1. Ekologiya elmi haqqında anlayış, tarixi, əsas məqsəd və vəzifələri


Sual 18.Biotik amillər. (Antropogen amil də daxil olmaqla)



Yüklə 87,11 Kb.
səhifə25/52
tarix02.01.2022
ölçüsü87,11 Kb.
#42954
1   ...   21   22   23   24   25   26   27   28   ...   52
ekologiya

Sual 18.Biotik amillər. (Antropogen amil də daxil olmaqla)

Biotik amillər canlı orqanizmlərin həyat fəaliyyətlərinin bir birinə təsirinin məcmusudur. Biotik amillər bölünür: bitkilər, heyvanlar, Mikroblar aləminin amilləri və antropogen amillər. Heyvanlar, bitkilər və mikroorqanizmlərin qarşılıqlı münasibətləri olduqca müxtəlifdir. Bunları birbaşa və dolayı əlaqələrə ayırmaq olar. Birbaşa əlaqə dedikdə bir orqanizmin digərinə bilavasitə təsiri nəzərdə tutulur. Bir orqanizmin Abiotik amillərin rejimini dəyişməklə digər orqanizmlərə təsir dolayısı ilə təsir Adlanır.

Canlı orqanizmlərin qarşılıqlı təsirini onların bir- birlərinə göstərdiyi reaksiya ilə təsnifata bölürlər. Eyni növə məxsus fərdlər arasındakı münasibətlər Homotip, ayrı- ayrı növlərin fərdləri arasındakı münasibətlər isə Нeterotip reaksiyalar adlanır.

Biotik təsir növdaxili və növlərarası olur. Biotik faktorlar 3 əsas istiqamətdə inkişaf edir, yəni 3 əsas səbəbdən əmələ gəlir:

1. qida əlaqəsi;

2. sahə əlaqəsi;

3. reproduktiv əlaqə, yəni nəsl vermək üçün yaranan əlaqələr.

Qida əlaqəsi növlər arasında sahəyə görə Reproduktiv əlaqələr isə növ daxilində, Yəni eyni növün fərdləri arasında dahа çox təsirlidir. Biotik əlaqələrin qanunauyğunluqları təbii sistemlərə aiddir. Onlar süni şəraitdə Məcburiyyət qarşısında qalıb pozula bilər. Qida əlaqədərində hər hansı bir İştirakçının zəifləməsi, sonrakı heyvanların qida əlaqəsini dəyişə bilər. Qida Rəqabətini təbiət özü tənzim edir. Heyvanlar qidalanma vaxtını və onun qaydasını Dəyişməklə rəqabətdən qaçırlar. Məsələn: qaranquş və yarasa. Hər ikisi gündüz Heyvanı olmuşlar. Onlar havadan həşərat ovlayırlar. Qaranquş surətlə uçduğu üçün Həşərat ovlaması effektli olmuş, ona görə də qalib galmiş, gündüz fəallığını Saxlamışdır. Lakin yarasa zəif uçduğu üçün ac qalıb məhv olmalı və ya gecə ov Etməli idi. Ona görə gecə heyvanı olmuşdur. Təbiətdə formalaşan sahə əlaqələri növ daxilində çox təsirli, növlər arasında İsə az təsirlidir. Ona görəki eyni sahədə bu və ya digər növün fərdləri həddindən artıq çoxaldıqda onların arasında rəqabət güclənir, yaşama effekti aşağı düşür. Eyni sahədə növlərin sayı nə qədər çox olsa o qədər yaxşı olar. Reproduktiv əlaqələr növ daxilində, yəni eyni növlərin fərdləri arasında çox təsirlidir. Mühitin insanın əmək fəaliyyəti nəticəsində əmələ gəlmiş xassələrinə antropogen təsirlər və ya antropogen amillər deyilir. Antropik amillər insanın Onu əhatə edən canlı aləmə özünəməxsus təsiridir. Bu təsir dörd cür ola bilər; öldürüb istifadə Olunması ; heyvanların əhliləşdirilməsi və Bitkilərin mədəniləşdirilməsi, canlıların introduksiyası; seleksiya – yeni cins və sort yetişdirilməsi.

İnsanın atmosferə, litosferə, hidrosferə, Litosferə və ya kosmosa təsiri antropik faktor deyilir, ona görə ki, bunlar canlıya birbaşa təsir etmir, vasitəli təsirlərdir. Belə hallarda insanın özünə təsiri baş verir. Buna antropik yox antropogen təsir deyilir. Antropogen təsir deyilir. Antropogen Faktorlar ilk növbədə canlı sistemdə gedən biokimyəvi və fizioloci proseslərə (tənəffüs, fotosintez, həzm, və s.) təsir edir.

İnsan ətraf mühitə bioloji və sosioloji təsir edir. Onun mühitə təsiri bütün canlıların birgə təsirindən güclüdür. Ona görə dünyada insanın əmələ gəlməsi Yer planetinin inkişafı tarixində yeni bir geoloji dövr hesab edilir (antropogen dövr). İnsanın ətraf mühitə sosioloji təsiri yem bitkiləri yığmaq, balıq tutmaq və ovçuluqla məşğul olmaqla başlamışır. Ətraf mühitə insanın təsiri məqsədli və məqsədsiz ola bilər. İnsanın məqsədli Təsiri nəticəsində sərvətlərin təbii ehtiyatı azala da bilər, arta da bilər. İnsanın Təbiətə məqsədli təsirini əvvəlcədən planlaşdırmaq olar. Lakin insanın təbiətə Məqsədsiz təsirini hes kim əvvəlcədən planlaşdırmır. Müasir dövrdə yaranmış qlobal ekoloji problemlər İstixana effektli, turşulu yağışlar, ozon qatının dağılması və s.- antropogen amillərlə bağlıdır.




Yüklə 87,11 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin