1. Ekologiya elmi haqqında anlayış, tarixi, əsas məqsəd və vəzifələri



Yüklə 87,11 Kb.
səhifə1/52
tarix02.01.2022
ölçüsü87,11 Kb.
#42954
  1   2   3   4   5   6   7   8   9   ...   52
ekologiya


1.Ekologiya elmi haqqında anlayış, tarixi, əsas məqsəd və vəzifələri.

Ekologiya yunan sözüdür (oykos – ev, daxma, logiya – elm). Lakin yunan

Sözü olsa da onu ilk dəfə alman bioloqu 1869—cu ildə Ernest Hekgel işlətmişdir.

Ekologiya canlı orqanizmlər arasında və onların olduğu mühitlə qarşılıqlı əlaqə

Haqqında sintetik bioloji elmdir. Ekologiyanın əsas prdemeti daxilində enerji və Üzvi maddələrin transofrmasiya prosesi gedən və bir-biri ilə qarşılıqlı əlaqədə olan Canlı orqanizmlərin məjmusunu öyrənməkdədir.

Ekologiyanın əsas vəzifəsi Ekosistemdə enerji və materiyanın qarşılıqlı təsirini öyrənməkdir.

Ekologiyanın tarixi kökləri çox qədim dövrlərə gedib çıxır. Canlı Orqanizmlərin həyatı, onların xariji mühitdən – onu əhatə edən üzvi və qeyri-üzvi Mühitdən asılı olması, heyvan və bitkilərin yayılması xarakteri haqqında Məlumatlara hələ eramızdan əvvəl dövrlərdə rast gəlinir.Antik filosof Aristotel 500-dən artıq ona məlum olan heyvan Növünü təsvir etmiş, onların davranışları haqqında yazmışdır.

Ekologiyanın inkişaf tarixini üç mərhələyə bölünür.

Birinci mərhələ – ekologiyanın bir elm kimi yaranma və təşəkkülü (XIXəsrin 60-cı illərinə qədər). Bu mərhələdə canlı orqanizmlərin məskunlaşdığı yerin mühiti ilə qarşılıqlı əlaqəsi haqqında məlumatlar toplanmış, ilk elmi yekunlar hazırlanmışdır. XVII-XVIII əsrlərdə ekoloji məlumatlar ayrı-ayrı canlı orqanizmlərə həsr olunur, onların bioloji təsvirləri yerinə yetirilir.

İkinci mərhələ (XIX əsrin 60-cı illərindən sonrakı dövr). Bu mərhələdə Ekologiya elmi müsətqil sahəsi kimi formalaşır.

XIX əsrin ikinci Yarısında ekologiyanın əsas məzmunu əsasən heyvan və bitkilərin həyat tərzinin, Onların iqlim şəraitinə adaptasiyanın Öyrənilməsi idi. Alman bioloqu – təkamülçü Ernest Hekkel ilk dəfə olaraq Ekologiya elmini biologiyanın müstəqil və mühüm sahəsi kimi ayıraraq ona Ekologiya adını verdi. Özünün «Orqanizmlərin ümumi morfologiyası» kapital əsərində o yazırdı: Ekologiya dedikdə biz təbiətin iqtisadiyyatına aid olan biliklərin Cemi kimi başa düşürük: ekologiya heyvanların onu əhatə edən mühitlə (həm üzvi,Həm də qeyri-üzvi) qarşılıqlı əlaqələrinin bütün məcmusunu, hər şeydən əvvəl Təmasda olduğu heyvan və bitkilərlə bilavasitə dostluq və ya düşmənçilik əlaqələrini öyrənir.

Müstəqil bir elm kimi ekologiya 1920-ji illərin əvvəlində qəti formalaşdı.Ekoloci və təkamül Məsələlərini sıx əlaqələndirən səmərəli «ekoloci sığınajaq» («ekoloci nişa») Konsepsiyası yarandı

Üçüncü mərhələ (XX əsrin 50-ci illərindən başlayaraq bu günə qədər Olan dövr). XX əsrin ikinci yarısında ətraf mühitin çirklənməsinin intensivləşməsi Və insanın təbiətə təsirinin güclənməsi ilə əlaqədar ekologiya elmi xüsusiəhəmiyyət kəsb edir.


Yüklə 87,11 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin