1. Ekologiya elmi haqqında anlayış, tarixi, əsas məqsəd və vəzifələri



Yüklə 87,11 Kb.
səhifə14/52
tarix02.01.2022
ölçüsü87,11 Kb.
#42954
1   ...   10   11   12   13   14   15   16   17   ...   52
ekologiya

Sual 11.Siyasi ekologiya.Siyasi ekologiya təbii mühitin vəziyyətinin siyasi proseslərə təsirini, ekoloji problemlərin həllinin vəziyyətini öyrənirәnir. Siyasət – təşəkkül tapmış ictimai qaydaları cəmiyyətdə qorumaq məqsədilə müxtəlif sosial qruplar və siniflər arasındakı münasibətləri tənzimləyən xüsusi fəaliyyət formasıdır.Siyasət insanların təkcə sosial, mədəni, iqtisadi tələblərini deyil, həm də ekoloji tələblərini də nəzərə almalıdır. Əgər hava ilə nəfəs almaq, suyu içmək, qidanı yemək mümkün deyilsə, onda bütün siyasi problemlər öz gücünü itirir. İnkişaf etmiş ölkələrdə ekoloji məsələlər milli problemlər siyahısında birinci yerdə durur. Yaşama şəraitinin keyfiyyətcə pisləşməsi sosial ziddiyyətlərin kəskinləşməsinə, sosial sahədə də gərginliyi artırır. «Ekoloji cəhətdən təmiz mühitdən» istifadə əsasən inkişaf etmiş ölkələrin və varlı təbəqələrin imkaninda olur.

Bu gün heç bir partiya əhalinin ekoloji tələblərini nəzərə almadan seçkilərdə qələbəyə ümid bəsləyə bilməz. Siyasi ekologiya ictimai həyatın demokratikləşdirilməsinə, söz azadlığına, ekoloji informasiyanın aşkarlığına xüsusi əhəmiyyət verir. Demokratikləşmə, cəmiyyətin idarə edilməsində inzibati metodlardan imtina edilməsi, təbii mühitin vəziyyətinə dair informasiyaya məhdudiyyətlə- rin qoyulmaması təbiətin mənimsənilməsinin, onun ehtiyatlarından optimal istifadənin alternativ yollarının seçilməsi üçün real zəmin yaradır. «Yaşıllar» partiyaları əksər inkişaf etmiş ölkələrdə mövcuddur, onların nümayəndələri isə bir çox milli parlamentlərin tərkibinə daxildir. «Yaşıllar» partiyası üçün az və ya çox ümumi olan əsas siyasi prinsiplər aşağıdakılardır: əsas diqqətin ekoloji problemlərin səbəb və konkret təzahürlərinə verilməsi; dünyada möhkəm sülhə nail olunması və ümumi tərk-silah; ictimai həyatın müxtəlif sahələrində demokratik inkişaf yollarının müdafiə edilməsi; ekoloji etika və mədəniyyətin təbliği; ekoloji iqtisadiyyatın, energetikanın və texnologiyanın alternativ növlərinin inkişafına köməklik göstərmək .

«Qrinpis» ekoloji təşkilatının fəaliyyəti hamıya məlumdur. Biosfer ehtiyatlarının tükənməsi, təbii mühitdə müxtəlif tip çirklənmələrin toplanması və bununla əlaqədar xəstəliklərin və ölümün artması siyasətçilər qarşısında ayrı-ayrı dövlətlərin və bəşəriyyətin bütövlükdə təhlükəsizliyi problemini qoymuşdur.

Siyasi ekologiyada mərkəzi yeri dövlətlərarası ziddiyyət və konfliktlər tutur. Onların səbəbləri: 1) çirkləndirici maddələrin dövlətlərarası daşınması ; 2) qonşu ölkələrin təbii mühitinə ziyan vuran sənaye qəzaları; 3) bütün bəşəriyyətə məxsus olan ehtiyatlardan istifadə; 4) hərbi fəaliyyət ilə .




Yüklə 87,11 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin