%).
8.2. Ekoloji sığorta
Ekoloji fəlakətlərin sayı ildən- ilə artır və müvafiq olaraq
iqtisadi ziyanın həcmi də artmaqdadır. Fəlakətlərin nəticələrinin
ləğv edilməsi hiss ediləcək dərəcədə maliyyə vəsaiti tələb edir.
Yüksək risk şəraitində həmin ziyanın azaldılması üçün zəmanət
lazımdır. Bu zaman əsas rolu ekoloji sığorta oynamalıdır. Ekoloji
sığorta hüquqi şəxslərin, vətəndaşlarm gərgin ekoloji vəziyyəti
şəraitində yarıtmaz nəticələrin aradan qaldırılmasında əmlak
mənafelərini qorumaq və seçmə tədbirlərin həyata keçirilməsini
təmin etməlidir. Gözlənilməz çirlklənmə hallarımn payı ümumi
halların 30 %-dən çoxunu təşkil edir.
Ekoloji sığorta sığortalamanm elə bir xüsusi
kateqoriyasıdır (növüdür) ki, sığorta edən təşkilat sığorta olunan
obyektə çirklənmə nəticəsində gözlənilmədən dəyən ziyamn
əvəzini qismən və ya tamamilə ödəyir. Ekoloji sığorta bütün
tərəflərin maraqlannı özündə əks etdirir. Onlar aşağıdakılardır:
- sığorta edənlərin fəaliyyəti vasitəsilə bütün əhalinin
maraqlarını təmsil edən dövlətin fəaliyyəti;
- üçüncü şəxs adlandırılan tərəflərin (fiziki və hüquqi)
maraqlarının gözlənilməz qəzadan zərər çəkmələri;
- müəssisələrin özlərinin (sığorta olunanlann) yəni, təbiət
istifadəçiləri, onların tərəfindən və günahları ucləntından
çirklənmə baş verməsi;
Bu prosesdə əhalinin və dövlətin maraqlarım sığorta
edən-sığorta təşkilatı lisenziya əsasında təmsil edir.
Ekoloji sığorta üçüncü tərəfin zərərini ödəmək üçün
məcburi sığorta olunan (çirkləndirən) tərəfin marağını ödəmək üçün
könüllü həyata keçirilmişdir.
Ekoloji sığortanın məqsədi ondan ibarətdir ki, qəza,
qəsdən olmayan çirkləndirmənin kompensasiya edilməsinə
131
zəmanət təminatı verir və əlavə maliyyə mənbəyi kimi vəsaitin
toplanmasına şərait yaradır. Beləliklə, ödənişli təbiətdən istifadə
sistemi ilə ekoloji sığorta arasında hansısa qarşılıqlı əlaqə mövcud
olur.
Ekoloji sığorta «Ətraf mühitin mühafizəsi haqqında»
Azərbaycan Respublikasının müvafiq qanununda təsbit edilmişdir.
2002-ci ildə isə «Məcburi sığorta haqqında» qanun qəbul
edilmişdir. Rusiyada könüllü sığorta haqqında hələ 1992- ci ildə
nümunəvi əsasnamə təsdiq edilmiş, qaydalar hazırlanmış və
1994-cü ildə bir sıra regionlarda eksperiment aparılmışdır.
Ekoloji sığortanın başlıca mahiyyəti ondan ibarətdir ki,
əsas prinsipə üçüncü şəxslərin ziyamnm maksimum qarşısının
alınmasına; sığorta olunanın iqtisadi marağının, şəxsi ehtiyatların
qorunub saxlanması kimi təmin edilməsi və gələcəkdə fəaliyyət
göstərməsinə; sığorta edənin səğorta kompensasiy- asım minimuma
endirmək, yaranmış maliyyə ehtiyatlanm təbiəti mühafizə
tədbirlərinə yönəltmək prinsipinə riayət olunsun.
Sığorta kompaniyası sığortanın könüllü növü üzrə,
qəfildən, qeyri-qəsdən və gözlənilmədən çirklənmə nəticəsində
üçüncü şəxslərə dəyəcək ziyandan mülki (əmlak) mühafizənin
sığortasını təmin edir. Sığortanın obyekti mülki (vətəndaşlıq)
məsuliyyətin riskidir. Həmin risk fiziki və hüquqi şəxslər tərəfindən
mülki qanunvericilik normalarına müvafiq olaraq sığorta olunana
elan edilən əmlak iddiasıdır.
Ekoloji
sığorta
sisteminin
əsas
göstəriciləri
aşağıdakılardır:
- sığorta riski;
- sığorta məbləği;
- sığorta haqqı;
- sığorta tarifləri.
Ekoloji risk sığorta hadisəsinin və ya itkisinin baş- vermə
ehtimalı ilə əlaqədardır. Sığorta riski qəzalar haqqında məlumatlar
kütləsi əsasında ehtimal nəzəriyyəsi vasitəsilə
132
müəyyən edilir. Sığorta hadisəsi qəzalar nəticəsində ətraf mühitə
(atmosferə) qəfil, qəsdən olmayan zərərli atılmalann, yer səthinin
çirklənməsinin, su obyektlərinə çirkabın axıdılması sayəsində baş
verən neqativ haldır. Sığorta hadisələrinin və zərərli maddələrin
siyahısı hər bir konrket hal üçün sığorta müqaviləsi bağlananda
göstərilir. Sığorta ödəmələri tarif məzənnələrinə əsasən sığorta
olunan tərəfdən müəssisənin illik dövriyyəsinin ölçülərinə müvafiq
olaraq faizlə ödənilir.
Sığorta hadisəsi özündə aşağıdakıları cəmləşdirir:
- əmlakın zədələnməsi və ya məhv olması nəticəsində
ziyanın kompensə edilməsini;
- ətraf mühitdə həyatın pisləşməsi ilə əlaqədar ziyanları;
- çirklənmiş ərazinin təmizlənməsinə və onun yararlı hala
salınmasma çəkilən xərcləri;
- sığorta hadisəsi nəticəsində zərər dəymiş şəxslərin həyatını
və əmlakını xilas etmək üçün zəruri xərcləri;
- ilkin araşdırmalar, məhkəmə prosesinin aparılması ilə
əlaqədar xərcləri və s.
Ekoloji sığorta üçün müəyyən edilən sığorta qiyməti
müəssisənin illik dövriyyə ölçüsü kimi qəbul edilir. Sığorta
ödəmələri illik dövriyyəni tarif stavkasına vurmaqla hesablanır,
Tarif stavkaları təsərrüfat (sənaye) sahəsində asılı olaraq
differensiyalaşdınhr. Onlar həm də sahə daxilində istehsalat
prosesindəki riskin dərəcəsindən və preventiv (seçmə) tədbirlərin
yerinə yetirilməsindən asılı olaraq differensiyalaşdınhr.
Tarifin qiyməti aşağıdakı struktura malikdir:
- sığorta əvəzini ödəmək üçün ehtiyat fonduna ayırmalar;
- sığorta hadisələrinin qarşısım almaq üçün maliyyə fonduna
ayırmalar;
- sığorta olunanın xərclərinin əvəzini ödəmələr;
- sığorta olunanın normativ gəliri.
Sığorta kompaniyası zərərçəkənlərə aşağıdakı növlərdə
sığortaəvəzi ödəyir:
- əmlakın zədələnməsi və məhvinə görə dəymiş ziyanın
kompensasiyasını;
133
- həyat şəraitinin və ətraf mühitin pisləşməsi ilə əlaqədar
zərərin (ziyanın) cəmini;
- çirklənmiş ərazinin təmizlənmə xərclərini;
- zərər çəkmiş insanların həyatını və əmlakını xilas etmək
üçün çəkilən xərcləri;
- məhkəmə prosesinin aparılması ilə əlaqədar xərcləri.
Sığorta kompensasiyasının ödənilməsi sığorta təşkilatının
ilkin kapitalla təyin edilən gücündən sığorta edilənlərin sayından,
müvafiq ödəmələrin cəmindən və s.-dən birbaşa asılıdır.
Sığorta heç vaxt çirklənmənin bütün növlərini əhatə etmir
və yalnız əvvəldən gözlənilməyən və təsadüfi çirklənmələrdən
dəymiş riskin ziyanı sığorta edilir. Bəzi kompaniyalar təklif edirlər
ki, ətraf mühitin pisləşməsi də sığorta edilsin. Sığorta edilənlər
hesab edir ki, çirklənmə ilə əlaqədar bütün hadisələrin 80 % -i
sığorta edilə bilər.
Sığorta müqaviləsi aşağıdakı əsas bölmələri (hissələri)
özündə əks etdirir;
- müəssisənin adı, ünvanı, ekoloji riskin xarakteri;
- illik dövriyyənin (pulla ifadəsində) həcmi;
- müəssisənin istehsalat fəaliyyəti haqqında məlumat;
- istehsalat prosesinin xarakteri, xammalın, materialların və
istehsal edilən məhsulun növləri haqqında məlumat;
- ətraf təbii mühit haqqında məlumat (əhalinin sayı, sıxlığı,
istifadə edilən sahələrin xarakteri, torpaq, yerüstü və yeraltı
sular);
- əsas atılmalar (axıntılar) və tullantılar, ətraf mühitin
vəziyyətinə nəzarət metodlan;
- atılmaların (axıntıların) risk dərəcəsi, onların ləğvi üzrə
tədbirlər və s.
Müqavilələr adətən bir ilə bağlanır və müəssisənin arzusu
ilə uzadıla bilər. Fasiləsiz olaraq 2 və daha çox ilə müqavilə
bağlanarkən güzəştli (10-30 %) imtiyazlar nəzərdə tutulur.
Ekoloji
məsuliyyətin
sığorta
prosesi
sığorta
kompaniyasının iştirakı olmadan da, sənaye kompaniyalarının qarşı
134
lıqlı sığortalanma yolu ilə də həyata keçirilə bilər. Onlar birləşmiş
fondlar yarada bilər, yaxud şəxsi (məxsusi) ehtiyat fondları
formalaşdıra bilər.
Bütövlükdə ekoloji sığorta ekoloji menecment üçün çox
cazibədardır və özündə iqtisadi- ekoloji maraqları birləşdirir. Onun
geniş tətbiq edilməsinə aşağıdakılar mane olur:
1) tamamlanmış normativ-hüquqi bazanın olmaması;
2) müəssisələrin ağır iqtisadi vəziyyəti, sığorta haqlarının
ödənilməməsi;
3) ekoloji risklərə görə yüksək tarif stavkalarının olması,
avadanlıqların köhnəlməsi üzündən sığorta hadisələrinin
ehtimalının böyük olması.
Dostları ilə paylaş: |