1. Ekologiya elmi haqqında anlayış, tarixi, əsas məqsəd və vəzifələri


Sual 14.Ekosistem və biosenozun mahiyyati



Yüklə 87,11 Kb.
səhifə17/52
tarix02.01.2022
ölçüsü87,11 Kb.
#42954
1   ...   13   14   15   16   17   18   19   20   ...   52
ekologiya

Sual 14.Ekosistem və biosenozun mahiyyati. Canlı orqanizmlər və qeyri-üzvi komponentlərin maddələrə dövranı baş verən məcmusu ekosistem adlandırılır( məs. Meşə, çəmən, göl və s.). Bu Termin 1935-ci ildə ingilis ekoloqu A.Tensli tərəfindən təklif olunmuşdur. Ekosistemlər dəqiq həcimə malik deyil və istənilən fəzanı tuta bilər. Təbiətdə ekosistemlərin miqyası və bu sistemlərdə baş verən maddələr dövranı qapalılıq dərəcəsi də müxtəlifdir. Bəzi ekosistemlərdə maddənin kənara çıx-ması çox böyük olduğu üçün onun sabitliyi kənardan həmin miqdarda maddə daxil olması ilə Saxlanılır. Yerdə olan ən iri ekosistemlər belə tam qapalı dövrana malik deyil. Ekosistem konsepsiyası ilə paralel olaraq biogeosenoz haqqında təlim də İnkişaf etməkdədir ki, bunun da banisi V.N.Sukaçovdur (1942).

Ekosistem və biogeosenoz mahiyyət etibarı ilə yaxın anlayışlar olsalar da sinonim deyilir. Əgər ekosistem hər-hansı səviyyədə maddələr dövranını təmin edən Sistemləri ifadə edirsə. Biogeosenoz-ərazi anlayışı olmaqla canlı orqanizmlərlə əhatə Olunmuş müəyyən sahəni, ərazini ifadə edir.

Məsələn, adi su damcısı, dibçəkdəki çiçək, pilotlu kosmik gəmi və s. Ekosis- tem ola bilər. Lakin, bunlar biogeosenoz anlayışına uyğun gəlmir. Bir ekosistemdə bir neçə biogeosenoz ola bilər. İstənilən biogeosenoz ekosistemdir. Lakin, bütün Ekosistemlər biogeosenoz hesab oluna bilməz. Ekosistem janlı və jansız kompnentlərdən ibarət ölçüsüz dayanaqlı bir sistemdir. Biogeosenoz isə dəqiq sərhəddi olan yerüstü qurumdur.

Biogeosenoz iki əsas tərkib hissədən ibarətdir: ekotop (yun. «topos»- yer) – müəyyən ərazinin abiotik amillərinin məcmusu və biosenoz (lat. Bios- həyat, senoz-cəmiyyət, ümumi)- qarşılıqlı əlaqədə olan və birgə məskunlaşmış orqanizmlərin Məcmusu.

Biosenoz özündə heyvanları , bitkiləri və mikroorqanizmləri birləşdirir. Ekotop isə iqlim (klimatop) və torpaq-suxur (edafot) amillərindən ibarətdir.

Dünyada ayrı-ayrı təbii bölgələrdə olan ekosistemlərin təsnifatı zəif öyrənilib. Onların tipləri, sinifləri və fəsilələri məlumdur, cinsləri və növləri haqqında isə dəqiq İnformasiya yoxdur və ya azdır. Eyni bioloci növün müxtəlif populyasiyası ayrı-ayrı ekosistemə daxil ola bilər. Məsələn, canavar dünyanın müxtəlif ekosisteminə daxil olan növdür. Yaz-yay aylarında Azərbayjan ekosistemlərinə daxil olan ağ ley-lək və Qaranquş kimi quşlar qışda Afrika ekosistemlərinin üzvü olurlar.




Yüklə 87,11 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin