1
) təbii ehtiyatlardan istifadə hüququna
görə ödəmə;
2
) təbii ehtiyatların mühafizəsi və artırılması üçün
ödəmə. Təbii ehtiyatlardan istifadə hüququna görə ödəmə,
mülkiyyətin realizasiya forması kimi mütləq həm də diffe- rensial
rentanın alınması deməkdir. Bir halda ki, effektlər müəssisənin
fəaliyyətindən asılı deyil, deməli onlar aimmalıdır. Ödəmələrin
mütləq qiyməti ya tender (konkurs, müsabiqə) yolu ilə müəyyən
edilə bilər, ya da bank faizinin səviyyəsi ilə bağlana bilər. Təbii
ehtiyatlann artmlması və mühafizəsinə görə ödəmə təsərrüfata cəlb
edilmiş təbii ehtiyatların bərpasına çəkilən xərclərdir.
Təbii ehtiyatlardan istifadəyə görə ödəmələrin növləri
aşağıdakılardan ibarətdir:
- Yerin təkindəki istifadəyə görə ödəmələr;
- mineral-xammal bazasımn artınlmasma görə ödəmələr;
- meşə gəliri (meşədən istifadəyə görə);
- sənaye müəssisələrinin su götürməsinə görə ödəmələr;
- torpaqdan istifadəyə görə torpaq vergisi;
- heyvanların ovlanmasına (izazəyə) görə ödəmə;
- təbiətdən istifadəyə görə lisenziya verilməsinə görə ödəniş.
Yer təkindən istifadə edilərkən aşağıdakı ödəmə növləri
həyata keçirilir:
- konkursda (auksionda) iştiraka görə yığım və lisenziya
almağa görə rüsum;
- mineral-xammal bazanın bərpası üçün tutulma.
Yerin təkindən istifadəyə görə bəzən aşağıdakı ödəmələr
də təklif edilir:
- faydalı qazıntı yataqlanmn axtarışı və kəşfiyyatına görə
ödəmələr;
- faydalı qazıntıların hasilatına görə ödəmələr;
117
- Yerin təkindən başqa məqsədlər üçün istifadəyə görə
ödəmələr.
Ödəmələrin formalan birdəfəlik və hasilatdan sonra
müntəzəm olur. Bu ödəmələrin son (yekun) ölçüləri Yer təkindən
istifadə üçün lisenziyada möhkəmləndirilir. Mineral- xammal
bazanın artınlması üçün ödəmələr satılmış məhsulun qiymətindən
pay (faiz) kimi tutulur. Yer təki üçün ödəmələr müxtəlif ölkələrdə
müxtəlif səviyyəli büdcələrə daxil olur. Yer təkinin istifadəsinin
növündən asılı olaraq vəsaitin mərkəzləşdirilməsi və ya büdcələr
arasında paylanması müvafiq qaydalarla müəyyən edilir. Rusiyada
geniş yayılmış faydalı qazıntılara (qum, gil, çınqıl, çaqıl, qumca,
gilcə və s.) görə
100
% yeraltı ödəmə (Yerin təkindən istifadə
hüququna görə ödəmə) yerli büdcələrə daxil olur. Geniş yayılmayan
faydalı qazıntıların hasilatı zamanı ödəmələrin paylanması
aşağıdakı kimi olur- yerli büdcəyə- 50 %, regional (vilayət)
büdcəyə-25 %, federal büdcəyə-25 %. Azərbaycanda hələlik bütün
ödəmələr mərkəzi büdcəyə daxil edilir.
Meşədən istifadəyə görə ödəmələr sistemi:
- meşə gəliri;
- icarə haqqı.
Oduncağın bir dəfəlik köküstü satışında tələb və təklif
nəzərə alına bilər və müvafiq olaraq alver (auksion) aparıla bilər.
Torpağa görə ödəmələrin forması aşağıdakı kimidir:
- torpaq vergisi;
- icarə haqqı;
- torpağın normativ qiyməti.
Torpaq vergisi kənd təsərrüfatı, şəhər, şəhərətrafı, meşə
torpaqları, faydalı qazıntılar olan torpaqlar və digər kateqoriyalı
torpaqlar üçün müəyyən edilmişdir. Torpaq vergisinə torpaq
mülkiyyətçiləri, torpaq sahibləri və torpaqdan istifadə edənlər
məruz qalırlar. Torpaq vergisinin ölçüləri sabit ödəmələr halında
torpaq sahəsi vahidinə, onun keyfiyyəti və məqsədi nəzərə
alınmaqla təyin edilir və il ərzində fəaliyyət
118
göstərir. Qeyri-kənd təsərrüfatı torpaqları üçün vergi təyin edərkən
torpaq vergisinin normativindən əlavə şəhərlərin statusu, kurort
zonası və s. nəzərə alınır. İcarə haqqı sahənin iqtisadi qiymətlərinə
əsasən, bərpa üçün (artırma üçün) xərclərə görə təyin edilir, ölçüləri
(miqdarı, qiyməti) isə tərəflərin qarşı- lıqh razıhğma əsasən
müqavilədə göstərilir.
Torpağın normativ qiyməti-müəyyən keyfiyyətə və
coğrafi yerləşmə mövqeinə malik sahənin hesablama dövrü üçün
potensial özünüdoğrultma (xərclərini çıxarma) ya əsasən dəyərini
səciyyələndirən göstəricidir. Torpağın normativ qiyməti torpağı
mülkiyyətə
verərkən
torpaq
münasibətlərinin
iqtisadi
tənzimlənməsində istifadə edilir. Torpaq irsən keçəndə,
bağışlananda, girov qoyulanda deyilən yanaşma tətbiq edilir. Bu
qiymət torpaq vergisində torpaq sahəsinin vahidinə hasil kimi qəbul
edilməlidir. Rayonun və ya şəhərin inzibati rəhbərliyi onun
qiymətini 25 %-dən çox olmayaraq həm artıra, həm də azalda bilər.
Torpaq vergisinin müxtəlif səviyyəli büdcəyə daxil
olması kənd təsərrüfatı sahələri və şəhər torpaqlan üçün müxtəlifdir.
Rusiyada federal büdcəyə daxil olan verginin miqdarı federasiya
subyektindən asılı olaraq, təbii-coğrafi amilləri nəzərə almaqla
müxtəlif olur. Azərbaycanda torpaqların normativ qiymətləri
kadastr qiymətləridir və coğrafi yerləşmədən və şəhərlərin
məhəllələrinin əhəmiyyətindən asıh olaraq (ekoloji, iqtisadi, inzibati
və s.) hər hansı yüksəldici əmsala vurulur.
Suya görə ödəmə keçmiş Sovet İttifaqında, o cümlədən,
Azərbaycanda, 1982-ci ildən xərc metodu əsasında tətbiq edilirdi.
Hazırda suya görə ödəmələr həm səth suları, həm də yeraltı sular
üçün alınır. Azərbaycanda suya görə ödəmələr 1990-cı ilin
qiymətləri ilə 1992-ci ildən tətbiq edilir, pulun qiymətdən düşməsi
ilə əlaqədar həmin məzənnələr 1995-ci ildə 10 dəfə artınlmışdır.
Lakin artıq o vaxtdan sonra bu qiymətlər də özünü doğrultmur.
Xüsusən, yeraltı suların qiymətləri çox aşağı müəyyən edilmişdir.
Ona görə də içmək üçün tam yararlı şirin yeraltı suların 80-90 %-i
pulsuz (yalnız xidmət haqqı alı
119
nır) istifadə edilir. Kür çayının suyu iki böyük su kəməri vasitəsilə
Bakı şəhərinə verilir. Hazırda Azərbaycanda qazılmış 15000-dən
çox şirin su verən quyuların illik istismar ehtiyatı rəsmi olaraq 5,0
milyard kub.m göstərilmiş, əslində isə 7,0-7,5 milyard kub.m-dir.
Eyni zamanda, yeraltı sular üzrə mineral- xammal bazasını artırmaq
üçün ayırmalar həyata keçirilir və su obyektlərinə çirkli maddələrin
axıdılmasına görə ödəmələr tutulur.
Resurslardan istifadəyə görə ödəmələr Rusiyada Federal,
regional və yerli büdcələrə daxil edilir. Ödəmələrin büdcələr
arasında paylanma nisbəti resursların növündən asıhdır.
Rusiyada təbiətdən istifadədən büdcəyə daxil olan
gəlirlər:
- royaltı payı və sudan istifadəyə görə ödəmələr;
- mineral-xammal bazasının artırılması üçün ayırmalann
(yığımlann) payı;
- torpaq vergisindən və kənd təsərrüfatı torpaqlanmn icarəyə
verilməsindən ahnan gəlirlər;
- alman haqqın müəyyən qismi;
- şəhər və digər yaşayış məntəqələri torpaqlarının icarəyə
verilməsindən alınan vəsaitin müəyyən qismi;
- ətraf mühiti çirkləndirməyə görə ödəmələrin payı
(Rusiyada bu rəqəm 10 %, Azərbaycanda isə 100 % təşkil
edir).
Adətən, təbiətdən istifadədən dövlət büdcəsinə gəlirlərin
məbləği ekoloji məqsədlərə yönəldilən xərclərdən çoxdur. Məsələn,
Rusiyada bu rəqəm 1995-ci ildə gəlir üçün 1,98 %, xərclər isə 1,03
%, 1996-cı ildə isə müvafiq olaraq- 3,2 % və 0,75 % olmuşdur.
Azərbaycanda isə bu rəqəm daha aşağıdır.
Təbii ehtiyatlardan istifadə hüququna görə ödəmələr iki
hissədən ibarətdir:
1
) normativlər hüdudunda (daxilində) istifadə
hüququna görə, 2) normadan artıq istifadəyə görə. Birinci hissə
faktiki olaraq məhsul alıcılarının (istehlakçılann) üzərinə düşür.
Əgər bu ehtiyatlar daha səmərəli istifadə edilərsə istehsalçılar bu
hissədə əlavə gəlir əldə edə bilərlər. Ödəmə
120
lərin ikinci hissəsi istehsalçının gəliri hesabına örtülməlidir, çünki
həmin məbləğ buraxılan məhsulun maya dəyərinə salına bilməz.
Təbii
ehtiyatların
bərpasına
(artırılmasına)
və
mühafizəsinə görə ödəmələr məhsulun maya dəyərinə əlavə edilir
və xüsusi fondların mənbəi olur. Rusiyada ilkin mərhələdə nəzərdə
tutulan üç fonddan (meşə, su və Yerin təki) yalnız Yerin təki üzrə
fond qalmışdır.
Bütövlükdə, qeyd etmək lazımdır ki, təbii ehtiyatlara görə
ödəmələrin qiyməti (ölçüsü) xeyli aşağıdır. Onlann vaxtında
indeksləşdirilməsi həyata keçirilməli, dünya təcrübəsində
ehtiyatlara qiymətqoyma meylləri nəzərə alınmalıdır. Məsələn,
cəriməyə görə ödəmə Rusiyada 5 % təşkil edir, ixracata gedən meşə
materialı üçün bu rəqəm 40 % -dir. Gələcəkdə müxtəlif təbii
ehtiyatlardan istifadəyə görə ödəmələri onların tam iqtisadi
qiymətinə müvafiq olan səviyyəyə qədər mərhələlərlə həyata
keçirtmək lazımdır. Belə halda, ola bilsin ki, renta iqtisadiyyatı
ideyasını həyata keçirmək mümkün olsun. Dövlət büdcəsinin gəlir
hissəsi əsasən rentamn tam həcmdə tutulması hesabına da formalaşa
bilər.
Dostları ilə paylaş: |