sələn, alqı-satqı müqaviləsi yalnız avadanlığın lizinqə verilməsinə
kömək etmir, eyni zamanda həm də lizinq münasibətlərini
tamamlayır (yəni istifadəçi müddət qurtardıqdan sonra həmin
avadanlığı yerli-köklü ala da bilər).
Lizinq
təbiəti
mühafizə
avadanhğımn
ənənəvi
maliyyələşdirilmə mənbəi üçün əlavə amil kimi özünü göstərir.
Özünün iqtisadi mahiyyətinə görə lizinq uzunmüddətli kredit-
ləşdirməyə daha uyğundur. Ekoloji lizinqin üstünlüyü bir də ondadır
ki, lizinq ödəmələrinin qaydalan hər iki tərəfin razılığı ilə (lizinq
satan, lizinq alan) onların maraqlanna uyğun olaraq ödəmələr həyata
keçirilə bilər: həm məbləğ, həm də vaxt baxımından. Bundan başqa
lizinq üçün müxtəlif növ ödəmə forması tətbiq etmək olar. Ödəmələr
məhsulun satışından əldə edilmiş pul (gəlir) hesabına, yaxud hər
hansı bir əmtəə (mal) kimi, hətta qarşıhqlı xidmət kimi də ödənilə
bilər.
Müsbət tərəfləri ilə yanaşı ekoloji lizinqin müəyyən
çatışmazlıqları da vardır. Bu ilk növbədə lizinq alan üçün
avadanlığın baha olmasıdır. Çünki, lizinq alan həmin avadanlığı öz
nəğd vəsaitinə və ya istiqraz hesabına daha ucuz ala bilər. Ona görə
də, lizinq sövdələşməsini bağlamazdan əvvəl hərtərəfli təhlil etmək
lazımdır və onun müəssisənin maliyyə vəziyyətinə təsirini vaxtında
qiymətləndirmək vacibdir. Lizinq biznesi həddindən artıq risklidir
və cəsarət tələb edir. Bu məsələ hüquqi təminatsızlıq şəraitində daha
da çətinliklər yaradır. Lizinq verən üçün operativ lizinq zamam daha
yüksəkdir, çünki bir ildən sonra avadanlığı icarəyə götürən olmazsa,
bu onun üçün ağır maliyyə yükü ola bilər.
Dostları ilə paylaş: