4.2.3. İndiyə qədər tətbiq edilən üsulların səmərəlilik dərəcəsinin müəyyən edilməsi Xərc üsulu. Bu üsula əsasən təbii ehtiyatlann
qiymətləndirilməsi onların hasilatına, mənimsənilməsinə yaxud
istifadəsinə çəkilən xərcin həcmi ilə təyin edilir. Keçmiş SSRİ-də
sənaye müəssisələrinin götürdükləri suya görə ödəmələrin həcmi bu
prinsipə əsaslanırdı. Həmin üsulun çatışmayan cəhəti orasında idi
ki, yüksək keyfiyyətli ehtiyat, mənimsənmə üçün daha rahat ərazidə
yerləşərsə, az dəyərə malik qiymətləndirilir, halbuki, onun istehlak
qiyməti «pis» resursa nisbətən daha yuxandır. Bu üsul təbiətdən
səmərəli istifadənin həvəsləndirilmə- sində tətbiq edilə bilməz.