arasında civəsiz elektrik akkumulyator batareyalan, qəhvə üçün
süzgəcləri və b. göstərmək olar.
Ekologiya bu gün mallara (əmtəələrə) əlavə istehlak
qiyməti qoyulmasını tələb edir. Alıcılar, ekoloji təmiz məhsul üçün
əmtəələrə əlavə qiymət qoyulmasına yəqin ki, razıdırlar və
məhsulların ekolojiiiyi haqqında informasiyanı çox həssaslıqla
izləyirlər. Təmizlik və keyfiyyət standartları Almaniyada və
Hollandiyada daha çox yüksəkdir. Ekoloji tələblərə müvafiq olaraq
atributikası da dəyişir.
Kanadada üç ağcaqayın yarpağının davamı kimi üç
göyərçin ekoloji təmizlik rəmzinə çevrilmişdir. Yaponiyada həmin
atributika «e» şəkilli yaşıl kürəni qucaqlayan əllərdir. ABŞ-da Yer
kürəsi fonunda xaç, Almaniyada isə 1977-ci ildən «Ekologiyanın
mavi mələyi» diqqəti cəlb edir. Skandinav ölkələrində isə sabit
ekoloji inkişafın simvolu kimi quş təsvir edilir. Avropa İttifaqı
çərçivəsində Avrostandartm markası «ES». Rusiyada məhsulun
ekolojiiiyi «Ekoloji təmiz məhsul» qrifi ilə gedir. Bundan başqa
malların üzərində tərsinə yaşıl əqrəb işarəsi də ekoloji təmizliyə
işarə kimi yox, onu təkrar işlətmək (istifadə etmək) imkanına
işarədir.
Ekoloji sferada aşağıdakı çeşidlər qrupundan ibarət
bazarları ayırmaq olar: 1) təbii ehtiyatların ayrı-ayrı növlərini; 2)
ckotexnikanı; 3) ekoloji təmiz məhsulu; 4) tullantıları; 5) ekoloji
xidməti. Bazarlar bu sferada digər adi bazarlar ilə ümumi cəhətə
malikdirlər, lakin öz spesifikliyi vardır. Yuxarıdakı hər bir bazar
növləri müvafiq strukturlara malikdir. Onların arasında ən çox
maraq doğuran ekoloji xidmətlər bazarıdır. Belə xidmətlərin sayı
hələlik 20-ə qədərdir. Bunlardan ən geniş yayılmışı marketinqdir
(ekoloji təmiz məhsula və texnikaya tələbatı öyrənmək), sonra isə
elmi-tədqiqat-sınaq- konstruktor işləri, «nou-xau», «injinerinq»,
«lisenziya» (xüsusi icazə), lizinq, tədris-təhsil, ixtisası artırma və s.
xidmətlərdir. Ən mütəhərrik sahə tullantılardır, çünki ilkin xammala
qiymətlər getdikcə artmaqdadır. Üstəlik tullantılardan
təkrar
42
Ekoloji şəraitin bazar iqtisadiyyatında yerini təsəvvür
etmək üçün R.Nussbaumun piramidasına diqqət yetirək: onun
fikrincə bu piramidanın əsasını (oturacağını) ətraf mühit və təbii
ehtiyatlar təşkil edir. Yuxarıdakı mərtəbədə fəhlə qüvvəsi və kapital
(sərmayə, pul) yerləşir. Sonrakı mərtəbədə müəssisələr, firmalar
fəaliyyət göstərirlər. Piramidanın zirvəsi bilavasitə məhsullar və
xidmətlər bazarına verilmişdir. Ənənəvi bazar kiçik kontur (dairə)
ilə işləyir və ekoloji
sferaya qismən müdaxilə edir, əsasən
istehsalat
prosesinə təbii ehtiyatların cəlb edilməsi şəraitində özünü büruzə
verir (Bax: sxem 6).
Bazar onunla fərqlənir ki, istehsalçı (satıcı) istehsal
etdiyinin sahibi (mülkiyyətçisi) olur, alıcı isə-aldığı məhsulun
(əmtəənin). Lakin heç də bütün təbiət obyektləri istehsalçıların
mülkiyyəti ola bilməz, çünki onların bəziləri ümumi mülkdir
(əmlakdır) və ya hamının malıdır. Bəzi rifahı formalaşdıran təbii
əsaslar hava, su, ətraf mühitin təmizliyi ilkin istehlaka (tələbata) aid
olub, birbaşa, bilavasitə istifadə olunur və kollektiv (ümumi) irsi
təşkil edirlər. Bunlar isə fərdiyyətləşdirilə bilməz. Eyni zamanda bir
çox rifah elementləri daşma bilməzlər. Lakin bu
0
demək deyildir
ki, bazar münasibətləri ekoloji sferada mövcud ola bilməz. Təbii
obyektləri yeni metodlar, yollar axtarmaq vasitəsilə mülkiyyətin çox
subyektliyi sosial və təsərrüfat subyektlərinin qarşılıqlı əlaqələri
əsasında alqı-satqı prosesinə cəlb etmək vacibdir. Yəni elə etmək
lazımdır ki, bazar münasibətləri böyük dairə üzrə fəaliyyət
göstərsin.
Dostları ilə paylaş: