Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar


V  FƏSİL  TƏBİƏTDƏN İSTİFADƏNİN EKOLOJİ-İQTİSADİ



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə27/78
tarix02.01.2022
ölçüsü1,23 Mb.
#40897
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   78
V  FƏSİL 
TƏBİƏTDƏN İSTİFADƏNİN EKOLOJİ-İQTİSADİ 
TƏHLİLİ, PROQNOZLAŞDIRILMASI VƏ 
PLANLAŞDIRILMASI 
5.1.  Ekoloji-iqtisadi göstəricilər və normativlər sistemi 
Təbii  ehtiyatlardan  uzunmüddətli  istifadə  planının 
hazırlanması  və  həyata  keçirilməsi  prosesi  ətraf  mühitə  təsirin 
qiymətləndirilməsi (ƏMTQ), ekoloji ekspertiza və ekoloji iqtisadi 
normativlər sisteminə əsaslanır. 
Hazırda  informasiya  bəşəriyyətin  gələcək  inkişafını 
müəyyən  edən  resurslardan  birinə  çevrilməkdədir.  Təsadüfi  deyil 
ki,  postsənaye  cəmiyyətini  bir  çoxları  informasiya  cəmiyyəti 
adlandırırlar.  İstənilən  sferada  düzgün  qərarların  qəbul  edilməsi 
əsasən  informasiyanın  tamlığından  və  dəqiqliyindən  asıbdır,  bu, 
xüsusən, ekoloji sahəyə aiddir, belə ki, ekosistemlərə indiki təsir bir 
çox halda özünü yalnız on illərdən sonra göstərməlidir. Təəssüflər 
olsun ki, ekoloji-iqtisadi informasi- yamn çoxluğuna baxmayaraq, o 
həmişə  dəqiq  olmur:  ekoloji  informasiyada  özünəməxsus 
«çirklənmə» gedir, yəni onun informativ qiyməti ucuzlaşır. Belə bir 
şəraitdə ekoloji-iqtisadi göstəricilərin dolayısı hesablama üsullarını 
axtarmaq lazım gəlir. Belə bir şəraitdə mövcud metodlardan istifadə 
edilməsi lazım gəlir. Xüsusilə, balans sistemli, müqayisəli amillər 
üsulu və s. tədbiq etmək lazım gəlir. 
Hazırda ekoloji informasiya aşağıdakılardan ibarətdir: 
-  kütləvi  informasiya  (qəzet,  jurnal,  radio,  tcleverilişlər), 
informasiyanın  bu  növünün  təsir  dairəsi  çox  geniş  olmaqla 
səmərəli təsirə malikdir; 
-  xüsusi informasiyalar (mütəxəssis ekoloqlar üçün); 
-  sənədli informasiyalar: 
-  faktlar informasiyası; 
70 


- statistik hesabatların ilkin və sonrakı məlumatları (istifadə, 
mühafizə, bərpa və s.); 
- təbii mühitin ehtiyatlarının balanslaşmasınm kəmiyyət və 
keyfiyyət göstəriciləri; 
-  ehtiyatlarla təminedilmə səviyyəsi. 
İndiyə  qədər  ekoloji-iqtisadi  göstəricilər  üzrə  əsas 
statistik sənədləşmələr aşağıdälalardır: 
-  atmosfer havasının mühafizəsi-forma 2 TP (hava); 
-  sudan istifadə-forma 2 T (su təsərrüfatı); 
- toksiki tullantıların yaranması, artımı, istifadəsi və 
yerləşdirilməsi hesabatı-forma 2 TP (toksik tullantılar); 
- su mühafizə obyektlərinin tikintisi və çirkli suların axın- 
tısının dayandırılması haqqında hesabat-forma 3 -OS; 
- ekoloji fondun vəsaitlərinin daxil olması və xərclənməsi 
haqqında hesabat-forma № 1 -ekofond; 
- təbiəti mühafizəyə cari xərclər və ekoloji ödəmələr haqqında 
hesabat-forma 4 -OS və s. 
Ekoloji-iqtisadi  vəziyyətin  səciyyəsinin  informasiya 
bazası  kimi  ərazilərin  və  müəssisələrin  ekoloji-iqtisadi 
pasportlarından,  kompleks  sxemlərdən  və  proqramlardan  istifadə 
edilir. Ayrı-ayrı ekoloji xarakterli məlumatları statistik hesabatların 
digər formalarından da əldə etmək olar: meşə, su, kənd təsərrüfatı və 
s.  Ətraf  mühitin  vəziyyətinin  ekoloji-iqtisadi  analizi  üçün 
standartların da böyük əhəmiyyəti vardır. Standartlaşdırma dedikdə 
bütün  obyektlər  üçün  vahid  və  məcburi  tələbatlar  və  normalar 
nəzərdə  tutulur,  müəyyən  dövr  üçün  dəyişməz  olur.  Təbiəti 
mühafizə  üzrə  standartlar  sisteminə  ümumi  sıra  nömrəsi  -17 
olmaqla «Təbiəti mühafizə» bölməsi verilmiş yarım bəndlərdə isə 
konkret  mühit  göstərilmişdir.  Məsələn,  17,1-  «Təbiəti  mühafizə. 
Hidrosfera»  və  s.  Ekoloji  normallaşdırma  çirklənmələri  ətraf 
mühitdə  yol  verilə  bilən  həddə  saxlamaq  üçün  aparılır. 
Normativlər-maddələrin  zaman,  sahə  və  həcm  vahidinə  düşən 
miqdarı ilə müəyyən edilir. 
Ekoloji  normalaşdırmanın  əsas  məqsədi-  iqtisadi  və 
ekoloji proseslərin qarşılıqlı əlaqələrini nizamlamaqdan iba 
71 


rətdir. Həddi yol verilə bilən normativlər ekologiya və iqtisadiyyat 
arasındakı güzəştlərdən ibarətdir. Ekoloji normativlərin əsasını təbii 
tarazlıq  texnoloji  nizamlamaya,  insan  və  ətraf  mühit 
münasibətlərinə dair elmi təhlillər təşkil edir. 
Tullantılara  dair  müvəqqəti  razılaşdırılmış  göstəricilər 
iqtisadiyyatın  (müəssisənin,  təbiətdən  istifadə  subyektlərinin) 
texnoloji  imkanlarına  əsaslanır  və  insana,  təbii  şəraitə  normativ 
təsirə nə dərəcədə əməl  etdiyini göstərir. Elmi-texniki göstəricilər 
bütün parametrlər üzrə insana və ətraf mühitə təsirin həddinə necə 
riayət  edilməsinə  nəzarəti  xarakterizə  edir.  Müvəqqəti 
razılaşdırılmış  göstəricilər  əsasında  ətraf  mühiti  çirk-  ləndirmə 
limitləri təyin edilir. 
Tibbi- ekoloji normativlər isə insan sağlamlığına təhlükə 
təsirinin astanasım (sərhədini) səciyyələndirir. Tibbi göstəricilər iki 
növə  bölünürlər:  1)  Sanitar-gigiyenik  normativlər  zərərli 
maddələrin  hədd  qəlizliyi  (qatılıq  həddi),  radiasiya  təsirinin  yol 
verilən həddi; 2) Ekoloji normativlər - tikinti normaları, qaydaları 
və  s.  Həmin  normalara  nəzarət  məntəqə  və  stansiya  sistemləri  ilə 
həyata  keçirilir.  Bu  göstəricilər  çirklənmə  mənbələrini 
səciyyələndirirlər.  Çirkləndirici  maddənin  elə  qatdıq  həddi  yol 
verilə bilən hesab edilir ki, o insamn sağlamlığına birbaşa və dolayı 
təsir  etmir,  onun  iş  qabiliyyətini  aşağı  salmır,  ümumi 
əhval-ruhiyyəsinə pis təsir göstərmir. 
Hər  bir  çirkləndirici  maddə  üçün  iki  normativ- 
maksimal-birdəfəlik  (15-20  dəqiqə)  və  orta  gündəlik  qatdıq  həddi 
vardır. Havada eyni zamanda bir neçə zərərli maddə olarsa və onlar 
qarşılıqlı  əlaqədə  iştirak  edərsə,  aşağıdakı  effektlərə  malik  ola 
bilərlər:  neytrallaşdırma,  toplanma  və  si-  nergetik.  Zərərli 
maddələrin toplu qatdığı aşağıdakı şərti ödəməlidir: 
Z, Z, 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin