Sual 26.Atmosferin çirklənmə mənbələri.Havada qazların, bərk və maye halında müxtəlif maddələrin, həmçinin radiaktiv elementlərin canlı orqanizmlərin həyat şəraitinə mənfi təsir edə biləcək miqdarda olmasına atmosfer çirklənməsi deyilir.
Atmosferin çirklənməsi əsasən antropogen amillərlə əlaqədardır, lakin atmosfer müstəsna hallarda təbii proseslərin təsirindən də çirklənə bilər. Atmosfer çirklənməsi Yer kürəsində regional və qlobal miqyasda olur.
Atmosferin regional çirklənməsinin səbəbi şəhərlərin, iri sənaye komplekslərinin yerləşdiyi ərazinin havasına çoxlu miqdarda tullantıların (tüstü, his, qaz, toz və s.) daxil olmasıdır. Qlobal çirklənmənin səbəbi isə regional çirklənmənin tədricən çox uzaq sahələrə yayılması və nəhayət yerətrafı atmosferi tam əhatə etməsidir. Atmosferin qlobal çirklənməsi atmosfer təbəqələrinin xassələri ilə əlaqədardır. Atmosferin qlobal çirklənməsinin ən Başlıca problemlərindən biri havanın tərkibində karbon qazının artmasıdır. Karbon Qazının atmosferdə çoxalmasının başlıca səbəblərindən biri yanacaqdır. Atmosferin qaz tərkibində karbon qazı miqdarının çoxalması eyni zamanda oksigenin azalması ilə müşayiət olunur, çünki yanma prosesi külli miqdarda oksigen sərf edir.
Yanacaqla havaya qarışan qazlar oksigenlə reaksiyaya girərək onun miqdarını azaldır. Dünyanın bir çox alimləri, o cümlədən məşhur sovet mütəXəssisi V.Q.Boqorov hesablamışlar ki, insanların yandırdıqları oksigenin illik miqdarı Yer kürəsinin bitki örtüyünün istehsal etdiyi oksigenin ümumi miqdarının 23%-nə bərabərdir. Böyük şəhərlərdə insanlar oksigen azlığı hiss edirlər. Nəticədə isə ürək-damar sistemi xəstəliklərinin və müxtəlif infeksiyaların baş verməsinə şərait yaranır.
Müasir dövrdə meydana çıxan «qlobal ekologiya» elminin əsaslarını yaradan məşhur sovet iqlimşünas alim M.İ.Budikovun fikrincə gələn əsrdə Yer kürəsinin iqliminə aşağıdakı amillər təsir edəcəkdir: 1. Enerji istehsalının artması.
2. Atmosferdə karbon qazının artması.
3. Atmosferdə aerozolların konsentrasiyasının dəyişməsi.
Müasir dövrdə atmosferdə milyon tonlarla müxtəlif maddələr buraxılır. Tədqiqatlar göstərir ki, bütün dünya üzrə atmosferə bir il ərzində daxil olan kükürdün miqdarı 144 mln. Tona bərabərdir və bunun 116 mln. Tonu təkrar Yer səthinə qayıdır, 28 mln. Ton isə okean səthinə çökür.
Atmosfer çirkləndirijiləri – təbii istehsalat və məişət prosesləri ilə əlaqə-dar Olub, aşağıdakı kimi qruplaşmışdır:
Təbii mənşəli çirkləndirijilər – mineral maddələr, qazlar, bitki, heyvan və mikro bioloci mənşəli birləşmələr.
Yanajaqdan istifadə nətijəsində çıxan zərərli qazlar və maddələr.
Sənaye müəssisələrinin tullantıları (toz, tüstü, qazlar).
Sənaye və məişət tullantılarını zərərsizləşdirmək məqsədilə yandırarkən atmos-ferə Qarışan tüstü və s. Maddələr
Atmosferin mühafizəsi üzrə bir sıra tədbirlər həyata keçirilir. Bu tədbirlər 3 qrupa bölünür:
Atmosferə buraxılan maddələrin ümumi miqdarının azaldılması və zərərsizləşdirilməsi tədbirləri.
Çirkləndirijilərin neytrallaşdırlması və zərərsizləşdirlməsi tədbirləri.
Çirkləndirici müəssisələrin təbii şəraitlə əlaqədar planauyğun yerləşdirilməsi
Dostları ilə paylaş: |