Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə34/78
tarix02.01.2022
ölçüsü1,23 Mb.
#40897
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   78
'■'(1 + 
r
)'
 
(
2

Ekoloji faydanı (E) nəzərə alsaq, onda 
NPY 
 
 
[ U r )  
(3) 
Əgər təmiz cari dəyər (qiymət-NPY) sıfırdan böyükdürsə 
onda layihə səmərəli hesab edilir. Lakin nəzərə almaq lazımdır ki, 
həyatda  (əməli  işdə)  gələcək  potensial  gəliri  bu  günlə  müqayisə 
etsək, qiymətləndirmədə (diskontirovaniyada), ekoloji layihə təhrif 
olunar.  Məsələn,  meşə  80-100  il  ərzində  yetişir,  diskontirovaniye 
əmsalı  (r)  yaxud  effektivliyin  normativ  əmsalı  adətən  8-12  % 
arasında götürülür. Bu gün vəsait xərcləyib Im^ oduncağı 100 ildən 
sonra  almaq  məqsədə  müvafiq  deyildir.  Göstərilən  metodun 
tətbiqinin nəticələri uzunmüddətli təbiəti mühafizə layihələri üçün 
əlverişli deyildir. Belə yanaşma təbii ehtiyatların bu günki qiymətini 
aşağı salır. Gələcək nəsillərin və təbiətin mənafeləri lazımi müdafiə 
olun 
95 


mur.  Bundan  başqa  keçmiş  dəyərin  indiki  qiymətlərlə  ölçülməsi 
(diskontun  yüksək  norması)  resursların  tükənməsinə  yönəldilir. 
Yəni bərpa olunan və bərpa olunmayan təbii ehtiyatların işlənməsini 
həm həvəsləndirir, həm də tezləşdirir. 
Beləliklə,  müasir  iqtisadi  planlaşdırmada  tətbiq  edilən 
yanaşma təbii ehtiyatlann tükənməsinə səbəb olur. Adətən gələcək 
faydanın  ölçülərinin  azalması  baş  verir.  İndiki  iqtisadi  fəaliyyət 
nəsillərin təbii ehtiyatlara olan tələbatını gələcək nəsillərin hesabına 
ödəyir. 
İnvestisiyalann  effektivliyinin  təyini  və  ətraf  mühiti 
mühafizədə  xeyirli  variant  seçmək  üçün  mümkün  olan 
yanaşmalardan  (üsullardan)  biri  «gətirilmiş  xərclər»  üsuludur.  Bu 
metodda  effektin,  faydamn,  ziyanın  və  s.  layihədə  həyata 
keçirilməsində müqayisə üçün başqa variantlar olmur. Əsas odur ki, 
elə variant tapmaq lazımdır ki, qarşıya qoyulmuş məqsədə çatmaq 
üçün xərcləri azaltmaq mümkün olsun. Başqa sözlə, yalnız məqsəd 
və  ona  tələb  olunan  xərc  lazımdır.  Belə  bir  yanaşmada  variant 
seçimi  həm  də  həmişə  ehtiyatların  effektiv  paylanmasını  təmin 
etmir,  belə  ki,  qoyulmuş  məqsəd  səmərəsiz  də  ola  bilər.  Lakin 
metod münasibdir, ona görə ki,  ekoloji  və sosial  faydanı  (effekti) 
layihənin  reahzə  edilməsindən  təyin  etmək  çətindir.  Aynca 
götürülmüş  müəssisə  səviyyəsində  konkret  qərar  qəbul  edərkən  2 
mərhələdə  hərəkət  etmək  lazımdır.  Birincidə  müəssisə  üçün  təyin 
edilmiş  ekoloji  normativləri  pozan  bütün  variantlar  rədd  edilir. 
İkinci mərhələdə ekoloji nöqteyi-nəzərdən qəbul  edilə bilən ən az 
gətirilmiş xərcli variant qəbul edilir. 
C+rK= min. 
(4) 
Burada C-cari istismar xərcləridir
r-diskontir əmsalıdır; 
K-əsaslı vəsaitdir. 
Təsvir  edilən  metod  müqayisəli  iqtisadi  effektivlik 
zamanı istifadə edilir. 
96 


Gətirmə  və  diskontir  metodlarının  ən  əsas  fərqləndirici 
cəhəti  xərclərin  özünü  doğrultma  müddətidir.  Özünü  doğrultma 
müddəti minimal vaxt intervalıdır. Onun sərhədləri daxilində ilkin 
vəsait qoyuluşu və digər xərclər əhatə olunur. 
Məlumdur  ki,  ümumi  effektivlik  -nəticələrin  ehtiyatlara 
çəkilən xərclərinə nisbətidir. Müvəqqəti nümunəvi metodikaya görə 
nəticə  ləğv  olunmuş  (qarşısı  alınmış)  ziyanın  və  xərclərin 
müqayisəsidir.  Belə  halda  əlavə  effektlər  (məs.sosial)  nəzərə 
alınmır. Bu effektlər dolayısı effektlər adlanır. Doğrudan da, bu o 
xidmətlərdir ki, kəmiyyətcə təyin etmək çətindir. 
Bazar şəraitində kommersiya səmərəsini (effektini) təyin 
etmək zəruridir. Ekoloji tədbirlərin təmiz illik kommersiya effekti 
iki  xərcin  fərqi  kimi  müəyyən  edilir:  çirkləndirməyə  görə 
ödəmələrin qənaətinin cəmi (Ənjı) və mühiti mühafizə tədbirlərinə 
çəkilən ümumi xərclər arasındakı fərq (z). 
Belə halda 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin