8.1. Təbiətdən istifadə sahəsində ekoloji fondlar sistemi
Təbiətdən istifadənin ödənişli (pullu) sistemi ekoloji
tədbirlərin maliyyələşdirilməsinin əsas mənbəyidir. Təbii
ehtiyatların istifadəyə, ətraf mühiti çirkləndirməyə, tullantıların
ycrləşdirilməsinə görə ödəmələr sistemi, habelə onların tutulması və
istifadəsi təbii ehtiyatlar üzərində mülkiyyət münasibətləri ilə
müəyyən edilir.
Təbiətdən səmərəli istifadə tədbirlərinin əsas mənbələri
aşağıdakılardır:
- müəssisələrin şəxsi vəsaitləri;
- müxtəlif səviyyəli büdcələr;
- büdcədən kənar məqsədli fondlar-ehtiyatlar üzrə, ekoloji,
sığorta fondları, habelə özəlləşdirmə prosesində yaradılmış
ekoloji fondlar;
- bank kreditləri, sponsor vəsaitləri, beynəlxalq təşkilatların
maliyyə köməyi;
- ianələr vəs.
Təəssüflər olsun ki, keçid dövründə təbiəti mühafizə
tədbirlərinin
büdcələrdən
maliyyələşdirilməsi
mürəkkəb
məsələlərdən birinə çevrilmişdir. Ekoloji məqsədlər üçün mərkəzi
büdcədən demək olar ki, vəsait ayrılmır, şəxsi vəsaitlərin isə həcmi
çox cüzidir (0,2-0,3 %). SSRİ dövründə də, təbiəti mühafizəyə
yönəldilən vəsaitin həcmi milli gəlirin həddən çox az faizini təşkil
edirdi. Məsələn, bu rəqəm bütün İttifaq üzrə 0,8- 1,2%, Pribaltika
respublikaları üzrə-1,5-1,7 %, Gürcüstan və Ermənistan üzrə-
0,7-1,0 %, Azərbaycan üzrə isə -0,3-0,5 % təşkil edirdi. Müqayisə
üçün qeyd etmək lazımdır ki, təbiəti mühafizə tədbirlərinə hər il
ümumi daxili məhsulun 2-3 %-i qədər vəsait lazımdır. Buna
baxmayaraq müəssisələr bu məq
126
sədlə ayrılan vəsaitlərdən səmərəli istifadə etmirlər. Təsadüfi deyil
ki, yalnız büdcədən maliyyələşdirilməli olan kommunal- məişət
tullantı sularım təmizləyici qurğuların tikintisi 1994-cü ildə
dayandırılmışdır. Gəncədə (gücü 150 min.kub m/gün), Əli-
Bayramlıda (45-50 min kub.m), Sumqayıtda (290 min kub.m),
Mingəçevirdə (140 min kub.m), Masallıda (10 min.kub.m),
Ağdamda (10 min.kub.m) və s. 80-cı illərdən tikilən təmizləyici
qurğuların da tikintisi dayandırılmışdır. Bakıda 1972-ci ildən
tikilən, layihə gücü 940 min kub.m olan təmizləyici qurğunun
yalnız birinci növbəsi 600 min kub.m gücündə 1990-cı ildə təhvil
verilmişdir. Lakin o da tam gücü ilə işləmir. Əksər şəhərlərdə, o
cümlədən Bakıda kanalizasiya xətlərinin tam olmaması üzündən
fəaliyyət göstərən
20
-dən çox təmizlə-yici qurğu səmərəsiz
işləyirlər. Həm də onlar artıq amortizasiya müddətlərini çoxdan
keçmişlər.
MDB
ölkələrinin
öncül
dövləti
olan
Rusiya
Federasiyasında 1994-1995-ci illərdə ekoloji məqsədlər üçün
ümumi daxili məhsulun 0,15 %-i qədər, 1996-1997-ci illərdə- 0,1%,
1998-ci ildə isə yalnız 0,07 % vəsait ayrılmışdı. Halbuki,^ resurslar
və çirklənməyə görə ödəmələrin miqdarı büdcə gəlirinin 5 %-dən
çoxunu təşkil edir. Yaxud başqa bir misal. Rusiyada neft çıxarılması
huququna görə verginin 40 %-i federal büdcəyə, 30 %-i regional və
30 %-i yerli büdcəyə daxil olur. Lakin həmin vəsaitlərdən istifadə
barədə qanunvericilikdə heç nə deyilmir. Mineral-xammal
bazasının bərpası üçün müəssisələrdən realizə edilən xammalın
2-10 %-ə qədər ödəmə tutulur. Həmin pul əslində yeni faydalı
qazıntı yataqlarının axtarış və kəşfiyyatına, habelə torpaqların
rekultivasiyasına xərclənməlidir. Lakin həmin məbləğ başqa
məqsədlərə sərf edilir. Azərbaycanda da bu sahədə problemlər
vardır. Nə büdcəyə daxilolmalar var, nə də büdcədən ekoloji
məqsədlər üçün istifadə edilir. Əksinə, mərkəzi maliyyə orqanları
təbiətdən səmərəli istifadə sahəsində toplanmış və büdcədən kənar
ekoloji fonda cəmlənmiş, dövlət büdcəsinə heç bir aidiyyəti
olmayan vəsait 1995-ci ildən dövlət büdcəsinə qatılır.
27
Bununla da büdcədən kənar ekoloji fondlar haqqında qüvvədə olan
qanun və qaydalar pozulur, həmin vəsait isə digər məqsədlərə
yönəldilir.
Ekoloji tədbirlərin həyata keçirilməsi isə xarici və
beynəlxalq təşkilatların və bankların ümidinə və ixtiyaratına
buraxılmışdır. Həmin mənbələrdən ayrılan maliyyə vəsaitlərinin isə
ümumi məbləğinin 50 %-i təzədən maliyyələşdirici təşkilatın və ya
hər hansı sponsorun nəğd halında özünə qayıdır.
Azərbaycanda 1989-cu ildə büdcədənkənar xüsusi təbiəti
mühafizə fondu yaradılmış və onun formalaşması və istifadəsi
haqqında qaydalar Respublika Nazirlər Kabineti tərəfindən təsdiq
edilmişdir.
Həmin fond əsasən ətraf mühiti çirklondirməyə və
tullantıların yerləşdirilməsinə görə ödəmələr və cərimə, iddialardan
gələn vəsait hesabına formalaşır.
Rusiyada analoji büdcədənkənar ekoloji fondların 10 %-i
federal büdcəyə, qalan 90 % -i isə büdcədən kənar fondlar sisteminə
köçürülür və aşağıdakı kimi bölünür: 60 %-i yerli büdcələrə (rayon,
şəhər), 30 %-i federasiya subyektləri səviyyəsində paylanır. Bu fond
vəsaitləri məqsədyönlü olaraq təbiəti mühafizə obyektlərinin
tikintisinə, ekoloji təmiz texnologiyaların tətbiqinə, ekoloji təhsilin
inkişafına, elmi tədqiqat işlərinə xərclənməlidir.
Hazırda bir çox ölkələrdə, aparıcı maliyyə mənbəi kimi
ekoloji fondlar fəaliyyət göstərir. Fondlar investisiyaların təbiəti
mühafizəyə yönəldilməsinə kömək göstərsə də, sonralar onların
səmərəsi azaldı. Çünki nəzərdə tutulan ödəmələrin məbləği ilə
faktiki daxil olan vəsaitlərin arasında böyük fərq yarandı.
Ödəmələrin toplanması Rusiyada 50-60 %, Azərbaycanda isə 10-30
% arasında dəyişir. Ödəmələrin indeksləşdi- rilməsi isə
Azərbaycanda 1992-ci ildən bəri, 13 il ərzində bir dəfə də
aparılmamışdır.
Ekoloji siyasətin həyata keçirilməsində ən əsas
vasitələrdən biri dövlətlərarası, dövlət və regional ekoloji
proqramların hazırlanması və realizə edilməsidir. Proqramların
maliyyə-
128
ləşdirilməsi Azərbaycanda 1980-cı illərdə əsasən dövlət
büdcəsindən, ittifaq və respublika tabeliyində olan nazirliklərin
vəsaitləri hesabına yerinə yetirilirdi. 90-cı illərdə ekoloji fondların
yaranması ilə proqramlar həmin fondlar hesabına həyata keçirilməli
idi. Lakin SSRİ-nin dağılması bu məsələni xeyli arxaya atdı.
1995-ci ildən Dünya Bankının köməkliyi ilə işlənilən və 1997-ci
ildə hazır olan «Milli fəaliyyət planı» isə həm bankın, həm də donor
ölkələrin və beynəlxalq fondlann vəsaiti ilə, üstün tədbirlər halında,
tender vasitəsilə maliyyələşdirildi. 1992-ci ildə Rusiyada 150-dən
çox ekoloji təmayüllü proqram hazırlanırdı. Onlar əsasən federal
ekoloji fond vəsaiti hesabına yerinə yetirilməli idi. Lakin federasiya
subyektləri 10 %-lik paylarını keçirmədiklərindən həmin
proqramlar maliyyələşdirilmir. Hətta müəyyən edilmişdir ki,
ekoloji fondlann vəsaitinin xərclənməsində xeyli pozuntular vardır.
Vəsaitlər başqa məqsədlərə xərclənir. Azərbaycanda da ekoloji
qeyri-büdcə fondunun hesabına bəzi mühafizə tədbiri yerinə
yetirilmişdir. Düzdür həmin fonddan Bakı şəhər icra hakimiyyətinə
90-cı illərdə yaşıllıqların bərpası üçün müvafiq miqdarda pul
keçirilmişdir. Lakin həmin pullann xərclənməsi barədə Dövlət
Ekologiya Komitəsinə heç bir hesabat təqdim edilməmişdir. Bakı
şəhər kommunal təsərrüfat idarəsinə isə həmin fonda daxil olacaq
vəsaitdən maliyyə köməyi göstərilmişdir. Lakin həmin fonddan
ümumi maliyyə qaydalarına müvafiq təbiəti mühafizə tədbiri yerinə
yetirilməmişdir. Bunun əsas səbəblərindən biri də odur ki, həmin
fondun qanunla nəzərdə tutulmuş idarə heyəti olmamış, hər hansı
bir tədbirlər planı hazırlanmamışdır.
Yuxarıdakılardan əlavə, texnika, texnologiyanın qey-
ri-təkmilliyi, qəzaların ehtimalı çox olduğundan, habelə təbii iqlim
şəraitinin xüsusiyyətlərindən asılı olaraq, yeni xüsusi bir
fondun-ekoloji təhlükəsizlik fondunun, yaxud sığorta fondunun
təşkil edilməsi zərurəti meydana çıxır. Bununla əlaqədar olaraq
Azərbaycanda yerli fondlardan istifadə etməklə (5 %- dən az
olmamaq şərtilə) xüsusi fond yaradıla bilər.
129
Ekoloji özəlləşdirmə fondu özəlləşdirilən obyektlərdə
təbiəti mühafizə amillərinin nəzərə alınması və ekoloji ekspertiza
aparılması sayəsində yaradıla bilər. Həmin fondun formalaşma
mənbələri aşağıdakılar ola bilər:
- müəssisənin yeni sahibinin ona əvəzsiz verilən təbiəti
mühafizə obyektlərinin qiyməti;
- müəssisə balansmda olan təbiəti mühafizə obyektləri üzrə
amartizasiya aynmaları;
- məqsədli faizsiz kreditlərin vəsaitləri;
- təbiəti mühafizə ehtiyaclarına nəzərdə tutulan məqsədli
maliyyə vəsaitləri.
Ekoloji fondlara daxil olan vəsaitlərin daha da effektiv
formalarının axtarışı bir vaxtlar bir sıra regionlarda ekoloji
bankların (ekobanklar) yaranmasına səbəb oldu. Belə banklar
Saratovda, Bakıda, Permdə və başqa şəhərlərdə fəaliyyət göstərirdi.
Bütövlükdə, ödəmələrin və xüsusi fondların vəsaitlərinin
istifadəsinin təhlili göstərir ki, təbiəti mühafizə tədbirlərinin
maliyyələşdirilmə məbləği, ümumiyyətlə, ekoloji situasiyam
sabitləşdirmək üçün kifayət deyildir. Əksər hallarda, tətbiq edilən
ödəmələr rəmzi xarakter daşıyır və heç də öz vəzifələrini yerinə
yetirmirdi. Bir sıra ölkələrdə ekoloji fondlardan təbiəti mühafizə
istiqamətli obyektlərin tikintisinə təxminən 25 % vəsait xərclənirdi.
Rusiyada, eləcə də Azərbaycanda xalq təsərrüfatında
gəlirin 90,%-i təbii-resurs sahələri hesabına əldə edilirdi. Bu gəlirin
həmin səviyyədə qalması və artması üçün onun müəyyən hissəsi
təbii ehtiyatların bərpasına, artırılmasına və təbiəti mühafizəyə
yönəldilməlidir. Bu gün isə təbiəti mühafizə fəaliyyətinin
maliyyələşdirilməsi tamamilə qeyri-qənaətbəxşdir. Belə ki, həmin
maliyyələşdirmənin həcmi ümumi daxili məhsulun 1 %-dən azdır.
Ancaq ətraf mühitə dəyən zərərin həcmi, məsələn, Rusiyada ümumi
daxili məhsulun
8
%-ni, Azərbaycanda isə 10-15 %-ni təşkil edir.
Bütün dünyada təbiəti mühafizə xərcləri iri kompaniyalar və
firmalar tərəfindən artı
130
rılsa da, dövlətlərin payı bu maliyyələşdirmədə yüksək olmalıdır və
bir çox ölkələrdə yüksəkdir (35-90
Dostları ilə paylaş: |