6.3. Ekoloji xərclər və layihələrin smeta dəyərinin
müəyyən edilməsi
] 0
■
Təbiətdən səmərəli istifadə tədbirlərinin effektivliyi dəqiq
ekoloji xərclərin uçotunun aparılmasını tələb edir. Təbiəti mühafizə
xərcləri-insanlann yaşayış mühitinin keyfiyyəti
103
ni saxlamaq üçün ictimai zəruri xərclərdir. Təbiəti mühafizə
xərclərinin tərkibində aşağıdakı elementləri ayırmaq olar:
1)Ətraf mühitə zərərli maddələrin atılmasını (axıdılması- nı)
azaldan tədbirlərə çəkilən xərclər birbaşa olub çoxsahəlidir:
qurğuların tikintisi, texnologiyaların təkmilləşdirilməsi,
xammalın kompleks istifadəsi, tullantıların duruldulması,
neytrallaşdınlması, basdınlması və s.
2) Təbii ehtiyatlar potensialım saxlamaq üçün xərclər xüsusi
qorunan təbiət ərazilərinin yaradılmasına, bərpa olunan
təbii ehtiyatların təkrar istehsalına və s. sərf edilir;
3) İctimai inkişaf xərcləri-insanların rekreasiya, estetik və
digər tələbatlarının təmin edilməsi.
İqtisadi nöqteyi-nəzərdən insanın ətraf mühitə təsir
fəaliyyəti aşağıdakı xərcləri tələb edir:
- təsirin qarşısının alınması xərclərini;
- iqtisadi ziyanlara sərf edilən xərcləri;
- bilavasitə ziyanın ləğvinə, neytrallaşdırılmasma və
kompensasiyasına yönəldilmiş xərcləri.
Göstərilən xərclər ən effektiv ekoloji xərclər hesab
olunur. Çünki onlar ziyanın qarşısımn alınmasına sərf edilir. Onlar
əsasən mühafizə (preventiv) tədbirlərin yerinə yetirilməsinə
yönəldilir. Onlara yeni aztullantılı, mütərəqqi texnologiyaların
yaradılması, ekoloji təhsil, kadrlar hazırlığı, ƏMTQ, ekoloji
ekspertiza (EE), ekoloji infrastruktur obyektlərinin yaradılması,
ekoloji sığorta və s. daxildir.
Kompensasiya xərclərinin səviyyəsi isə aşağıdakılar ilə
təyin edilə bilər:
- ətraf mühiti tam bərpa etmək üçün maksimal zəruri
xərclərin həcmi;
- minimal effektiv xərclər üzrə, aşağı səviyyəsi, maliyyə
xərcləri;
- prioritet sayılan sahələr üzrə həyata keçirilən xərclər;
- maliyyə cəhətdən məqbul xərclər.
104
Təbiəti mühafizəyə vəsaitlərin maksimum və minimum
xərclərə bölünməsi məqsədəuyğun deyildir.
Bəzən yeni texnologiyaların (kompleks, aztullantılı)
tətbiqi zamanı təbiəti mühafizə xərclərinin hesablanması məsələsi
ortaya çıxır. Burada təbiəti mühafizəyə çəkilən xərci hesablamaq
çətin olur. Tullantılann istifadəsi əlavə məhsul verir və ətraf mühitə
mənfi yükü azaldır. Ona görə də istehsalat prosesini iki yerə bölüb,
həm istehsalata, həm də təbiəti mühafizəyə olan xərcləri təyin
etmək çətindir. Lakin belə bölgü vergi güzəştlərini müəyyən
edərkən lazım gəlir.
Mikroiqtisadi səviyyədə təbiəti mühafizə xərcləri
aşağıdakı qaydada bölünür:
1) Ümumi, yaxud bütövlükdə təbiəti mühafizə tədbirlərinin
realizə edilməsinə çəkilən xərclər;
2) Orta və ya xüsusi-1 ton tullantının (axıntmın)
təmizlənməsinə çəkilən xərclər;
3) Həddi (normativ) xərclər- hər bir əlavə tullantının
(axıntının)
1
tonunu təmizləmək üçün əlavə xərclər.
Bundan başqa, təbiəti mühafizə xərcləri iki dərəcəyə
(növə) bölünür: cari və əsaslı xərclər.
Kapital (əsaslı) xərcləri ekoloji məqsədlər üçün həyata
keçilən, materiallaşdınlan (maddiləşdirilən) xərclərdir. Bəzən
kapital qoyuluşu təbiəti mühafizə fondlannda əhəmiyyətli dərəcədə
böyük ola bilər (bəzi sahələr üzrə 30-40 %).
Ətraf mühiti mühafizə məqsədi daşıyan kapital
qoyuluşuna bir dəfəlik xərclər aid edilir:
- təbiəti mühafizə obyektlərinin rekonstruksiyası və yeni
obyektlərin yaradılması;
- ətraf mühitə mənfi təsiri azaltmaq məqsədilə istehsalat
texnologiyalarmın modernləşdirilməsi;
- istehsalat texnologiyasımn, ətraf mühiti mühafizə
məqsədilə müəyyənləşdirilməsi.
Kapital qoyuluşları əsasən su obyektlərinin, hava
hövzəsinin yə torpaqların mühafirasin^ iştiqaməiləndiri^ Adətən
kapital qoyuluşlarının ən çox payı (faizi) su obyektlə
105
rinin mühafizəsinə yönəldilir. Su obyektlərinin mühafizəsi üçün
əsas kapital qoyuluşlan tikinti üçün birdəfəlik aşağıdakı xərclərdən
ibarət olur:
- istehsalat və kommunal tullantı sulanmn təmizlənməsi
üçün stansiyalar (təmizləyici qurğular), habelə tullantı
sulanmn ilkin təmizlənməsi (lokal təmizləyici qurğular) və
təmizlənmiş sulardan istifadə üçün yenidən təmizləmə
stansiyaları;
- su
mühafizə
zonalarının
kompleks
tədbirlərlə
əlaqələndirilməsi (texnoloji, meşə meliorativ, aqrotexniki,
hid- rotexniki, sanitar və s.);
- neftin,
mazutun toplanması qurğuları, habelə su
akvatoriyalardan zibili və digər tullantıları toplama
qurğuları;
- su
obyektlərini çirkləndirən sənaye tullantılarını
zərərsizləşdirmək üçün poliqon və qurğularm tikilməsi;
- gəmilərdən təsərrüfat sülarmm qəbul edilməsi üçün sahil
qurğularının tikilməsi, habelə zibillərin utiUəşdirilməsi,
anbarlaşdırılması və təmizlənməsi;
- şəhərlərin və yaşayış məntəqələrinin kanalizasiya sis
temlərinin tikintisi və s.
Hava hövzəsinin mühafizəsi üçün xərclər birdəfəlik
aşağıdakı tikinti işlərinə yönəldilir:
- texnoloji xətlərdən, digər çirklənmə mənbələrindən ay-
rüan maddə və qazlann tutulma və zərərsizləşdirilməsi
üçün qurğulann tikintisi;
- nəzarət-tənzimləyici punktlarm tikintisi (əsasən toksik
avtomobil qazların miqdanm müəyyən etmək üçün);
- tüstü borulan, qaz buxarlarının, aspirasiya sistemlərinin
tikintisi;
- sanitar-mühafizə zonalarının sahnması (müəssisələrət- rafı,
yol boyunca və s.).
Torpaqların mühafizəsinə yönəldilən əsaslı vəsaitlərə
daxildir:
106
- eroziyaya, selə, sürüşməyə qarşı hidrotexniki qurğuların
tikilməsi;
- dik yamacların terraslaşdırılması;
- qoruyucu meşə zolaqlarının, o cümlədən tarla qoruyucu və
eroziyaya qarşı meşələrin salınması;
- torpaqların bərpası (rekultivasiyası, reablitasiyası);
- zibil emalı və zibil yandıran zavodların tikintisi.
Cari istismar xərclərinə daxildir: təbiəti mühafizə
istiqamətli əsas fondların saxlanması və qulluq edilməsi, təbiəti
mühafizə ilə əlaqədar xidmətlərin ödənilməsi, cari təbiəti mühafizə
xərclərinin ümumi istehsal xərclərinə görə payı 0,2-3% arasında
dəyişir.
MDB ölkələrində və eləcə də, Rusiyada, o cümlədən,
Azərbaycanda cari xərclər kapital qoyuluşundan ən azı 3 dəfə çox
olub, hava hövzəsinə görə isə 5:1 nisbətindədir. Əlbəttə, göstərilən
vəziyyəti optimal hesab etmək olmaz. ABŞ-da bu . nisbət l:l-dir. Cari
xərclərin çox olması o deməkdir ki, əsaslı təbiəti mühafizə
avadanlıqları uzun müddət istismar edilmir. Ekoloji xərclər istehsalat
xərclərinin tərkib hissəsidir və nəticədə məhsulun qiyməti vasitəsilə
onlarm xərcini alıcı çəkir.
Layihənin
qənaətbəxş
olması
əsaslı
vəsaitin
planlaşdırılması və maliyyələşdirilməsi smetanın zəruri xərclərini
özündə nə dərəcədə əks etdirməsindən asılıdır. Smetanın dəqiqliyi
kompleks işlərin əsaslı (mükəmməl) təyin edilməsindən və irəli
sürülən təkliflərin düzgünlüyündən çox asılıdır.
^
Smeta dəyərinin göstəriciləri layihə hesabatlarının va
riantlarının qiymətləndirilməsində və onlardan ən məqsədəuyğun
olanını seçməkdə istifadə edilir. Smeta əsasında və təqvim planına
müvafiq olaraq layihənin büdcəsi tərtib edilir. Lakin smeta yalnız
layihənin yekun dəyərinin proqnozunu verir və ilkin hesablama
yuvarlaqlaşdırılmış normativlər üzrə TİƏ-nin hazırlanmasında
həyata keçirilir. Obyektin tikintisinin dəyərini müəyyən edən əsas
sənəd- yekun smetanın hesablanmasıdır. Bu iş cari qiymətlər
səviyyəsində tərtib edilir. Həmin sənəd özündə aşağıdakıları
cəmləşdirir:
107
1) Tikinti sahəsinin hazırlanmasını;
2) Tikintinin əsas obyektlərini;
3) Yardımçı istehsalat və xidmət əhəmiyyətli obyektləri;
4) Energetika təsərrüfatı obyektlərini;
5) Nəqliyyat təsərrüfatı və rabitə obyektlərini;
6) Su təchizatı, kanahzasiya, istilik və qaz təchizatı qurğuları
və xarici (bayır) şəbəkələrini;
7) Ərazinin abadlaşdırılması və yaşıllaşdırılmasım;
8) Müvəqqəti bina və qurğularını;
9) Digər işlər və xərcləri;
10) Tikilən müəssisənin müdiriyyətinin saxlanması və
müəllif nəzarətinin həyata keçirilməsi obyektlərini;
11) Layihə və axtarış işlərini.
Yekun smeta hesablamalarının tərtibi lokal (yerli) və
obyekt smetalarına əsaslanır (istinad edir). Burada həmçinin əlavə
xərclər, həm də nəzərə alınmayan (əvvəlcədən görünməyən) işlərin
vəsait ehtiyatları da nəzərdə tutulur. Obyekt smetaları öz tərkibində
lokal smetanın məlumatlarını birləşdirir və onun əsasında obyekt
üçün müqavilə qiymətləri formalaşdırır. Bu halda obyekt
smetasının rolunu lokal smeta oynayır. Obyekt smeta
hesablamalarında (smetada) sətir- bəsətir və həm də yekunda vahid
qiymətlər (dəyərlər), məsələn,
Dostları ilə paylaş: |