1. Ekologiya elmi haqqında anlayış, tarixi, əsas məqsəd və vəzifələri


Sual 35.Bitki örtüyünün ətraf mühitə təsiri və insan həyatında rolu



Yüklə 87,11 Kb.
səhifə42/52
tarix02.01.2022
ölçüsü87,11 Kb.
#42954
1   ...   38   39   40   41   42   43   44   45   ...   52
ekologiya

Sual 35.Bitki örtüyünün ətraf mühitə təsiri və insan həyatında rolu.

Bitkilərin insanın həyatında ən böyük rolu, onu oksigenlə təmin etməsidir. Bundan başqa insanlar bitkilərdən qida, meyvə, dərman, yağ məhsulları və başqa Bir Çox məqsədlər üçün də istifadə edirlər. İnsanın istifadə etdiyi yeyinti bitkilərindən taxıl bitkilərini xüsusi qeyd Etmək lazımdır. İnsanın qidasını təşkil edən bitkilərdən vitaminli bitkiləri qeyd Etmək olar. Vitamin insan orqanizminin yaşaması üçün mühüm qida hesab olunur. Dünya əhalisinin əksəriyyəti bitki yağlarından, Avropa və Asiyanın bəzi ölkələri Günəbaxan, Orta Asiyada pambıq, Aralıq dənizi ölkələri zeytun yağından istifadə Edirlər. Yeyinti bitkilərinə şəkərli və dadverən bitkilərdə aiddir. Şəkərli bitkilərə Çuğunduru, şəkər qamışını, dadverənlərə zəfəranı, darçını, istiotu, şüyüdü, keşnişi Və s. Aid etmək olar. İnsanın istifadə etdiyi bitkilərdən lifli bitkiləri, pambığı, kətanı qeyd etmək Lazımdır. O, tropik və subtropik ölkələrdə, keçmiş SSRİ – də, Orta Asiyada və Azərbayjanda geniş yayılmışdır. İnsanın həyatında bitkilərin odunjaq kimi İstifadəsi dahа mühüm yer tutur. Odunjaq kimi istifadə olunan bitkilərdən insan ev Tikir, ev əşyaları düzəldir. Elektrik, teleqraf dirəkləri və kağiz istehsal edir. İnsan tərəfindən istifadə olunan bitkilərdən dərman bitkiləri dahа qədim Tarixə malikdir. Müxtəlif xalqlar tərəfindən 12 mindən çox dərman bitkisi aşkar Edilmişdir. İnsanlar bitkilərdən həmçinin rəng, aşı kauçuk və başqa məhsullar da Alırlar.




Yüklə 87,11 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin