1. Ekologiya elmi haqqında anlayış, tarixi, əsas məqsəd və vəzifələri


Sual 33 .Suyun fiziki, kimyəvi, radioaktiv və bioloji çirkləndirilməsi



Yüklə 87,11 Kb.
səhifə40/52
tarix02.01.2022
ölçüsü87,11 Kb.
#42954
1   ...   36   37   38   39   40   41   42   43   ...   52
ekologiya

Sual 33 .Suyun fiziki, kimyəvi, radioaktiv və bioloji çirkləndirilməsi.

Təbii sulara daxil olan bütün çirkləndiriji maddələr müxtəlif keyfiyyət Dəyişilikliyi əmələ gətirir ki, bunlar da özünü aşağıdakı şəkildə biruzə verir:



  1. Suyun fiziki tərkibinin dəyişməsi, (şəffaflığın, sıxlığının pozulması, Rənginin müxtəlifləşməsi, iylərin və dadların əmələ gəlməsi və s.)

  2. Çirkləndiriji maddələrin suyun səthində hərəkəti və dib çöküntülərində Müşahidə edilməsi;

  3. suyun kimyəvi tərkibinin dəyişməsi;

  4. . üzvi maddələrin suya daxil olduqdan sonra oksidləşməsi nətijəsində suda Həll olmuş oksigenin azalması;

  1. Suda yeni bakteriyaların əmələ gəlməsi.

Çaylara və su hövzələrinə daxil olan maddələr nəticəsində baş verən çirklənməni aşağıdakı növlərə ayırırlar:

1. Mineral çirklənmə – bu növ çirklənmə maşınqayırma, metallurgiya, neftçıxarma və neftayırma, tikinti, dağ – mədən və başqa sənaye sahələrinin çirkab sularında müşahidə edilən (qum, gil, müxtəlif filizlər, mineral duzların məhsulları, turşular .) mineral maddələr vasitəsilə baş verir.

2. Üzvi çirklənmə – Bu çirklənmə ilk növbədə yüksək karbonluluğa malik kağız, toxumlar, tərəvəzlər və bitki qalıqları vasitəsilə yaranır.

3. Bakterioloci və bioloci çirklənmə belə növ çirklənmə kiçik bakteriyalar, yosunlar və qıcqırmış kif köbələklər vasitəsilə yaranır.

Çaylara və dənizlərə buraxılan çirkab sular nəticələri əvvəlcədən bilinməyən bir sıra mənfi hallara səbəb olur. Zavod və fabriklərdə onlar, ən yüksək səviyyədə təmizlənsələr belə, yenə də canlı aləmə pis təsir göstərən maddələrdən tamamilə Azad olunmur. Çirkab suları ilə təbii sulara daxil olan bərk maddə hissəcikləri günəş işığının suyu tam işıqlandırmasının qarşısını alır, fotosintezin normal gedişi və sudakı canlıların qida zəncirinin müəyyən dərəcədə pozur. Kanallar və çayların diblərini vaxtaşırı tullartılardan təmizləmək lazım gəlir. Sənayedə və kənd təsərrüfatında suvarma sistemlərindən əmələ gələn çirkab sularında nitratların və Fosfatların miqdarı çox olur. Bu da, sadə mikroorqanizmlərin, göy yaşıl Yosunların bol inkişafına səbəb olur. Çox təəssüf ki, bunlar balıqların çoxu üçün yeməli deyil. Həmin yosunların

Miqdarının artması suda həll olan oksigenin sərf olunmasına səbəb olur. Suya Düşən bitki qalıqları və təmizlənməmiş kanalizasiya suları da oksigenin sərf Olunmasını surətləndirir. Nətijədə sudakı bitkilərin və heyvanların tənəffüzü çətinləşir, get Gedə onların miqdarı azalır. Ölmüş toxumaları parçalayan miqroorqanizmlərin və yosunların artması, sonra onların kütləvi surətdə məhv Olması, göldə alaq otlarının əmələ gəlməsinə səbəb olur. Bu proses eutrofikasiya adlanır. Son nəticədə göl bataqlığa çevrilir. Suda həll olan oksigenin miqdarı onun keyfiyyətinin əsas göstəricilərindən biridir. Aerob bakterialar üzvi maddələri oksidləşdirmək üçün suda həll olan oksigeni Udur. Suda gedən oksidləşmə reaksiyaları onda həll olan oksigenin miqdarını minimuma endirir. Janlı orqanizmlərdə 70 kimyəvi element aşkar edilmişdir. Onlardan 47- si daimidir və biofil elementlər adlanır. Orqanizmlərin normal olmaları onların həmin elementlərlə təmin edilməsindən asılıdır. Orqanizm hər hansı elementlə daimi təmin edilmədikdə jiddi çatışmazlıq baş verir. Torpaqda, suda və qəbul edilən qidada elementlərin miqdarı normadan çox Olduqda da zərərli hallara səbəb olur.




Yüklə 87,11 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin