müəyyən edilir və onlar malın lazımi xüsusiyyətlərindən xəbərdar olsalar
da, onu əldə etməyə tam hazır olmurlar. Beləliklə, firmanın
kommunikasiya kompleksinin və ümumi marketinq
kompleksinin tərkib
hissəsi kimi reklamın ehtimal olunan rolunun qiymətləndirilməsi,
yuxarıda deyildiyi kimi, reklamın planlaşdıniması və qərarın qəbul
edilməsi proseslərinin ayrılmaz hissəsinə çevrilir.
Aşağıdakı nümunəvi sualların ardıcıllığı marketinq kom-
munikasiyalarınm inteqrasiya olunmuş proqramının formalaşmasma
xidmət etməlidir:
1. İstehlakçı barədə informasiyanın toplanılması, qərarların qəbul
olunması və mağazaya baş çəkilməsi prosesləri nə deməkdir?
2. Təyinatlı (məqsədli) istehlakçının əlaqəyə girdiyi və qərarın
qəbul olunmasında təsir göstərən kütləvi informasiya vasitələri, idarələr
(müəssisələr), şəxslər nə deməkdir? Həmin əlaqələr hansı ardıcıllıqla baş
verir? Bu əlaqələr bizim üçün hansı kommunikasiya imkanlarını yaradır?
3. Bütün bu adamların hansı - münasibətlərinə və (yaxud)
davranışlarına biz təsir etmək istəyirirk?
4. Hər bir konkret halda kommunikasiyalarm hansı formaları bizə
lazımdır? Məqsədlərin kəmiyyət göstəriciləri nə cürdür?
5. Kommunikasiyaların hər bir konkret halmda nə etməliyik? Hansı
proqramı (proqramları) yerinə yetirsək daha yaxşı olar: reklam-
laşdırılmalımı? Mallarm poçtla göndərilməsinimi? İctimaiyyətlə
əlaqənimi? Satışın stimullaşdınimasmımı? və i.a.
6. Seçilmiş proqramların ardıcıllığından ötrü nə qədər büdcə
ayrılmalıdır?
7. Proqramın hər bir hissəsinin həyata keçirilməsi üçün kim
məsuliyyət daşımalıdır?
8. Proqramın
hər
bir
hissəsinin
yerinə
yetirilməsinin
müvəffəqiyyətinik dərəcəsini (səviyyəsini) necə ölçəcəyik?
Beləliklə, inteqrasiya olunmuş marketinq kommunikasiyalarının
(İMK) ən yaxşı
təşkilinin aparıcı momentləri aşağıdakılardan ibarətdir.
- kommunikasiyaların yaxşılaşdırılması və müştəri heyəti arasında
ümumi məqsədlərin bölüşdürülməsi;
186
- lazımi kommunikasiya vasitələrinin hamısını,
yaxud əksəriyyətini
təklif edən baş reklam agentlikləri çərçivəsində müxtəlif funksiyaların
inteqrasiyasının yaxşlılaşdırılması.
Marketinq kommunikasiyalarında beş əsas tendensiya mövcuddur:
- afmitivlik (oxşarlıq, bənzərlik);
- BTL-lik;
- müxtəliflik;
- interaktivlik;
- kommunikativ modellərdən istifadə edilməsi, TTL-lik;
- kommunikativ lokistika;
- audit.
Afmitivlik müvafiqlik indeksinə deyilir, bu, geniş yayılmış
informasiyanın hansı hissəsinin məqsədli (təyinatlı) auditoriyanın
nümayəndələrə dəqiq surətdə çatmasını nümayiş etdirən göstəricidir.
Hazırda inkişaf etməkdə olan direkt-market sayəsində kommunikasiyalar
daha da afinltivləşir, dəqiqləşir, daha da konkretləşir.
Kütləvi marketinqdən fərdi marketinqə keçid tendensiyası əmələ
gəlməyə başlayır. Fərdi kommunikasiyalardan ötrü
yeni texniki imkanlar
hər gün meydana çıxır. Direkt-marketoloqlarda artıq elə avadanlıqlar var
ki, həmin avadanlıq, məsələn, məlumatlar bazası əsasında hər gün çox
minli tirajı olan fərdi təqvimləri, yaxud bukletləri çap etməyə imkan verir,
bu da hər adamın adını gül-çiçəklə yada gətirmək üçün şərait yaradır; bəzi
dəyişən məlumatlardan istifadə edilməsi hesabına hər bir alıcı hiss edir ki,
kampaniya məhz ona müraciət edir.
187