Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar


IV  FƏSİL  TƏBİİ EHTİYATLARIN QİYMƏTLƏNDİRİLMƏSİ



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə19/78
tarix02.01.2022
ölçüsü1,23 Mb.
#40897
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   78
IV  FƏSİL 
TƏBİİ EHTİYATLARIN QİYMƏTLƏNDİRİLMƏSİ 
4.1.  Təbii ehtiyatların iqtisadi 
qiymətləndirilməsinin zəruriliyi və 
əhəmiyyəti 
Təbiətdən  səmərəli  istifadə,  planlaşdırma,  təbiətdən 
istifadənin  idarə  edilməsi,  habelə  ekoloji-iqtisadi  şəraitin  öncə 
görümü 
(proqnozlaşdırılması) 
təbii-ehtiyat 
potensialının 
ekoloji-iqtisadi qiymətləndirilməsini əhatə edir. 
Təbii  mühit  insanların  həyat  fəaliyyətinə  təminat 
verməklə aşağıdakı funksiyalar yerinə yetirir: 
1)  insanın təbii artımına təminat yaradır; 
2)  təbii ehtiyatlarla təmin edir; • 
3)  tullantıları və çirklənməni assimiliyasiya edir 
(neytrallaşdırır); 
4)  bir çox xidmət sahələrinə təminat yaradır: 
rekreasiya-istirahət, müalicə mənbəyi, estetik və s. 
Göstərilənlərlə yanaşı heç bir iqtisadi sistem (nə bazar, 
nə  də  qiymətləndirmə)  bu  funksiyaların  real  qiymətini  vermək 
qabiliyyətində deyildir və onların adekvat qiymətini müəyyən edə 
bilmirlər.  Ümumi  hal  kimi  ya  «sıfır»  qiymətləndirmə,  ya  da 
adətən, azaldılmış qiymət qəbul edilmişdir. Keçmiş SSRİ-də uzun 
illər  təbii  sərvətlər  pulsuz  istifadə  olunmuşdur,  heç  kimə  də 
mənsub olmamışdır. Bu isə təbiətdən istifadədə israfçılığa səbəb 
olmuşdur.  Əslində  göstərilənləri  qiymətləndirmək  üçün  real 
qiymətlər  lazımdır.  O  cümlədən  təbii  rifah  komponentlərini  də 
qiymətləndirmək  lazım  gəlir.  Lakin  həmişə  təbii  ehtiyatların 
qiymətləndirilməsi  müsbət  olmalıdır.  Təcrübədə  hər  hansı  bir 
rifahın «sıfır» qiyməti də ola bilər, əgər onun fiziki itkisi cəmiyyət 
üçün  həm  bu  gün,  həm  də  gələcəkdə  iqtisadi  itki  ilə  müşaiyət 
olunmursa. 
Təbii amilin əhəmiyyətini, rolunu nəzərə alaraq və dərk 
edərək təbii ehtiyatların payını, iştirak dərəcəsini təsərrü 
56 


fat  fəaliyyətİTidə-əmoyin  nəticələrində,  dəyər  və  qiymət 
göstəricilərində, aşkar etmək, müəyyənləşdirmək, dəqiqləşdirmək, 
kəmiyyət  amillərini  təyin  etmək  zəruridir.  Təbiət  resurslarının 
qiymətləndirilməsi hər hansı problemin həll edilməsində alternativ 
variantların  seçilməsinə  daha  əsaslı  imkan  verə  bilər.  HES-lər 
enerjinin ən ucuz yolla alınmasında ən əlverişli mənbə hesab edilir. 
Lakin bir çox hesablamalardan sonra məlum olur ki, geniş sahədə 
su  altında  qalmış  məhsuldar  torpaqların  ekoloji-iqtisadi  itkisi 
(zərəri) hiss edilir və elektrik enerjisindən alınan effektdən çoxdur. 
Qiymətləndirilmiş  təbii  ehtiyatların  milli  sərvətlər 
sırasına salınması məqsədəuyğun sayılır. Hazırda isə buraya əsas 
kapital, maddi dövri kapital, vətəndaşların şəxsi mülkiyyəti cəlb 
edilir.  Bir  çox  qiymətləndirmələrə  görə  milli  zənginliklərin 
(sərvətlərin)  40  %-dən  çoxu  müasir  statistikada  nəzərə  alınmır. 
İqtisadi  inkişafın  ənənəvi  göstəricilərində  düzəlişlərin  tələb 
olunur.  Onların  arxasında  təbiətin  tənəzzülü  gizlənir.  Adətən, 
ekoloji  amilin  nəzərə  ahnması  (uçotu)  ümumi  daxili  məhsulun, 
təmiz  ümumi  məhsulun  səviyyəsini  aşağı  salır.  Yaponiyada 
1990-cı  ildə  «daxili  ekoloji  məhsul»  ənənəvi  təmiz  ümumi 
məhsuldan  2,31  %  aşağı  və  16,3  %  ekolojisiz  ümumi  daxili 
məhsuldan az olmuşdur. 
BMT  və  bəzi  ölkələr  iqtisadi  inkişafın  əsas 
göstəricilərində «yaşıl» ölçmələr üçün cəhd göstərirlər. Xüsusən, 
yaşıl  hesabların  hazırlanmasına  başlanmış  və  ya  ekoloji-iqtisadi 
uçot  sistemi  tətbiq  edilir.  İnteqrallaşdırılmış  iqtisadi  və  ekoloji 
gös-təricilər sistemi təklif edilir: 
- humanitar inkişaf indeksi (BMT), normal həyat üçün zəruri 
olan ömrün uzunluğunu, bilik səviyyəsini və təbii ehtiyatlara 
malik olmanın səviyyəsini nəzərə alır. 
- sabit  iqtisadi  rifah  indeksi  (səmərəsiz  təsərrüfatçılığm 
ekoloji xarakterli xərclərini nəzərə alan kompleks göstərici). 
Sabit iqtisadi maddi rifah indeksinin müəlliflərindən biri 
Q.Dali göstərir ki, ekoloji «həqiqətlər» qiymətləndirilməli- 
^1 


dir. Real komponentləri makro və mikro səviyyədə iqtisadi 
göstəricilərin tərkib hissəsi kimi qiymətləndirmək lazımdır. 
Təbii  sərvətlərin  iqtisadi  qiymətləndirilməsi  - 
sərvətlərin  təsərrüfat  qiymətlərinin  pulla  ifadəsidir  və  iki  əsas 
funksiyanı yerinə yetirir: 
“ elmi (nəzəri), yəni «nəyə malikik, nəyimiz vardır?» sualına 
cavab verir; 
-  həvəsləndirici (stimullaşdırıcı). 
Təbii  ehtiyatlara  düzgün  qiymət  verməklə  bir  çox 
problemləri müvəffəqiyyətlə həll etmək olar, xüsusilə.' 
-  təbii  ehtiyatların  istifadəsinin  variantlarının  növbəlilik 
dərəcəsini seçməklə; 
-  təbii  ehtiyatlardan  səmərəsiz  istifadədən  dəyən  zərəri  və 
təbiəti  mühafizə  xərclərinin  effektini  (səmərəsini,  xeyrini) 
qiymətləndirməklə; 
-  təbiətdən  səmərəli  istifadənin  stimullaşdırılması  üzrə 
tədbirlərin əməli rolunu qiymətləndirməklə; 
-  təbii  ehtiyatlardan  istifadəyə,  ətraf  mühiti  çirkləndirməyə 
görə  ödəmənin  məbləğinin,  vergilərin  qoyulmasının,  icarə 
ödəmələrinin əsaslandırılması ilə. 
Təbii  ehtiyatlann  iqtisadi  qiymətləndirilməsi  kadastrın 
tərkib  və  çox  vacib  elementidir.  Kadastr  sistemləşdirilmiş 
məlumatların toplusudur: buraya keyfiyyət və kəmiyyətcə təbiət 
obyektlərinin və hadisələrin siyahısı cəlb edilir. Kadastrlar təbii 
ehtiyatların  növləri  üzrə  tərtib  edilir:  su,  meşə,  torpaq,  faydalı 
qazıntı  yataqları,  xüsusi  qorunan  ərazilər  və  s.  Təəssüf  ki, 
kadastrlar bütün ehtiyatlar və obyektlər üzrə tərtib edilməmişlər. 
Odur ki, onlar bütövlükdə ərazinin və bütöv ölkənin təbii-ehtiyat 
potensialını qiymətləndirməyə imkan vermirlər. 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin