Asılı tərəfin əsas tərəflə şəxsə və kəmiyyətə görə uyğunlaşmasına uzlaşma deyilir. Uzlaşma əlaqəsi həm predikativ həm də qeyri-predikativ birləşmələrdə özünü göstərir. Yəni, bu əlaqə həm mübtəda ilə xəbər arasında, həm də II və III növ təyini söz birləşməsinin tərəfləri arasında özünü göstərir.
Predikativ birləşmələrdə uzlaşm
Mübtəda ilə xəbər arasındakı uzlaşma başa düşülür. Bu əlaqədə mübtəda əsas tərəf, hökmran tərəf, hakim tərəf olur. Yəni mübtəda tabe edən tərəf kimi çıxış edir. Xəbər isə mübtədadan asılı olur, mübtədaya tabe olur, onunla uzlaşır.
Uzlaşma əlaqəsində xəbər mübtəda ilə uzlaşır. Mübtəda əsas xəbər isə asılı tərəf olur. Bəzən mübtəda ilə xəbər arasında uzlaşma əlaqəsi pozula bilir. O duru gölləri qoruyan mənəm mübtəda III şəxsin təkində (O duru gölləri qoruyan), xəbər isə I şəxsin təkindədir (mənəm). Bu cümlədə mübtəda sabit qala-qala xəbər dəyişə bilər. O duru gölləri qoruyan mənəm; bizik; sənsən; sizsiniz; odur; onlardır. Belə cümlələrdə uzlaşma əlaqəsinin pozulması səbəbi subyektlə predikatın yerini dəyişməsidir.
Xəbərin mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşmasında heç vaxt şəxsin və kəmiyyətin uyğunluğu pozulmur. Məsələn: Mən aldım, sən aldın, biz gəldik, siz aldınız, o aldı və s. Lakin III şəxsin cəmində xəbər mübtəda ilə kəmiyyətcə uzlaşa da bilər, uzlaşmaya da bilər. Bu hal onunla bağlıdır ki, III şəxsin cəminin məzmunu çox genişdir. III şəxsin cəmi bütün canlı və cansız varlıqları əhatə edir. III şəxsin cəmində xəbərin mübtəda ilə uzlaşmasında üç hal var:
Mübtəda insan məfhumu ifadə etdikdə, xəbər onunla əksər vaxt kəmiyyətcə uzlaşır. Az-az hallarda uzlaşmır. Uzlaşanlar: Uşaqlar onu çağırdılar. Uzlaşmayanlar: Uşaqlar onu çağırdı.
Mübtəda heyvanları və quşları bildirdikdə, xəbər kəmiyyətcə onunla bərabər şəkildə uzlaşa da bilir, uzlaşmaya da bilir. Məsələn: İtlər hürüşdülər də ola bilər, İtlər hürüşdü də. Uzlaşmayanlar: Boz qarğalar qarışmasın bülbüllərin xoş səsinə.
Mübtəda cansız varlıqları ifadə etdikdə, xəbər əksər vaxtlar kəmiyyətcə onunla uzlaşmır. Az-az hallarda uzlaşır. Məsələn, uzlaşmayanlar: İşıqlandı üfüqlər. Uzlaşmayanlar: Projektorlar limanda nəsə axtarırdılar
Qeyd: Xəbərin mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşmasını və uzlaşmamasını nəzərə alaraq uzlaşma əlaqəsi iki növə ayırmaq olur: Tam uzlaşma, natamam(yarımçıq) uzlaşma. Xəbərin mübtəda ilə həm şəxsə, həm də kəmiyyətə görə uzlaşması tam uzlaşmadır. Məsələn, I, II şəxslərin tək və cəmində, həm də III şəxsin təkində olan uzlaşma heç vaxt pozulmadığı üçün tam uzlaşmadır. Ancaq III şəxsin cəmində xəbərlə mübtəda arasında olan uzlaşma kəmiyyətə görə pozulduğundan natamam (yarımçıq) uzlaşmadır. Ona görə ki, III şəxsin cəmində mübtəda ilə xəbər arasındakı uzlaşma kəmiyyətə görə pozulur.
Baş üzvlərin uzlaşması
Bəzi cümlələrdə mübtəda həmcins olur. Bu zaman xəbər həmcins mübtədalarla uzlaşmalı olur. Bəzən də xəbər özü həmcins olur və bu zaman həmcins xəbərlər mübtəda ilə uzlaşmalı olur.