1) əgər tullantıların (qalıqların) sonrakı istifadəsi mümkün deyilsə, yəni onlar basdırılıbsa
(batırılıb, yandırılıb);
2) tullantıların gömrük dəyəri cüzidirsə (məsələn, 20 ABŞ dollarından azdırsa).
Hər iki halda bəyanetmə tullantılar barədə məlumatın ərizədə və məhvetmə aktında qeyd edilməsi yolu
ilə həyata keçirilir.
7.4.9. Dövlətin xeyrinə maldan imtina rejimi
Gömrük Məcəlləsinə görə, maldan imtina- gömrük rüsumları, vergilər alınmadan, həmçinin
iqtisadi siyasət tədbirləri tətbiq edilmədən şəxsin maldan imtina etməsindən ibarət gömrük rejimidir.
Dövlətin xeyrinə maldan imtina edilməsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilən qaydada, Azərbaycan Respublikası gömrük orqanının icazəsi ilə yol verilir.
Gömrük Məcəlləsinə görə bu rejimdə malların sahibi gömrük rüsum və vergiləri ödəmədən, iqtisadi
siyasət tədbirləri tətbiq edilmədən mallardan dövlətin xeyrinə imtina edir.
Malından dövlətin xeyrinə imtina edən şəxs malları öz vəsaiti hesabına gömrük orqanı tərəfindən
müəyyən edilmiş yerə çatdırmalıdır.
Malın mülkiyyətçisinin dəyişilməsi faktını təsdiq edən sənəd təhvilverilmə aktıdır. Bu sənəd ciddi
maliyyə-hesabat sənədidir və deklarantın xahişi ilə iki nüsxədə tərtib edilir. Bir nüsxə gömrük orqanında, digəri
isə maldan dövlətin xeyrinə imtina edən şəxsdə qalır.
Aktda aşağıdakı məlumatlar əks etdirilməlidir:
1) sənədin tərtib edilmə tarixi;
2) malı təhvil verən təşkilatın, müəssisənin adı;
3) malı qəbul edən gömrük orqanının adı;
4) təhvil verilən malların adı, fərdi əlamətləri və miqdar xarakteristikaları.
Akt təhvil verən və qəbul edən tərəflərin imza və möhürləri ilə təsdiq edilir. Gömrük orqanı adından aktı
maddi-məsul vəzifə tutan şəxs imzalamalıdır.
Bu rejimdə malların gömrük rəsmiləşdirilməsi yeri, malların yerləşdiyi regionda fəaliyyət göstərən
gömrük orqanının yeridir. Qanunvericiliyə görə, dövlətin xeyrinə imtina rejimində gömrük yığımı tutulmur.
71
Mövzu 8.
Gömrük rəsmiləşdirilməsi
8.1. Əsas prinsipləri və xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi qaydaları.
Gömrük Məcəlləsinin 17-ci maddəsinin 16-cı bəndinə görə, gömrük rəsmiləşdirilməsi - bu
Məcəllənin müddəalarına və tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müəyyən
gömrük rejimi altında yerləşdirilməsi ardıcıllığı və bu rejimin fəaliyyətinin başa çatmasıdır.
Gömrük rəsmiləşdirilməsi, həmçinin, mal və nəqliyyat vasitələrinin Azərbaycanın gömrük sərhədindən
keçirilməsinə gömrük nəzarətinin təmin edilməsi və belə keçirilməyə dövlət tənzimləmə vasitələrinin tətbiq
edilməsi məqsədi ilə gömrük orqanının vəzifəli şəxsləri tərəfindən aparılan əməliyyatların məcmusu kimi də
anlaşıla bilər.
Gömrük rəsmiləşdirilməsi qaydaları həm Gömrük Məcəlləsinin müddəaları, həm də Azərbaycan
Respublikası qanunvericiliyinin digər aktları ilə müəyyən edilə bilər. Qanunvericilik dedikdə təkcə qanunlar
deyil, həm də Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının, ilk növbədə Dövlət Gömrük
Komitəsinin qanun qüvvəli aktları nəzərdə tutulur.
Məsələn, “Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrindən istehsalat və ya
kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların keçirilməsi qaydaları üzrə təlimat”.
Gömrük rəsmiləşdirilməsinin hüquqi tənzimlənməsi qanunvericilik aktları ilə yanaşı beynəlxalq
konvensiyalarla nəzərdə tutulmuş normalarla da həyata keçirilə bilər. BYD kitabçaları tətbiq edilməklə
Beynəlxalq yük daşımaları konvensiyası avtonəqliyyat vasitələri və konteynerlərlə daşınan yüklərin gömrük
rəsmiləşdirilməsinin qayda və şərtlərini tənzimləməklə ümumilikdə qəbul edilmiş normalar kimi mühüm
əhəmiyyət kəsb edir.
Gömrük Məcəlləsinə görə gömrük rəsmiləşdirilməsi, bu iş üçün gömrük orqanının fəaliyyət göstərdiyi
mal göndərən və ya müəssisənin, yaxud onun struktur bölməsinin yerləşdiyi ərazidə, xüsusi müəyyən edilmiş
yerlərdə həyata keçirilir. Gömrük rəsmiləşdirilməsi gömrük orqanının müəyyən edilmiş iş vaxtı ərzində həyata
keçirilməlidir. Gömrük orqanlarının iş rejimi DGK ilə razılaşdırılmalıdır. Bununla belə, Gömrük Məcəlləsi
gömrük rəsmiləşdirilməsinin digər yerlərdə və gömrük orqanının iş vaxtından kənar vaxtlarda da həyata
keçirilməsini mümkün sayır. Bunun üçün maraqlı şəxs gömrük rəsmiləşdirilməsini aparan gömrük orqanının
razılığını almalıdır və bu halda meydana çıxan bütün xərclər maraqlı şəxs tərəfindən ödənilir. Başqa yerlərdə və
iş vaxtından kənar vaxtda da aparılan gömrük rəsmiləşdirilməsi əməliyyatları üçün ikiqat haqq alınır.
Dövlət Gömrük Komitəsi ayrı-ayrı kateqoriyalı malların və nəqliyyat vasitələrinin gömrük
rəsmiləşdirilməsinin aparılmasını müəyyən gömrük orqanlarına həvalə edə bilər. Məsələn, DGK-nın 20 fevral
1998-ci il tarixli 002 saylı əmri ilə idxal edilən aksizli malların mərkəzləşdirilmiş qaydada gömrük
rəsmiləşdirilməsini təşkil etmək, aksiz markalarının tətbiqinə nəzarəti gücləndirmək məqsədi ilə fəaliyyət zonası
bütövlükdə Azərbaycan Respublikasının gömrük ərazisi olan yeni struktur vahidi - Aksiz gömrük postu
yaradılmışdır.
Xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən idxal olunan və gömrük ərazisindən keçirilən etil
(yeyinti) spirtinin, alkohollu içkilərin və tütün məmulatlarının gömrük rəsmiləşdirilməsini bu post həyata
keçirir.
Gömrük rəsmiləşdirilməsinin yerinin və vaxtının müəyyən edilməsi bir sıra faktorlardan asılıdır:
1) keçirilən malın xarakter və xassələri (məsələn, aksizli malların gömrük rəsmiləşdirilməsinin
xüsusiyyətləri və s);
2) malların daşındığı nəqliyyat növü (gəmi, qatar (vaqon), avtomobil);
3) keçirilən malların rəsmiləşdirildiyi gömrük rejimləri;
4) keçirilən malların mənşə ölkəsi;
5) malların göndəricisinin, yaxud alıcısının yerləşdiyi yer.
Gömrük rəsmiləşdirilməsi yerləri müvafiq gömrük rejimləri üzrə hazırlanan təlimatlarla da müəyyən
edilə bilər.
Mal və nəqliyyat vasitələrini gömrük sərhədindən keçirən şəxslər, daşıyıcı, anbar sahibi, eləcə də mal və
nəqliyyat vasitələrinə münasibətdə səlahiyyətlərə malik digər şəxslər gömrük rəsmiləşdirilməsi yerinə daxil
olmaq hüququna malikdirlər. Gömrük orqanı onların iştirakını tələb etdikdə bu hüquq vəzifəyə çevrilir, belə ki,
bu mərhələdə adı çəkilən şəxslər gömrük rəsmiləşdirilməsi zamanı bu orqanın vəzifəli şəxslərinə kömək
etməlidirlər. Belə kömək dedikdə Gömrük Məcəlləsinin 132-ci maddəsində göstərilən əməliyyatlar, prob və
nümunələrin götürülməsi nəzərdə tutulur.
Gömrük rəsmiləşdirilməsi Azərbaycan dilində aparılır. Bununla belə Gömrük Məcəlləsinin
müddəalarına əsasən Dövlət Gömrük Komitəsinin icazəsi ilə rəsmiləşdirməni aparan gömrük orqanına bu
orqanın vəzifəli şəxslərinin bildiyi xarici dildə tərtib edilmiş sənədlər təqdim oluna bilər.
72
Bir dövlətin ərazisində verilmiş və hüquqi qüvvəsi olan sənədlər digər dövlətin ərazisində, beynəlxalq
müqavilə və sazişlərdə başqa hal nəzərdə tutulmamışsa, yalnız müəyyən edilmiş qaydada təsdiq edildikdən
(şəhadətləndirildikdən) sonra istifadə oluna bilər. Məsələn Mülki, ailə-cinayət işləri üzrə hüquqi münasibətlər və
hüquqi yardım barədə 22 yanvar 1993-cü ildə qəbul edilmiş Beynəlxalq Konvensiyaya görə, bu konvensiyanın
üzvü olan ölkələrin birinin ərazisində sənədlər ona verilmiş səlahiyyətlər daxilində və müəyyən edilmiş formada
xüsusi səlahiyyətli orqan və ya təşkilat tərəfindən hazırlanmış, yaxud şəhadətləndirilmişsə (təsdiq edilmişsə),
digər ölkənin ərazsində təsdiq edilməsi, yaxud şəhadətləndirilməsi (leqallaşdırılması) tələb olunmur. Belə
sənədlərə təkcə notarius təsdiqi yetərli olur.
Təcrübədə xarici sənədlərin şəhadətləndirilməsinin daha çox iki üsulundan istifadə edilir: konsul
leqallaşdırılması, apostil qoyulması.
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən və baytarlıq, fitosanitar, ekoloji və digər
dövlət nəzarəti növlərinə cəlb edilməsi lazım olan mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi,
yalnız belə keçirilməyə səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş icazənin gömrük orqanlarına təqdim
edilməsindən sonra həyata keçirilə və bitirilə bilər.
Gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin təşkili Azərbaycan Respublikasının qanunvericilik
aktlarına uyğun olmalıdır.
“Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları” Azərbaycan
Respublikası prezidenti H.Ə.Əliyevin 24 iyun 1997-ci il tarixli 609 saylı Fərmanı ilə təsdiq olunmuş, 30
mart 1998-ci il tarixli 691 saylı Fərmanla onun bəzi müddəaları dəqiqləşdirilmişdir .
İxrac-idxal əməliyyatlarının bu Qaydalarda nəzərdə tutulmayan digər formaları bütün rezidentlər
tərəfindən sərbəst surətdə həyata keçirilir.
Gömrük qanunvericiliyində nəzərdə ttulmuş hallar istisna olunmaqla, gömrük rəsmiləşdirilməsi
tamamlanmamış mal və nəqliyyat vasitələrindən istifadə edilməsi və onların üzərində sərəncam verilməsi
qadağan edilir.
Gömrük Məcəlləsinə görə, gömrük orqanlarının icazəsi ilə belə mallar və nəqliyyat vasitələri ilə gömrük
rəsmiləşdirilməsi üçün zəruri olan yük əməliyyatları və başqa əməliyyatlar aparıla bilər.
Bu qadağanın yerinə yetirilməsi üçün gömrük rəsmiləşdirilməsi mərhələsində, bir qayda olaraq,
yüklərin daşınması bağlı nəqliyyat vasitələrindən istifadə edilməklə həyata keçirilir. Ağırçəkili, irihəcmli mallar,
həmçinin qum, çınqıl və s. açıq nəqliyyat vasitələrində (məsələn, dəmiryol platformalarında daşına bilər).
Bu halda belə malların dəyişdirilməsinə yol verməmək üçün gömrük orqanları bütün tədbirləri
görməlidirlər (yol-nəqliyyat sənədlərində müfəssəl məlumat olmalıdır, mallara tanınma nişanları və digər
eyniləşdirilmə vasitələri vurulmalıdır).
Barəsində gömrük rəsmiləşdirilməsi tamamlanmamış mal və nəqliyyat vasitələrindən istifadə olunması
və onlar üzərində sərəncam verilməsi üzrə şərtlər müəyyən edilməsi və məhdudiyyətlər qoyulması hüququ
Dövlət Gömrük Komitəsinə məxsusdur.
Azərbaycanın gömrük sərhədindən keçirilən malların ayrı-ayrı kateqoriyalarının gömrük
rəsmiləşdirilməsi sadələşdirilmiş formada və prioritet qaydada aparıla bilər. Belə mal kateqoriyalarına təbii
fəlakətlərin, qəzaların, bədbəxt hadisələrin nəticələrinin ləğv edilməsi üçün tərtib olunan mallar, canlı heyvanlar,
tez xarab olan mallar, radioaktiv maddələr, kütləvi informasiya məqsədləri üçün məlumatlar, Azərbaycan
Respublikasının ali qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının ünvanlarına göndərilən və digər
bu qəbildən olan mallar aid edilir.
Sadələşdirilmiş gömrük rəsmiləşdirilməsi qaydalarının tətbiqinin hal və şərtlərini Dövlət Gömrük
Komitəsi müəyyən edir.
Bu cür gömrük rəsmiləşdirilməsinin xüsusiyyətlərini açıqlamağa çalışaq.
Belə malların rəsmiləşdirilməsinin prioritetliyi gömrük orqanlarına təqdim edildikdən sonra həmin
malların birinci növbədə rəsmiləşdirilməsi deməkdir.
Sadələşdirilmiş qayda – müşayiət, nəqliyyat və digər sənədlərin - (əgər bu sənədlərdə daşıyıcının, mal
göndərən və alan şəxslərin barəsində və həmçinin malların özünün adı, mənşəyi, miqdarı və dəyəri barədə
məlumatlar varsa), gömrük orqanlarına təqdim edilməsi ilə malların bəyan edilməsinə yol verir.
Əgər gömrük orqanlarında malların başqa adla, saxta sənədlərlə keçirilməsini, təqdim edilən sənədlərin
lazım olan məlumatları əks etdirmədiyini güman etməyə kifayət qədər əsas varsa, onlar deklarantdan çatışmayan
məlumatları əks etdirən əlavə sənədlər tələb edə bilərlər (bəzi hallarda qoyulan tələbləri özündə əks etdirən
sərbəst formada yazılmış ərizə də kifayət edə bilər).
Sadələşdirilmiş qayda deklaranta xeyli vaxta qənaət etməyə imkan verir.
Mallar və nəqliyyat vasitələri ilə gömrük rəsmiləşdirilməsi üçün zəruri olan yük əməliyyatları və başqa
əməliyyatlar dedikdə malların daşınması, çəkilməsi və ya miqdarının digər üsulla təyini, malların yüklənməsi,
boşaldılması, başqa nəqliyyat vahidinə keçirilməsi, zədələnmiş qablamaların düzəldilməsi, taranın açılması,
73
qablaşdırılması, gömrük rəsmiləşdirilməsi tələb olunan mal və nəqliyyat vasitələrinin yenidən qablaşdırılması,
mal və nəqliyyat vasitələrinin ola biləcəyi bina, iri həcmli qab və digər yerlərin açılması və s. nəzərdə tutulur.
Gömrük rəsmiləşdirilməsi üçün yük və digər əməliyyatların aparılması, yalnız gömrük orqanının
müvafiq tələbi olduqda məcburi hesab edilir.
Əgər bu mal və nəqliyyat vasitələri barəsində gömrük rəsmiləşdirilməsi tamamlanmamışsa, yük və digər
əməliyyatlar, yalnız gömrük orqanının icazəsi ilə aparıla bilər.
Belə əməliyyatlar gömrük orqanları üçün heç bir əlavə xərcə səbəb olmamalıdır.
Prob və nümunələr onların tədqiqatı (ekspertizası) üçün götürülür. Prob və nümunələrin götürülməsi
gömrük orqanları tərəfindən, yaxud onların icazəsi ilə mallara münasibətdə səlahiyyətə malik şəxslər, bu
şəxslərin nümayəndələri və digər dövlət orqanları (məsələn, ekoloji, baytarlıq nəzarəti orqanları) tərəfindən
nəzarətin həyata keçirilməsi məqsədilə tətbiq edilir.
Gömrük Məcəlləsində probların götürülməsi prinsipi müəyyən edilir. Onlar tədqiqata imkan verən
minimal miqdarlarda götürülür. Prob (nümunə) bütün malın (partiyanın) təcəssümü hesab edilir, buna görə də
laboratoriya təcrübəsi üçün onun elə minimal hissəsi götürülməlidir ki, malın gömrük sərhədini keçdiyi halında
bütün keyfiyyət xarakteristikasını müəyyən etmək mümkün olsun. Təhlil nəticəsində nümunə götürüldüyü malın
tərkibi və xassələri barədə laboratoriya tədqiqatlarının dəqiqliyi hüdudlarında fikir söyləmək mümkündür.
Problar aşağıdakı kimi təsnifatlandırılır:
1) Birdəfəlik (nöqtəvi) prob dedikdə bir qəbul (analiz) üçün götürülən prob nəzərdə tutulur. Bu
cür problar malın bir bağlısında, rezervuarın, yaxud nəqliyyat vasitəsinin verilmiş səviyyəsində malın
keyfiyyətini xarakterizə edir;
2) Birləşdirilmiş (orta) prob bir neçə nöqtəvi probun səylə qarışdırılması nəticəsində tərtib edilir.
Nöqtəvi problar uyğun qaydada və uyğun mütənasibliklə seçilməlidir;
3) Yoxlama (arbitraj) probu birləşdirilmiş probun analiz üçün istifadə olunan hissəsidir və
arbitraj sınaqları tələb olunduqda istifadə etmək üçün qorunub saxlanılır.
Probların götürülməsi üç mərhələdə aparılır:
1) mal partiyasına ümumi baxış;
2) nöqtəvi probların və ya nümunə götürüləcək hissələrin seçilməsi;
3) orta probun tərtib edilməsi.
Əgər prob və nümunələr gömrük orqanları tərəfindən götürülürsə, mal barəsində səlahiyyətli şəxslər və
onların nümayəndələrinin bu əməliyyatlarda iştirak etmək hüququ var. Sonuncular problar götürülərkən gömrük
orqanlarına kömək etməlidirlər (məsələn, yük əməliyyatlarını öz hesablarına aparmalıdırlar).
Əgər prob və nümunələrin götürülməsinə mal barəsində səlahiyyətləri olan şəxslər və onların
nümayəndələri təşəbbüs göstərirsə, bu zaman gömrük orqanlarının səlahiyyətli şəxsləri iştirak etməlidirlər.
Gömrük əməkdaşları, həmçinin digər dövlət nəzarət orqanlarının səlahiyyətli şəxsləri tərəfindən prob və
nümunələrin götürülməsi prosesində iştirak etməlidirlər. Bu halda aparılmış tədqiqatların nəticələri barədə
gömrük orqanlarına məlumat verilməlidir.
Aşağıdakı hallarda mallar barədə səlahiyyətli şəxslərin və onların nümayəndələrinin iştirakı olmadan
gömrük orqanları tərəfindən prob və nümunələrin götürülməsinə yol verilir:
1) mallar gömrük orqanlarına təqdim olunduqdan sonra 10 gün müddətində bu şəxslər gəlib
çıxmadıqda;
2) təxirə salınması mümkün olmayan hallarda.
Belə hallarda probların götürülməsi zamanı tədqiqatın nəticələrində maraqlı olmayan şəxslər iştirak
etməlidirlər.
Mallar barədə səlahiyyəti olan şəxslər və onların nümayəndələrinin onların malından götürülmüş prob
və nümunələrin tədqiqatının nəticələri ilə tanış olmaq hüququ var.
Götürülmüş prob və nümunələr gömrük ekspertizasına daxil olur. Bu əməliyyat altında xüsusi
biliklərdən istifadə edilməsi ilə gömrük nəzarətinin, gömrük rəsmiləşdirilməsinin icraatı zamanı meydana çıxan
məsələlərin həll edilmə prosedurası başa düşülür.
Gömrük ekspertizası ilkin qərar qəbul edilmə prosesində və digər gömrük məqsədləri ilə aparıla bilər.
Bu zaman bütün hallar üçün müəyyən olunan prob və nümunə götürmə proseduralarından istifadə olunur. Digər
dövlət nəzarət orqanları, habelə mallar barədə səlahiyyəti olan şəxslər və onların nümayəndələri tərəfindən
mallardan prob və nümunələr götürülərkən Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri
iştirak edirlər. Göstərilən şəxslər və onların nümayəndələri, Azərbaycan Respublikası gömrük orqanlarının
vəzifəli şəxsləri tərəfindən mallardan prob və nümunələr götürülərkən onlara kömək etməlidirlər.
Mallar barədə səlahiyyəti olan şəxslər və onların nümayəndələrinin iştirakı olmadan mallar təqdim
edildiyi vaxtdan 10 gün keçəndən sonra göstərilən şəxslər gəlmədikdə və təxirəsalınmaz hallarda Azərbaycan
Respublikası gömrük orqanları tərəfindən mallardan prob və nümunələr götürülə bilər.
74
Bu cür prob və nümunənin götürülməsində onların tədqiqinin nəticəsində marağı olmayanlar iştirak
edirlər. Mallar barədə səlahiyyəti olan şəxslər və onların nümayəndələri, götürülmüş prob və nümunələr üzrə
aparılmış tədqiqatın nəticələri ilə tanış olmaq hüququna malikdirlər. Digər dövlət nəzarət orqanları tərəfindən
götürülmüş prob və nümunələrin tədqiqinin nəticələri haqqında Azərbaycan Respublikası gömrük orqanlarına
məlumat verilir.
Azərbaycan Respublikası gömrük orqanları mallardan prob və nümunələrin götürülməsi ilə əlaqədar
şəxs tərəfindən çəkilən xərcləri ödəmir.
Prob və nümunələrin tədqiqi ilə əlaqədar Azərbaycan Respublikası gömrük orqanları və gömrük
laboratoriyaları tərəfindən çəkilən xərclər, şəxsin öz təşəbbüsü ilə aparılan tədqiqat xərcləri istisna olmaqla, şəxs
tərəfindən ödənilmir.
Mallardan prob və nümunələrin götürülməsi qaydasını, onların tədqiq olunma müddətlərini, həmçinin
onlar barəsində sərəncam vermə qaydalarını Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti
orqanı müəyyən edir.
8.1.1. İlkin əməliyyatlar
İlkin əməliyyatlar mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması və
sürətləndirilməsi məqsədi ilə aparılır. Onlar əsas gömrük rəsmiləşdirilməsi icraatına qədər aparılır və hazırlıq
mərhələsi hesab edilir.
İlkin əməliyyatlar gömrük sərhədinin Azərbaycan ərazisinə gətirilməsi qadağan edilmiş mal və
nəqliyyat vasitələrinin keçirilməsindən müdafiə edilməsini təmin edir.
Bu mərhələdə mallar gömrük məqsədləri üçün identifikasiya edilir.
İlkin əməliyyatlara aşağıdakılar aiddir:
- Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya malların, nəqliyyat
vasitələrinin gömrük ərazisindən kənara aparılması niyyəti barədə Azərbaycan Respublikası gömrük
orqanlarına məlumat verilməsi;
- malların, nəqliyat vasitələrinin və onlara aid sənədlərin gömrük orqanının müəyyən etdiyi
yerlərə çatdırılmvsı;
- malların və nəqliyyat vasitələrinin çatdırıldığı yerlərdə gömrük nəzarətinə təqdim edilməsi;
8.1.2. Dəniz protesti
Dəniz daşımalarının xüsusiyyətləri gəmi sahiblərinin hüquqlarının və qanuni maraqlarının müdafiəsi
üçün sübutlar təmin edilməsinin əlahiddə prosedurasından istifadə olunmasını nəzərdə tutur.
Bu məqsədlərlə notarius gəmi kapitanından gəmi üzən və ya dayanan müddətdə baş vermiş fövqəladə
hadisə barədə ərizə qəbul edir. Bu ərizə kapitana və ya gəmi sahibinə əmlak tələbləri, o cümlədən də daşınan
mallara görə gömrük rüsum və yığımlarının ödənilməsi üzrə tələblər üçün əsas sayıla bilər. Belə ərizə dəniz
ticarət təcrübəsində dəniz protesti adlanır.
Gömrük ödənişlərindən azad olmaq məqsədi ilə kapitana məsləhət görülür ki, təbii fəlakət zamanı
heyətin zəruri tədbirlərin görülməsi hərəkətlərini təfsilatı ilə göstərsin. Gəmi kapitanı, həmçinin, gəmi
jurnalından təsdiq edilmiş çıxarışı notariusa təqdim etməlidir. Gəmi kapitanının ərizəsi, gəmi jurnalındakı
qeydlər və dörd nəfərdən az olmayan şahidlərin sorğu-sual (iki nəfər gəmi heyəti, iki nəfər komanda heyəti)
əsasında notarius dəniz protesti aktı tərtib edir. Bu akt dəniz daşımalarında gömrük ödənişlərinin
ödənilməsindən azad edilmək üçün hüquqi əsas ola bilər.
Bir qayda olaraq, yalnız faktiki gömrük ərazisinə daxil olmuş yüklər bəyan edilməlidir. Deklarant mal
göndərişinin bir hissəsini hətta bu hissə tam göndərişin digər hissələri ilə bir vaxtda və eyni xarici ticarət
müqaviləsi əsasında göndərilmiş və ünvana tez çatmış olsa belə, gömrük rəsmiləşdirilməsinə elan edə bilməz.
Hələ gəlib çatmamış malların bəyan edilməsini istisna etmək məqsədi ilə yüklərin gömrük
rəsmiləşdirilməsinin ilkin əməliyyatlarına mal və nəqliyyat vasitələrinin gömrük nəzarətinə təqdim edilməsi
prosedurası daxil edilir. Belə təqdim etmə daşıyıcı tərəfindən malların və nəqliyyat vasitələrinin çatdırıldığı
barədə gömrük orqanlarının xəbərdar edilməsi ilə ifadə olunur. İş vaxtından sonra gəlmiş mal və nəqliyyat
vasitələri gömrük nəzarəti zonasında yerləşdirilməlidir.
Gömrük orqanı gətirilmiş mal və nəqliyyat vasitələrinin faktiki olaraq təqdim edilməsini tələb edə bilər.
Malların idxalı zamanı təqdim etmə malları keçirən şəxsə, yaxud daşıyıcı və ya onun səlahiyyətli nümayəndəsi
tərəfindən mal və nəqliyyat vasitələrinin gömrük ərazisinə, ya da təyinat gömrükxanasına çatdırılması barədə
xəbər verilməsi kimi ifadə edilir.
Mal və nəqliyyat vasitələri gömrük orqanına təqdim edildiyi andan buraxılana qədər gömrük nəzarəti
altında müvəqqəti saxlancda qalır.
75
8.1.3. Qısa bəyannamə
Qısa bəyannamənin təqdim edilməsi, gömrük sərhədinin keçilməsi barədə gömrük orqanlarına məlumat
verilməklə iki halda zəruridir:
a) xarici gömrük ərazisindən Azərbaycanın gömrük ərazisinə mal və nəqliyyat vasitələrinin
gətirilməsi zamanı;
b) Azərbaycanın gömrük ərazisi hüdudlarında - sərbəst gömrük zonası və sərbəst anbarlardan
mallar və nəqliyyat vasitələrinin gömrük ərazisinin qalan hissəsinə çıxarılması.
Belə məlumatın verilməsi daşıyıcının vəzifəsidir. Mal və nəqliyyat vasitələrinin gömrük ərazisindən
çıxarılması niyyəti barədə məlumat - onları çıxaran şəxs tərəfindən verilməlidir. Əgər malları çıxaran şəxs bu
məlumatı verməmişsə, bu vəzifə daşıyıcıya həvalə olunur.
Mal və nəqliyyat vasitələri müəyyən edilmiş gömrük rejimi altında yerləşdirilənə qədər qısa bəyannamə
tətbiq edilə bilər. Qısa bəyannamə gömrük rəsmiləşdirilməsi üçün məcburi atribut hesab edilmir.
Qısa bəyannamə daşıyıcı tərəfindən malların və nəqliyyat vasitələrinin təqdim edilməsi ilə bir vaxtda,
yaxud təqdim edilmədən sonrakı iş günü ərzində verilir. Axırıncı halda gömrük orqanının xüsusi icazəsi tələb
olunur.
Əgər mallar təqdim edilmə ilə eyni vaxtda və ya göstərilən müddətdə müəyyən gömrük rejimi altında
yerləşdirilirsə, qısa bəyannamə verilmir.
Dostları ilə paylaş: |