Diabetli xəstələrə dərman çatmır


Niyə, kök xəstəyə "qlibinklomed" olmaz



Yüklə 63,5 Kb.
səhifə5/5
tarix25.12.2016
ölçüsü63,5 Kb.
#3020
1   2   3   4   5
Niyə, kök xəstəyə "qlibinklomed" olmaz
Bu yerdə həkim xəstəliyə aydınlıq gətirdi: "Şəkərli diabet I və II tip olur. Əslində digər tipləri də var, ancaq rast gəlinmə çoxluğuna görə, əsasən bu tiplər götürülür. II tip diabet də daha çox yayılıb. Xəstə insanların 80-95%-də II tip şəkər xəstəliyi var. II tip diabet əsasən 2 səbəbdən yaranır - insulin sekresiyasının azalması və insulinin rezistentliyi (yəni insulinin özünün hüceyrələr tərəfindən qəbul edilməsinin deffektliyi). "Medformin" qrupundan olan bir sıra dərmanlar insulinin təsirliliyini gücləndirir, digər qrup dərmanlar insulinini sekresiyasına təsir göstərir. İnsulinin rezistentliyi kök insanlarda daha erkən rast gəlinir. Ona görə də dərmanlar xəstənin vəziyyətindən asılı olaraq təyin edilməlidir".
  
   Səhiyyə Nazirliyindən aldığımız məlumata görə, dövlət büdcəsindən Bakı şəhərinin səhiyyə xərclərinə 7 milyon 230 min manat vəsait ayrılıb. Məhz bu məbləğ nazirliyin birbaşa nəzarəti altındadır. Çünki bölgələrə səhiyyə xidməti üçün ayrılan vəsait rayon icra hakimiyyətlərinin göstərişilə çatdırılır. Ayrılmış vəsaitin 7 milyonu dərman və sarğı ləvazimatları üçün nəzərdə tutulub. Hər bir təşkilat üzrə büdcə göstəricilərinə nazirlik ciddi nəzarət edir. Proqnozlaşdırılan maddələr arasındakı büdcə xərclərinə nəzarəti Səhiyyə Nazirliyi və Dövlət Xəzinədarlıq Agentliyi həyata keçirir.

   Dərmanların paylanmasına da ciddi nəzarət var. Ancaq nazirlik də bir sıra nöqsanların olmasından xəbərsiz deyil. Bu halların qarşısının alınması üçün isə qurumun qaynar xətti fəaliyyət göstərir. 109 xidmətində Səhiyyə Nazirliyinin şikayətlər üçün olan qaynar xətti 495-40-15-dir.

   Xəstələrin registr xidməti isə hər ay aparılır. Bu ay üçün olan məlumata görə, Bakıda 33 631 nəfər diabetli insan var. Bu insanların sayı qanda şəkərin miqdarını ölçən cihaz - qlaükometrlər paylandıqdan sonra artıb. Xəstələrin qeydiyyata düşmək istəməmələrinin qeydə alınmada süründürməçilikdən tutmuş, iş yerini itirmək qorxusunadək bir sıra səbəbləri var.

   Hazırda 3 uşaq atası olan Mehman bəy iş yerini itirmək istəmədiyindən qeydiyyata düşmür və dərmanlarını özü alır. Bu məsələdə haqsız da deyil. Respublika prezidentinin 23 dekabr 2003-cü ildə imzalandığı "Şəkərli Diabet üzrə Dövlət Proqramı"nın 8-ci maddəsində şəkərli diabet xəstəliyinə tutulmuş şəxsin əmək hüquqlarından bəhs olunur. Maddə 8.1-də bu xəstəliyə tutulmuş şəxsin əmək hüquqları yalnız respublikanın əmək qanunvericiliyi ilə müəyyən edilən işçinin sağlamlığına, səhhətinə, mənfi təsir göstərən amillər olan ağır, zərərli, təhlükəli əmək şəraitli peşələr (vəzifələr) və iş yerləri üzrə məhdudlaşdırıla bilər.

   8.2-ci maddədə isə vətəndaşın şəkərli diabetlə xəstə olması səbəbinə görə əmək müqaviləsinin bağlanmasından imtina etmək və ya işçi ilə əmək müqaviləsinə xitam vermək yolverilməzdir. Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallara şamil edilmir.

   Bu haldan xəbərdar olan xəstə işçi isə xəstəliyini gizlətmək məcburiyyətində qalır.

   Hüquqşünas Ələsgər Məmmədli Dövlət Satınalmaları haqqında olan qanuna aydınlıq gətirir: "Orada diqqətimi çəkən əsas məsələlərdən biri bu qanunda dövlət vəsaitindən səmərəli, qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün mal götürənlərə rəqabət mühitinin yaradılması prinsip və qaydanı müəyyən etdiyi göstərilir. Əsas məqam olan bunun effektiv və aşkarlıq prinsipi çərçivəsində xərclənməsi qanunda nəzərdə tutulub. Effektivliyi şəffaflıqla müəyyən edə bilərsiniz. Bu prosesdən cəmiyyətin xəbər tutması - bu, yoxdur. Qanunda bu, tələb kimi qoyulmayıb. Bu, ciddi problemdir. Çünki bundan sonra digər məqam - örtülü bazarda anlaşma başlayır".

   Xəstələrə paylanan ucuz dərmanlar almaqla vətəndaşların xəstəliklərinin irəliləməsinə və sonda dövlətin yenə də artıq xərcləməsinə gəlincə, qanunda bu hal nəzərə alınıb. Ə.Məmmədlinin dediyinə görə, 1 manat işə qoyub həll ediləcək halda, 50 qəpik qoyub sonra daha 2 manat xərc çəkilir: "Hərəsi 10 manatdan 100 min dərman alınmalıdırsa, biri 2 manatdan 200 min dərman alınır. Amma sonra 2 manatlıq dərmanların yaratdığı effekt də daha 10 milyon əlavə vəsait tələb edir ki, onlar müalicə olsun, ya da ümumiyyətlə, daha çox qəbul etsin, amma effekt almasın, nəticədə işgəncə çəksin. Bunlar hamısı satınalmaların effektivliyi ilə bağlı olan məsələdir".

   Burada həm keyfiyyət, həm də kəmiyyət məsələsi olduğunu deyən hüquqşünas bildirdi ki, dərmanların ucuz olması alınmaq məsələsi yox, ekspertlərin rəyi ilə keçirilmiş laborator analizləri əsas gətirilərək alınması zəruri olan məqamdır. "Çünki bunun hər birinin arxasında bir insan həyatı var və insan həyatı üçün vacib olan dərman preparatları ucuz olduğu üçün alınması yox, effektiv olduğu və müalicə etmə qabiliyyəti olduğu üçün alınmalıdır. Və bunun üçün qiymət ön planda deyil, ikinci planda tutulmalıdır. Çünki bu dövlətin üzərinə funksiya qoyur ki, bu tip insanları dövlət olaraq yardım etməlisən" dedi.

   Toplu şəkildə alınan dərman preparatlarında yaranan hər hansı problemlərin əsas gətirilərək qeyri-şəffaf yollarla həll edilməsinin korrupsiyaya rahat şəkildə şərait yaratdığını deyən Ə.Məmmədli qanunda bütün dövlət vəsaitlərinin satınalmadan keçərək ya da xidmətlərin satınalmalardan keçərək verilməsinin nəzərdə tutulmadığını söylədi: "Orada göstərilir ki, Azərbaycanda dövlət müəssisə təşkilatları, idarələri ya da nizamnamədə ən azından dövlətin payı 30 faizdən çox olarsa, həmin təşkilatların dövlət vəsaitləri aldığı dövlət maaş və qrantlar hesabına alınan məqamlar satınalma qanunu çərçivəsində həll olunur. Yəni tender keçirilməlidi. Dövlət vəsaitindən ayrılan, amma dövlət vəsaitinin dövlət təşkilatına, idarəsinə yox, qeyri-dövlət idarəsi təşkilatına ayrılması, bununla bağlı şəffaflığın tələb olunmadığı, bu qanunun tətbiqinin mümkün olmadığı görünür. Əslində dövlət büdcəsindən xərclənən vəsait, eyni zamanda dövlət mənbəli gəlirlərin bütün xərclənməsi bu qanun çərçivəsində olmalıdır. Bu o zaman imkan verərdi ki, dövlət büdcəsindən ayrılmayan, amma dövlət neft şirkətinin balansına gələn bütün xərcləmələr üzrə satınalmalarla bağlı şəffaflıq görünə bilərdi".

   Həmsöhbətim qanundakı boşluqlardan da danışdı: "Neft Fonduna neft gəlirlərindən xərclənən vəsaitlər, yəni bir milyard gəliri olub və bu gəlirin yarım milyardını satınalmalara verib. Dövlət büdcəsindən birbaşa ayrılmadığına görə belə çıxır ki, bunun məsələyə aidiyyatı yoxdur. Kənardan olan vəsait kimi görünür. Qanunda bu cür boşluqlar kifayət qədər var və bu boşluqlar qəsdən qoyulan boşluqlardır ki, manevr etmək imkanları olsun və satınalmalardan kənarda işlər həll olsun. 50 min manatdan çox olan mallar mahiyyət etibarı ilə bu qanun çərçivəsiylə olmalıdır. Amma orada bir maddə qoyublar ki, əgər təcilidirsə, təxirəsalınmaz tədbirlərdisə, tədbirdən kənarda həyata keçirilir. Yəni kimsə gəlir, təklif verir və dərhal da qəbul olur. Bizdə hər 10 satınalmadan 9-u məhz bu çərçivədə həyata keçirilir. Bu özü də ciddi şəkildə qəsdən yaradılmış boşluqdur. Qəsdən bu cür tənzimləmə qoyulub ki, nazirliklər satınalmaları həyata keçirəcək xidmətləri alacaq dövlət qurumları mümkün qədər tenderlə yox, seçmə üsulu ilə, yəni özlərindən təkliflərin gəlməsi və təkliflərin qiymətləndirilməsi şəklində həyata keçirilsin. Bu da qanunda ciddi şəkildə şəffaflığın qarşısına alan və korrupsiyaya meyl edən elementlərdəndir".

   Problemlə əlaqədar Maliyyə Nazirliyinə şəkərli diabet xəstələrinin dərmanlarla təminatı üçün bölgələrə ayrılan büdcə vəsaiti və bu vəsaitin xərclənməsinə necə nəzarət olunmasıyla bağlı ünvanladığımız sullar isə cavabsız qaldı. Nazirliyin mətbuat xidməti sulları cavablandıracaqlarını bildirsələr də bizə cavab vermədilər.



   Tenderlə bağlı Maliyyə Nazirliyinin saytında yalnız elanlara rast gəlmək mümkündür. Burada isə hansı şirkətlərin və hansı ölkələrin iştirakı bilinmir. Tenderdə hansı şirkətin qalib gəldiyi də göstərilmir. Səhiyyə Nazriliyinin saytındakı bəzi tenderlərin iştirakçıları və hansı ölkədən olduqları öz əksini tapıb.

Aytən FƏRHADOVA
“Ekspress” qəzeti

   
Yazı İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin keçirdiyi "Azərbaycanda dövlət satınalmalarında şəffaflıq" müsabiqəsinə təqdim olunur
Yüklə 63,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin