Sual 16. Ekoloji amillərin təsnifat
Ekoloci amillər müxtəlif təbiətə və təsir xüsusiyyətlərinə malikdirlər. Ona Görə də, ekoloji amillərin təsnifatının da müxtəlif variantları mövcuddur. Məsələn, müəyyən orqanizmlərin sayından asılı olan və asılı olmayan ekoloji amillər. Ekoloji amillərin təsirinin dinamiklik dərəcəsindən asılı olmasını nəzərə alaraq A.S.Moiqadski Orginal təsnifat vermişdir. O, birinci dövrü, ikinci dövrü və dövrü olmayan amilləri ауirir. Birinci dövrü amillərə yerin fırlanması ilə bağlı olan təzahürlər aid edilir (ilin fəsillərinin dəyişməsi, gecə və gündüzün növbələşməsi və s.). Bu amillər yerdə Canlılar meydana gələnə qədər də təsir göstərmişlər və əmələ gələn canlılar buna uyğunlaşmalıdırlar. İkinci dövrü amillərin nəticəsi, törəməsidir (məsələn, nəmlik, temperatur, yağıntılar və s.). Dövrü olmayan amillər düzgün vaxta malik olmayan amillərdir (torpaq- suxur amilləri, təbii fəlakətlər və s.).
Ekoloci amilləri əsasən iki qrupa bölürlər:
1. Abiotik – cansız təbiət amilləri
2. Biotik – canlı təbiət (antropogen amillər də daxil olmaqla) amilləri.
Dostları ilə paylaş: |