5.2. Ekoloji-iqtisadi təhlil: məzmunu, məqsədi və vəzifələri
Təbiətdən
istifadənin
təsərrüfat
mexanizminin
formalaşması və təkmilləşdirilməsi iqtisadiyyat və ətraf mühitin
qarşılıqlı əlaqəsində mövcud şəraiti qiymətləndirmədən, həmçinin
ekoloji-iqtisadi inkişafın gələcəyini müxtəlif səviyyələrdə təsəvvür
etmədən mümkün deyildir.
Ekoloji sferada proqnozlaşdırma (bilim) və planlaşdırma
cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsinin həmahəngliyi- nin təmin
edilməsində ən əsas istiqamətlərdən biridir. İnkişaf etmiş ölkələrin
təcrübəsi göstərir ki, ekoloji böhranlann dəf edilməsində, ətraf
mühitin qorunub saxlanmasmda, həm milli miqyaslarda, həm də
regional səviyyədə əsas həll edilən vəziyyəti məhz milli fəaliyyət
proqramları oynayır.
73
Ekoloji-iqtisadi proqnozlaşdırma regionun ətraf təbii
mühitinin mövcud vəziyyətinin sosial-iqtisadi inkişafla əlaqədar
olaraq təhlilini aparmaqla tərtib edilir. Ekoloji-iqtisadi analiz region
və firmalar səviyyəsində həm ümumi proqnozlaşdırma, proqram
tərtibetmə və s. üçün, həm də xüsusi -təbiətdən istifadənin pullu
olmasını müəyyən etmək, iqtisadi və inzibati metodların ekoloji
tənzimləmədə effektinin artırılması üçün və s. səbəblərdən ola bilər.
Müasir dövrdə ixtisaslaşmış ekoloji-iqtisadi analiz
apamıaq çox çətindir. İlk növbədə, məqbul metodik baza yoxdur.
İqtisadçılar hələlik ekoloji-iqtisadi analiz sahəsində müəyyən
təcrübəyə və vərdişə malik deyillər.
Ekoloji-iqtisadi analizin predmeti insanlann həyat
fəaliyyətinin və ətraf mühitin vəziyyətinin qarşılıqlı əlaqəsinin
obyektiv və subyektiv amillərin təsiri altmda, özü də ekoloji-
iqtisadi göstəricilər sisteminə əsaslanan proseslərin öyrənilməsidir.
Ekoloji-iqtisadi
analiz
prosesində
səbəb-nəticə
əlaqələri
aşağıdakılarla əlaqəli öyrənilir və müəyyənləşdirilir: «qarşılıqlı
təsir-dəyişikliklər-nəticələr» və bunun əsasında ayrı-ayrı
tendensiyalar (meyllər) və ekoloji-iqtisadi qanunauyğunluqlar aşkar
edilir, mülkiyyətin realizasiya formalarının sistemi işlənib
hazırlanır, ekoloji-iqtisadi ziddiyyətlərin konkret həll edilməsi
yolları müəyyən edilir.
Ekoloji-iqtisadi analizin vəzifələri aşağıdakılardır:
- ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ), ekoloji
ekspertiza (məhsulun, texnologiyanın, layihələrin), habelə
ekoloji-iqtisadi inkişafın proqnozlarının və regional ekoloji
proqramların işlənməsi üçün baza təminatının yaradılması;
- ekoloji və iqtisadi göstəricilərin razılaşdırılması;
- təbiəti mühafizə fəaliyyətinə xərclərin dəqiq uçotu və onun
nəticələrinin təyin edilməsi;
- təbiətdən səmərəsiz istifadədən dəymiş ziyanın müəyyən
edilməsi;
74
- ekoloji-iqtisadi göstəricilərin yekun nəticələrə təsirinin aşkar
edilməsi (xüsusən təbii ehtiyatlara görə ödəmələr, ətraf
mühiti çirkləndirməyə və tullantıları yerləşdirməyə və s. üzrə
ödəmələr);
- təbiəti mühafizə avadanlığından istifadənin təhlili;
- müəssisələr və regionların təbiəti mühafizə fəaliyyətlərinin
müqayisəli təhlili;
- regionun ekoloji-iqtisadi potensialının artırılması, ehti-
yatlarımn axtarılması;
- müəssisələrin material (maddi) balanslarının və ekoloji
pasportlarının müxtəlif formalarının tərtib və təhlil edilməsi;
- ekoloji riskin qiymətləndirilməsi və ekoloji sığortanın tətbiq
edilməsi.
Hazırda müəssisələrin təbiəti mühafizə fəaliyyətini analiz
etmək üçün müəyyən metodik baza mövcuddur və onu regionun
ekoloji-iqtisadi təhlilində istifadə etmək olar. Müqayisəli analizdə
həm də aşağıdakı göstəricilərdən istifadə edilir:
- regional məhsulda və hər adambaşına təbiəti mühafizə
xərclərinin payı;
- hər adambaşına düşən çirkli suların həcmi və yaxud müvafiq
pul vahidinə, regional məhsula görə;
- hər adambaşına görə atmosferə atılan zərərli maddələrin
miqdarının, həmçinin 1 km^ əraziyə yaxud, 1 mln manat- hq
məhsula görə;
- hər adambaşına və 1 km^ əraziyə düşən təbiəti mühafizə
avadanlığının qiyməti;
- regionun iqtisadi sıxlığı (istehsalat həcminin sahə vahidinə
nisbəti);
- ətraf mühitə təsir indeksi əhali sayının, məhsulun bir nəfər
işləyənə görə və istehsal olunan məhsul vahidinə düşən çirkli
maddənin həcmi;
- antropogen yükün indeksi, ölkə əhalisi tərəfindən bio- tanm
istifadəsi: ərzaq, odun, günəş enerjisi və digər enerji
daşıyıcıları kimi;
75
- zorərli maddələrin tutulmasının, təmizlənməsinin,
zərərsizləşdirilməsinin, utilizə edilməsinin faizi.
Bütövlükdə, ekoloji-iqtisadi analizin göstəriciləri sabit
inkişaf göstəriciləri ilə kəsişə bilərlər. Müqayisəli analizdə ərazinin
müvafiq göstəricilərini digər ərazinin göstəriciləri ilə yox, habelə
ölkə üzrə müəyyən edilmiş göstəricilərlə də müqayisə etmək
lazımdır.
Ekoloji-iqtisadi analiz (ətraf təbii mühitə təsərrüfat
fəaliyyətinin təsirinin təhlili) ekoloji-iqtisadi sistemə daxil olan
elementlər arasındakı əlaqələrin kəmiyyət (miqdar) göstəricilərinin
təyin edilməsinə gətirib çıxarmalıdır. Bu ekoloji- iqtisadi sistemin
proqnozunun ilk təyinedicisi olmalıdır. Ərazi ekoloji-iqtisadi təhlili
metodlarından
biri
də
«sahələrarası
əlaqələr»
və
ya
«xərclər-buraxılış» metodudur. Regional ekoloji-iqtisadi analiz
konsepsiyasına müvafiq olaraq, hər bir zonal sektor iqtisadi və
ekoloji yarımsistemlərə bölünürlər, sonra müvafiq proseslər və
alman məhsul arasında ölçü əmsalı aşkar edilir.
Müvafiq ölçü modelinin birinci blokunda təsərrüfat
fəaliyyətinin məhsulları, sütunlarda isə təsərrüfat fəaliyyətinin
növləri göstərilir. Həmin modeldə əmsallar məhsulun hansı vahid
sahədə olmasını da əks etdirir. 2-ci blokun xanaları ekoloji
proseslərdə təsərrüfat fəaliyyəti məhsullarına çəkilən xərcin
əmsalları ilə doldurulur. Analoji olaraq 3-cü blok ekoloji
elementlərin ekosistem daxilində xərclərini əks etdirməli və
nəhayət, 4-cü blokda-təsərrüfat proseslərində ekoloji elementlərin
xərc əmsalları öz əksini tapmalıdır.
Əməli olaraq ekoloji-iqtisadi analizin bu metodunu
təcrübədə informasiya qıtlığı üzündən tətbiq etmək çox çətindir.
Çox vaxt ekoloji-iqtisadi analiz təbiəti mühafizə
xərclərinin strukturunun analizinə gətirib çıxarır. Bu zaman
aşağıdakı vəzifələr qarşıya qoyulur:
- vəsaitlərin məqsədli istifadə edilməsinə nəzarət; təbiəti mühafizə
tədbirlərinin maliyyələşdirilməsinin müxtəlif
76
mənbələrinin istifadəsinin səmərəliliyinin qiymətləndirilməsi
və strukturunun müəyyən edilməsi;
- ekoloji xərclərin həcminin, strukturunun və dinamikasının
analizi;
- ekoloji xərclərin optimal həcminin və istiqamətlərinin
qiymətləndirilməsi;
- təbiəti mühafizə xərclərinin səmərəliliyinin (effektivliyinin)
müəyyən edilməsi;
- planlaşdınlan tədbirlərin xərclərinin maliyyə mənbələri,
istiqamətləri və həcminin təyin edilməsi.
Regionlar (rayonlar, şəhərlər) və bütün ölkə səviyyəsində
ekoloji xərcləri təhlil edərkən müəyyən edilmiş və ümumilikdə
qəbul edilmiş ekoloji-iqtisadi prinsiplərdən istifadə etmək olar.
Xüsusən, ekoloji xərclərin faktiki göstəriciləri ekoloji şəraiti
sabitləşdirmək, ətraf mühitin keyfiyyətini yaxşılaşdmnaq üçün
zəruri olan xərclərlə müqayisə etmək lazımdır.
Həyata keçirilən və nəzərdə tutulan tədbirlərin və
nəticələrin məqbulluğunun (kifayət qədər olduğunu) və keyfiyyətin
obyektiv qiymətləndirilməsi üçün maddi ehtiyatlann balan-
sını-«lstehsalata giriş-daxilolma» və «istehsalatdan çıxış» şərtlərini
təhhl etmək lazımdır. Belə balanslann tərtibini müəssisənin ekoloji
pasportunda da əks etdirmək lazımdır.
Ekoloji-iqtisadi analizin bir bloku da təbiəti mühafizə
fəaliyyətinin təş^lati-texniki səviyyəsinin təhlilinə həsr edilir. Bu
zaman təmizləyici qurğuların və əsas texnoloji avadanlığın
güclərinin (məhsuldarlığının) maksimum uyğunluğu təyin edilir.
5.3. Ətraf mühitə təsirin
qiymətləndirilməsi və ekoloji
ekspertiza
Ətraf mühitə təsirin qiymətləndirilməsi və ekoloji
ekspertiza prosesi həyata keçirilərkən ekoloji-iqtisadi analiz onların
əsasını (bazasım) təşkil etməlidir. Ətraf mühitə təsirin
qiymətləndirilməsi (ƏMTQ) kompleks prosesdir (tədbirdir) və
77
onun həyata keçirilməsində müxtəlif sahələrin mütəxəssisləri, o
cümlədən iqtisadçılar iştirak edirlər. ƏMTQ nəzərdə tutulan
planlaşdırılan fəaliyyətin ətraf mühitin keyfiyyətinə potensial təsirin
dərəcəsini və xüsusiyyətlərini də müəyyən edir. Eyni zamanda
gözlənilən ekoloji və onunla əlaqədar sosial və iqtisadi tədbirlərin
nəticələrinin nə dərəcədə olacağını da nəzərdən keçirmək lazırri
gəlir.
ƏMTQ sənədinin (prosesinin) ən ümdə məqsədi ondan
ibarətdir ki, sifarişçi planlaşdırdığı fəaliyyəti ilə təbiəti mühafizəni
təmin etsin. Əgər dövlət ekoloji ekspertizası ekoloji tələblərin
uçotunun və yerinə yetirilməsinin təmin edilməsində təsərrüfat,
idarəetmə və digər qərarların qəbulunda hüququ bir vasitədirsə,
əksinə ƏMTQ müvafiq təsərrüfat məsələlərinin hazırlanma
mərhələsində həmin tələblərin uçotunu və yerinə yetirilməsini təmin
edən əsas hüquqi vasitədir.
ƏMTQ-nin əsas məqsədi ondan ibarətdir ki, ətraf mühit və
cəmiyyət üçün qeyri-məqbul (yad) olan nəticələrin qarşısını almaq
üçün zəruri olan tədbirlərin aşkarlanmasını və qəbul edilməsini
təmin etsin. ƏMTQ aşağıdakı sənədlərin hazırlanması ilə həyata
keçirilir:
- konsepsiyaların, proqramların və o cümlədən, investisiya
olunan fəaüyyətin müəyyən edilməsi;
- sahələr və ərazilər üzrə sosial-iqtisadi inkişaf planlarının
tərtibi;
- təbii ehtiyatların istifadəsi və mühafizəsi kompleks
sxemlərinin tərtibi;
- şəhərsalmanın sənədləşdirilməsi;
- yeni texnika, texnologiya, maddələr və materialların
hazırlanması üzrə sənədlərin tərtibi;
- investisiya layihələrinin planqabağı əsaslandırılmasının
(yeni
tikinti,
yenidənqurma,
yenidən
təşkil)
rəsmiləşdirilməsi.
Təbiidir ki, ƏMTQ prosesində heç də bütün təsərrüfat
layihələri əhatə olunmur. Ancaq xüsusi təsdiq edilmiş siyahılar
tərtib edilir ki, oraya potensial ekoloji cəhətdən təhlükəli
78
fəaliyyət növləri daxil edilir. Onların siyahıları dövlət (federal)
səviyyələrdə təsdiq edilir. Xüsusilə, ƏMTQ üsullan neftayırma
zavodlan, iri istilik elektrik stansiyaları, atom elektrik stansiyaları,
kimya müəssisələri, avtomagistrallar, sürətli yolları, neft və qaz
kəmərləri və s. ətrafında tətbiq edilməlidir. Xəzərdə- nizneft və
qazın kəşfiyyatı və istismarı ilə əlaqədar bütün layihələr də
ƏMTQ-dən keçməlidir.
ƏMTQ-nin miqyasları və onlara olan tələbatlar da
müxtəlif (fərqli) ola bilər. Bununla yanaşı bütün ƏMTQ-lər üçün
ümumi bir struktur mövcud olmalıdır:
- ilkin informasiyanın toplanması, məsələnin ümumi
vəziyyətinin qiymətləndirilməsi;
- nəzərdə tutulan layihənin həyata keçiriləçəyi rayonun ətraf
mühitinin təsviri;
- qanunlar
və qanunvericilik aktlanmn əhatəliyinin
qiymətləndirilməsi;
- layihənin ətraf mühitə birbaşa, dolayı və potensial təsirinin
qiymətləndirilməsi: cari və uzunmüddətli, cüzi, habelə
dönməz proseslərin nəticələri və s.
- alternativ variantlann baxılması və analizi;
- kompleks tədbirlərin qiymətləndirilməsi və onlann həyata
keçirilməsi üçün zəruri maliyyə vəsaitlərinin ayrılması;
- layihənin həyata keçirilməsinin nəticələrinin struktur
(institutsional) təyinatı;
- monitorinqə tələbatın olub-olmamasını müəyyən etmək və
i.a.
Adətən layihəçilər tərəfindən aparılan ƏMTQ ekoloji
ekspertiza ilə çox sıx əlaqəlidir və oxşar sosial-ekoloji-iqtisadi
göstəricilər sisteminə söykənir. Ekoloji ekspertiza dövlət nəzarət və
planalma orqanları tərəfindən, aparıcı mütəxəssislər və alimlər ilə
birlikdə həyata keçirilir. Dövlət orqanları ilə yanaşı Azərbaycanda
ictimai ekoloji təşkilatlar sahəsində çalışan ekspertlər tərəfindən
aparıla bilər.
79
Layihəqabağı və layihə sənədlərinin razılaşdırılması və
onların ekoloji ekspertizaya təqdimatı bir sıra mərhələlərdən keçir.
İlk dəfə sifarişçi (investor) müvafiq əsaslandırmalarla öz niyyətləri
haqqında bəyanat (deklarasiya) hazırlayır. Sonra respublika və ya
yerli icra hakimiyyəti orqanları ilkin olaraq təsərrüfat fəaliyyətinin
aparılmasına razılıq verirlər. Daha sonra layihəçi obyektin
yerləşdiriləcəyi ərazi haqqında texniki- iqtisadi əsaslandırma (TtƏ)
aparır.
TİƏ çərçivəsində ətraf mühitə təsirin qiymətləndirilməsi
layihəsi (ƏMTQ layihəsi) hazırlanır. ƏMTQ həmin təsirin natural
(həyati) göstəricilərinin təyin edilməsindən başlayır. Yəni istifadəyə
sərf edilən təbii ehtiyatlann həcmi, ərazinin su balansı, xüsusi
qorunan ərazilər, dəyişkənliyə məruz qalan ərazilər, zərərli
maddələrin atılmalarının (axmtılarmın) miqdan, əmələ gələcək
tullantıların, o cümlədən toksik maddələrin insan sağlamlığına
təsiri, səs-küy, elektromaqnit, vibrasiya və s. qiymətləndirilməsi.
Sonra natural göstəricilər əsasında layihələndirilən obyektin ətraf
mühitə və əhali sağlamlığına təsirinin qiymətləndirilməsinin pulla
ifadə edilmiş qiymətləri müəyyən olunur. Təbiəti mühafizə
tədbirlərinin
tövsiyyə
edilməsi,
ekoloji
riskin
və
s.
qiymətləndirilməsi həyata keçirilir.
Növbəti mərhələdə ƏMTQ layihəsi regionda (rayonda)
ekoloji nəzarət və idarəetmə orqanı ilə (zəruri olduqda mərkəzi icra
hakimiyyəti ilə) razılaşdırılır. Nəticədə obyektin yerləşəcəyi ərazi
və təbiətdən istifadə şərtləri dəqiqləşdirilir. Bundan sonra layihəçi
dəqiqləşdirilmiş informasiyadan istifadə edərək, tikintinin TİƏ
konkret müəyyən edilmiş yerə uyğun olaraq tərtib edir. Eyni
zamanda layihənin nəzərdən keçirilməsinə əsasən onun səmərəliliyi
dəqiqləşdirilir və ekoloji riskin qiyməti verilir. Yalnız bundan sonra
dövlət ekoloji ekspertizası həyata keçirilir. Ekoloji ekspertizanın
nəticəsində ekspert komissiyasının rəyi rəsmiləşdirilir. Rəylər
müsbət və yaxud mənfi ola bilər. Ekspertlərin müsbət rəyindən
sonra layihənin tikintisi üçün maliyyələşdirilmə açıla bilər.
80
Ekoloji ekspertizadan başqa investisiya layihələri
auditorlar tərəfindən yoxlanıla bilər. Audit əsaslandınimasının
yekun prosedurası investisiya haqqında niyyət bəyannaməsi və
ekoloji bəyanət verilə bilər. Hər iki sənəd mütəxəssislərin və
əhalinin geniş təbəqəsi üçün hazırlanır. Ekomenecment və eko audit
sistemlərin tələblərinə əsasən Ekoloji bəyanət aşağı- dakılan əhatə
edir:
- meydança
sərhədləri
daxilində
(çərçivəsində)
kompaniyanın fəaliyyətinin təsviri, investisiya layihəsinin
məqsəd və vəzifələri;
- həmin fəaliyyətə aidiyyəti olan bütün mövcud problemlərin
qiymətləndirilməsi;
- zərərli maddələrin atılması və axıdılması haqqında
məlumat, səs-küy çirklənməsi, xammalın sərfi, enerji və
suyun işlənmə miqdarı və s. haqqında informasiya;
- kompaniyanın ekoloji səciyyəsinə aid olan digər amillər
haqqında məlumat;
- kompaniyanın ekoloji siyasətinin əsas müddəalarının
təsviri, təbiəti mühafizə tədbirlərinin proqramı və
idarəetmə sistemi;
- bəyanatın verilmə vaxtı (müddəti).
Yalnız Ekoloji bəyanatın səlahiyyətli orqan tərəfindən
təsdiqi və haqqın (rüsumun) keçirilməsindən sonra sahələrin
(obyektin) qeydiyyatı aparılır.
5.4. Ekoloji audit
Təbiətdən istifadədə idarəetmənin ən əsas vasitələrindən
biri, konkret və ətraflı analizə əsaslanan, müəssisələrdə ekoloji
tələblərə riayət edilməsinin qiymətləndirilməsinə söykənən, ekoloji
auditdir. Ekoloji auditin konsepsiyası ilk dəfə 70-ci illərin sonunda
ABŞ-da hazırlanmış və əvvəlcə kompaniyaların ekoloji qanun və
normativlərə necə əməl etmələrini yoxlamaq üçün tətbiq edilmişdir.
Sonralar bu tədbir (proses) yeni məzmunla zənginləşdi və auditi
bütün digər inkişaf etmiş
81
ölkələrdə də həyata keçirməyə başladılar. Bu ölkələrdə məsləhətçi
firmalar auditin həyata keçirilməsinə xidmət edirlər. Eyni zamanda
bu prosesdə bir çox beynəlxalq təşkilatlar da iştirak edir.
Ekoloji auditin məqsədlərini, vəzifələrini, məzmununu
(prosesi) əsaslandırarkən, bir tərəfdən ona sahibkarlıq kimi, digər
Dostları ilə paylaş: |