
- ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) və
layihələrin ekoloji ekspertizası;
- ekoloji audit;
- ekoloji sertifıkasiya;
- ekoloji nəzarət orqanlan ilə təbiətdən istifadəçilər arasında
könüllü razılaşma.
İqtisadi nəzarət vasitələrinə aşağıdakılan aid
etmək
olar:
- təbii ehtiyatlardan istifadəyə görə ödəmə (icarə haqqı);
- təbii ehtiyatların məqsədli istifadədən yaymdınlmasma,
yaxud onlann keyfiyyətinin pisləşməsinə, ziyanlara görə
kompensasiya ödəmələri;
- ətraf mühiti çirkləndirməyə və tullantılann yerləşdirilmə-
sinə
görə ödəmə;
- ekoloji təhlükəli məhsul istehsalına və ekoloji təhlükəli
texnologiyanın
tətbiqinə görə vergi;
- vergilər (vergi qoymalar) üzrə güzəştlər;
- kompensasiya (əvəz)
siyasəti;
- təbiəti mühafizə avadanlığının amortizasiyasının sürətlənmə
(tezləşdirmə) metodu;
- girov sistemi;
- kredit münasibətləri;
- ətraf mühiti mühafizə sığorta fondlarının yaradılması;
- ekoloji lizinq;
- zərərli maddələrin tullantısına verilmiş kvotanın (payın,
hüququn) satılması (o cümlədən regionlararası ticarət
sistemi) və s.
Təbiətdən istifadənin təsərrüfat mexanizminin müəyyən
təminedici (köməkçi), yardımçı sistemlərə ehtiyacı vardır. Məsələn,
kadr təminatı,
elmi-texniki,
elmi-tədqiqat, in-
53
loji tənzimləmənin heç bir vasitəsi hər hansı mübahisəsiz
üstünlüyə malik deyillər. Real həyatda bütün vasitələri eyni
zamanda tətbiq etmək olmaz, onların bəziləri bir-birini əvəz edə,
yaxud da əks istiqamətli funksiyaları yerinə yetirə bilər. Ona görə
do təbiətdən istifadənin təsərrüfat mexanizmini formalaşdıranda
optimal strukturu, inzibati və iqtisadi vasitələri (metodları) və
metodların vəhdətini, habelə cari və perspektiv ekoloji
tənzimləmənin vasitələrini tapmaq lazımdır. Praktika göstərir ki,
iqtisadi mexanizmi formalaşdırarkən əksər ölkələrdə orta hesabla
6-7 elementdən istifadə edilir. Bununla tətbiq edilən ekoloji
tənzimləmənin konkret vasitələri özlərində inzibati, iqtisadi və
bazar münasibətlərini birləşdirirlər. Əslində, prinsip etibarı ilə,
bütün iqtisadi vasitələr, hətta bazaryönlü vasitələr də, dövlət
tərəfindən təyin edilmiş ekoloji standartlara, normativlərə və
limitlərə istinad edirlər. Bu o demək deyil ki, dövlət həmişə birbaşa
və bilavasitə təbiətdən istifadə prosesinə qarışır.
Dövlət həmişə öz nəzarətini məsafədən həyata keçirə
bilər və onunla da demokratik tendensiyalan gücləndirər,
keyfiyyəti yüksəldərək-ekoloji tənzimləmənin çevikliyini artıraraq
idarəetməni səmərəli həyata keçirə bilər.
Dostları ilə paylaş: