1. Ekologiya elmi haqqında anlayış, tarixi, əsas məqsəd və vəzifələri


Sual 43.Atmosferin ozon təbəqəsi haqqında məlumat



Yüklə 87,11 Kb.
səhifə50/52
tarix02.01.2022
ölçüsü87,11 Kb.
#42954
1   ...   44   45   46   47   48   49   50   51   52
ekologiya

Sual 43.Atmosferin ozon təbəqəsi haqqında məlumat.

Atmosferin ozon təbəqəsi ilk dəfə 1839 – cu ildə K.F.Şonbeyn tərəfindən elektirik boşalmalarının müşahidəsi zamanı kəşf edilmişdir. 1881-ci ildə troposfer və strotosfer ozonu ayırırlar. 1998- ci ildə səmanın mavi rəngdə olmasının səbəbi ozon olması təsdiq olundu. Ozonun çox hissəsi strotosferdə yerləşir. Troposferdə isə ozonun miqdarı azdır və havanın çirklənmə dərəcəsindən asılıdır.

«Ozon»- yunan sözüdür. Troposfer ozonu atmosferdə elektrik və şimşək çaxması nəticasində yaranır. İl ərzində ildırım çaxması nəticəsində miliyon kiloqramla ozon amələ gəlir. Troposfer ozonu həm də günəş radiasiyasının antropogen qarışıqlara təsiri nəticəsində əmələ gəlir. Troposferdə ozonun texnogenez nəticəsində yaranması yüksəkdir. Bu prosesin qarşısı alınmazsa gələcəkdə qlobal istiləşməyə səbəb ola bilər. Əgər troposfer ozonunun konsentrasiyasının azalması xeyirlidirsə, strotosfer ozonunun azalması ekoloji fəlakətlərə gətirib çıxara bilər. Mavi rəngə, xarakterik iyə və partlayıcı xassəyə malik olan ozon həmçinin ən güclü oksidləşdricidir.Məhz bu keyfiyyətinə görə ozondan güclü dezinfeksiya vasitəsi kimi tibbdə, ərzaq sənayesində, içməli suların saflaşdrılmasında geniş istifadə edilir. Strotosferdə günəşin ultrabənövşəyi şüalarının təsirindən də ozon törənir. Ozonun atmosferdə miqdarı xüsusi çəki etibarilə azdır.Belə ki, hər 10 mln. Hava molekuluna 1 mln. Normal oksigen və 3 ozon molekulu düşür.

Ozonun əsas rolu onun udma spektrinin xarakteri ilə əlaqədardır. Ultrabənövşəyi və infraqırmızı spektr sahələrində intensiv udma zolağına malikdir. Ozonun spektri udma xüsusiyyəti ilə bərabər mühüm qoruyucu funksiyası da vardır. Strotosfer ozon qatı Yer səthindəki həyat üçün zərərli sayılan «bioloji aktiv» Ultrabənövşəyi şüalanmanı udur.Atmosferdə ozonun miqdarının azalması zamanı Yer səthinə çatan Ultrabənövşəyi şüalanmanın miqdarı da hiss olunacaq dərəcədə artır. Planetin ozon qatının dağılması ekvator zonasında planktonların məhvi nəticəsində okeanın biogenezisinin dağılmasına, flora və faunanın məhvinə, insanlarda göz və xərçəng xəstəliklərinin artmasına, eləcə də insan və heyvanların immunitet sisteminin zəifləməsi nəticəsində müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır.ozon qatının azacıq dağılması dəri xəstəliyinin artmasına, «bədxassəli melanoma» adlanan xəstəliyin inkişafına səbəb olmuşdur. Yer üzərində UB- B şüalarının artması «katarakt» göz xəstəliyinə, göz billurunun deformasiyasına gətirib çıxarır.Troposferdə ozonun miqdarının artması istiləşməyə, strotosferdə ozonun artması isə soyumağa səbəb olur.Ozonun ümumi miqdarının azalması qlobal istiləşmə problemi yaradır, Antarktika və Arktika buzlaqlarının əriməsinə səbəb olur.




Yüklə 87,11 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin