Sual 12.Ekoloji hüquq inkişafın alternativ yollarının axtarişı
Hüquq – cəmiyyətdə insanların münasibətini tənzimləyən, müəyyən mənada dövlət tərəfindən müəyyən edilən və qorunan normaların məcmusudur. Hüquq demokratik cəmiyyət şəraitində: dövlət hakimiyyətini əlaqələndirir və özünə tabe etdirir; dərin əsaslanmalar əldə edir və ölkə konstitusiyasında möhkəmlənir; müstəqil və güclü olan məhkəmə ilə birləşir.
Ekoloji münasibətlərin hüquq vasitəsilə tənzimlənməsi yeni əsaslandırılmış qanunların qəbulu ilə başlamalıdır. Qanunçuluğun əsasını ölkə konstitusiyası təşkil edir. Beynəlxalq normalara uyğun olaraq, konstitusiya ekoloji münasibətlərin tənzimlənməsində dövlətin ümumi yanaşmasını müəyyənləşdirir. İnsanın vətəndaşlıq və siyasi hüquqlarına dair BMT-nin 1976-cı ildə qəbul etdiyi Paktın mərkəzi yerini hər bir insanın inkişafı, ətraf mühitin sağlam və ekoloji cəhətdən tənzimlənmiş şəraiti, sülh şəraitində yaşamaq və bəşəriyyətin ümumi irsinə olan hüquqlar tutur. Həmin hüquqlar ayrı-ayrı ölkələrin konstitusiyasında dəyişikliklərin edilməsinə təsir göstərir. Bu hüquqlar əsasında vətəndaşların ekoloji hüquqları, təbii mühitin mühafizəsi, təbii ehtiyatlardan səmərəli istifadə haqqında konkret qanunçuluq təkmilləşdirilir.
Vətəndaşların ətraf mühitə olan hüququ iki əsas vəziyyət ilə müəyyən olunur: ekoloji tərbiyə və təhsillə, ekoloji hüquqların dövlət təminatı ilə.
Vətəndaşların ekoloji hüquqlarının dövlət təminatına vətəndaşların sığortası, dövlət və ictimai fondların yaradılması, təbii mühit üzərində nəzarət, müşahidə və s. Daxildir. Vətəndaşların ekoloji hüquqları aşağıdakılardır:- təbii mühitin vəziyyəti və onun mühafizəsi tədbirləri haqqında düzgün informasiyanın verilməsi haqında sorğu etmək; ekoloji cəhətdən ziyanlı obyektlərin yerləşdirilməsi, tikintisi, istismarı haqqında qərarların ləğv edilməsini tələb etmək; ekoloji qanun pozuntularına görə məsul və günahkar şəxslərin məsuliyyətə cəlb edilməsini tələb etmək.
Ekoloji qanunların yerinə yetirilməsi bütün dövlət orqanları sistemi, ekoloji ekspertiza təşkilatları, qorunan ərazi və obyektlərin təşkili vasitəsilə həyata keçirilir. Sonuncular ərazi-qoruq fondunu əmələ gətirir, bunlar bios-fer qoruqları, yasaqlıqlar, milli təbii parklar, təbiət abidələri, «Qırmızı kitaba» daxil edilmiş nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərindən ibarətdir.
Beynəlxalq səviyyədə insanın əlverişli ətraf mühitə olan hüququnun təmin edilməsində BMT-nin müxtəlif qurumlarının böyük rolu vardır. Onlar tərəfindən ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması üçün çoxsaylı proqramlar işlənmişdir: ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) – «Ətraf mühitin gigiyenası»; ƏKTT (Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) – «Kənd təsərrüfatı kimyəvi maddələri və tullantılar»; YUNESKO (BMT təhsil, elm və mədəniyyət məsələləri üzrə) – «Insan və biosfer». Nəzərdə tutulmuş proqramların həyata keçirilməsinə YUNEP (ətraf mühit üzrə proqram) 1972- ci ildən rəhbərlik edir.
Dostları ilə paylaş: |