Sual 24. Atmosferin quruluşu və tərkibi.
Yer kürəsini əhatə edən qaz təbəqəsinə atmosfer (yunanca “ atmos”-buxar, “sphaira”-təbəqə) deyilir.
Atmosferin qaz tərkibi: 78%-azot, 21%-oksigen, 1%-təsirsiz qazlar, karbon qazı.Atmosferdə eyni zamanda buxar halında su və aerozol hissəciklər(his, toz, duz və s.) var. Atmosferin qalınlığı 3000 km-dən artıqdır. Atmosfer müxtəlif təbəqələrə troposfer, stratosfer, mezosfer, termosfer və ekzosferiya bölünür.
Troposfer-atmosfer kütləsinin 90%-nin cəmləşdiyi aşağı qatdır. Atmosferdəki su buxarının hamısı burada toplanmışdır. Troposferin yuxarı sərhəddi ekvatorda 17 km, qütblərdə 8-10 km, mülayim en dairəsində isə 10-12 km yüksəkliyə çatır. Troposferin yuxarı sərhəddi temperatur dəyişməsindən asılı olaraq qışda yer səthinə Yaxınlaşır, yayda isə uzaqlaşır. Troposfer əsasən Günəşin qızdırdığı Yer səthindən şüalanma hesabına isinir. Buludlar və yağıntılar burada əmələ gəlir.
Tropopauza troposferdən stratosferə keçid payıdır. Ekvatordan qütblərə getdikcə tropopauza enməyə başlayır. Tropopauzanın temperaturu və hündürlüyü coğrafi enlikdən asılıdır.
Stratosfer havanın əhəmiyyətli dərəcədə boşalması, su buxarının yoxluğu və ozonun mövcudluğu ilə səciyyələnir. Stratosfer hava kütləsinin 5%-ni özündə cəmləşdirməklə 50-60 km yüksəkliyə qədər uzanır. Stratosferin aşağı sərhəddindən ekvator üzərində Havanın temperaturu-55° S, qütblərin üzərində isə bir qədər yüksək olur. Yüksəklik Artdıqca stratosferin temperaturu yüksəlir və stratopauzada 0° S-dən+10° S-yə çatır. Ekvator və qütblərdə temperatur fərqi olduğu üçün stratosferdə havanın yerdəyişməsi baş verir.
Mezosfer 60-80 km yüksəklikdə yerləşir. Bu qat havanın dahа da boşalması və yüksəklikdən asılı olaraq temperaturun kəskin dəyişməsi ilə səciyyələnir. Mezosferin aşağı sərhəddində temperatur 0° S, yuxarı sərhəddində isə-75° S-dir. Burada hava axınının sürətinin çox böyük olması müşahidə olunur. Mezopauza mezosferdən termosferə keçid qatıdır.
Termosferin aşağı sərhəddi yer səthindən 100 km yüksəklikdə, yuxarı sərhəddi isə 1000 km yüksəkliyə qədər uzanır. Termosferin yuxarı sərhəddinə doğru temperatur artır. Termosferdə qazlar kəskin ionlaşdığı üçün onu ionosfer də adlandırırlar. İonlaşma elektrik keçiriciliyinə səbəb olduğuna görə termosferdə güclü elektrik Cərəyanı axımı baş verir. Günəşin təsirindən termosferdə qütb parıltısı baş verir, buna səbəb ionlaşmış qazların korpuskulyar günəş radiasiyası ilə bombarduman Olunmasıdır.
Ekzosfer Yer atmosferinin xarici qatı olmaqla, eyni zamanda səpələnmə qatı da adlandırılır. Ekzosfer 2000-3000 km yüksəkliyə qədər uzanır. Burada qazların sürətinin böhran həddinə çatması onların planetlərarası fəzada səpələnməsinə səbəb olur. Bu birinci növbədə hidrogenə aiddir ki, onun da miqdarı ekzosferdə dahа yüksəkdir. Yerin cazibə qüvvəsini dəf edən hidrogen Yerin «tacını» əmələ gətirir və 2000 km yüksəkliyə qədər davam edir.
Dostları ilə paylaş: |