1. Ekologiya elmi haqqında anlayış, tarixi, əsas məqsəd və vəzifələri


Sual 32. Azərbaycanın çayları, gölləri və su anbarlarının ekoloji problemləri



Yüklə 87,11 Kb.
səhifə39/52
tarix02.01.2022
ölçüsü87,11 Kb.
#42954
1   ...   35   36   37   38   39   40   41   42   ...   52
ekologiya

Sual 32. Azərbaycanın çayları, gölləri və su anbarlarının ekoloji problemləri.

Xəzər dənizinin ekoloji vəziyyətinin dəyişməsində dənizin səviyyəsinin tərəddüdü və çirklənməsi əsas rol oynayır. Çirkabların təqribən 80%- ni Volqa çayı gətirir. Rusiya tərəfindən il ərzində Volqa çayı hövzəsinə 16 km³ çirkab suları axıdılır. Xəzər dənizinin Azərbaycan sahillərinin çox hissəsi mülayim çirkləndiyi halda, Bakı buxtası və Sumqayıtın ətrafındakı sular həddindən artıq sirlənməyə məruz qalmışdır. Xəzərin çiklənməsinə Kür çayıda səbəb olur. Son 5 il ərzində respublikada su hövzələrinə axıdılan təmizlənməmiş çirkab suların illik miqdarı 160 – 170 milyon m olmuşdur ki, onunda 80%- i mənzil – kommunal təsərrüfatı müəssisələri tərəfindən axıdılır. Sular çirklənmə mənbələrinə və mühafizə problemlərinə görə fərqlənirlər. Təbii səth və yealtı suların çirklənmə prosesi müxtəlif amillərin təsiri nətijəsində yaranan proseslərdir. Bu, hər şeydən əvvəl suların qlobal, regional və yerli dövranları ilə əlaqədar olur. Bir çox halda bütün suların çirklənmə mənbələri antropogen təsirin nəticəsində baş verir. Xüsusilə onlar ağır sənaye, dağ- mədən, neft – kimya, koks – kimya, kağız – sellüloz, toxuculuq, gön – dəri istehsalı və s. kimi sənaye sahələridir. Son vaxtlar istilik və atom enerjisi xüsusi əhəmiyyət kəsb etdiyindən onun inkişafı ön plana çəkilmiş və nəticədə „istilik çirklənməsi" deyilən yeni çirklənmə farması yaranmışdır. Bu çirklənmə nəticəsində sularda hidrotermik, hidrokimyəvi və hidrobioloji rejim dəyişir, nəticədə suda yaşayan orqanizmlərin kütləvi məhvinə və dəyişkənliyinə səbəb olur. Kür- Araz ovalığında pambıqçılığın və üzümçülüyün geniş yayılması ilə əlaqədar olaraq qeyri- üzvi kübrələrdən, ziyanverijilərə qarşı mübarizə preparatlarından istifadə edilməsi istər səht, istərsə də, yeraltı şirin suları yararsız. vəziyyətə salmış uşaqların qeyri- normal inkişafına təsir göstərmişdir. Kübrə və pestisidlərin istifadə edildiyi sahələrdə, hətta su anbarları altında qalan torpaqlarda göy yaşıl yosunlar surətlə inkişaf edir. Zəhərləyiji xassəyə malik olan bu yosunlar hövzədə balıqlara, həmin balıqlarla qidalanan digər orqanizmlərə də təsir göstərir. Belə proses su anbarlarına çirkli və isti sular axıdıldıqda dahа surətlə gedir və hətta su anbarlarının özlərini yaramaz hala salmaq təhlükəsi yaradır.




Yüklə 87,11 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin