Sual 2. Azərbaycanda ekologiya elminin inkişafi.
Azərbaycanda ekologiya elminin ayrı-ayrı sahələrinin tarixi müxtəlifdir. Məsələn;
Coğrafiya sahəsi. Ekologiya coğrafiya elmi ilə sıx Bağlıdır. Ekologiya canlı orqanizmlər arasında və onların olduğu coğrafi mühitlə qarşılıqlı əlaqəsi haqqında elmdir.
XX əsrin əvvəllərində bir sıra əcnəbi və Azərbaycan alimləri respublikamızın ərazisində coğrafiya elminin müxtəlif istiqamətləri üzrə elmi-tədqiqat işləri aparmışdır, iqlimşünaslıq, sinoptik meteorologiya, atmosfer fizikası, fikroiqlimşünaslıq, zooiqlimşünaslıq sahəsində elmi əsərlər yazmışlar. Coğrafiyanın müxtəlif sahələri üzrə daha geniş elmi tədqiqatlar 1945-ci ildən Sonra Azərbaycan EA-da coğrafiya İnstitutu yarandıqdan sonra aparıldı. İntstitutun Strukturunda dəyişiklik aparılaraq geomorfologiya, paleojoğrafiya, Landşaftşünaslıq, iqlimşünaslıq, hidrologiya, xəritəçilik, toponimika, Xəzər dənizi,Meşə torpaqşünsalığı, iqtisadi və sosial coğrafiya, təbiəti mühafizə şöbələri təşkil olundu.
1945-ci ildən başlayaraq torpaq eroziyası üzrə tədqiqat işləri Torpaqşünaslıq və Aqrokimya İnstitutunda aparılmışdır. 1950-ci ildə Torpaq-Eroziya Stansiyası yaradılmışdır .
Dostları ilə paylaş: |