Sual 42 .Adları “ Qırmızı Kitab’a düşmüş bitkilər və heyvanlar.
Ümumdünya Təbiəti Mühafizə İttifaqı xüsusi Qırmızı kitab yaratmışdır. Bu kitabda çox müxtəlif formada kökü kəsilməkdə olan heyvanlar, habelə onların Yaşadıqları ərazilərin azalması səbəbləri, xəstəlikləri və düşmənləri arasında Məlumat vardır. Kitabin 1- ci cildi məməlilərə aiddir. 2 –ci cild – 287 növ quşlara: 3 – cü cild – 36 növ və yarımnöv suda və quruda yaşayanlara və 119 növ sürünənlərə: 4- cü cild balıqlara, 5- ci cild isə bitkilərə həsr edilmişdir. Keçmiş İttifaqın Qırmızı kitabı 1978 – ci ildə nəşr edilmişdir. Həmin kitaba məməlilərin 62 növ və yarımnövü, quşların 63 növü, 8 amfibiya növü, 21 reptiliya növü və 444 bitki növləri düşmüşdür.
ADLARI”QIRMIZI KITAB”A DÜŞMÜŞ HEYVANLAR .Talış qırqovulu, hirkan ariquşu,qara Leylək,qıvrımlələk qutan,mərmər cürə,ağquyruq dəniz qartalı,məzar qartalı,berkut,laçın,turac,forel balığı,təkə,köpgər (qaranaca),muflon, Qagqazuları,çölqartalı,şahin,toğlugötürən,çəhrayı Qutan,bəzgək,dovdaq,sultan toyuğu,ərsindimdik,qızılqaz,qırmızıdöş qaz,fisıldayan qu,kiçik qu,ceyran,çökəkburun cüllüt,ağquyruq çökəkburun,çöl Наçaquyruq Cüllütü,Turan pələngi,çöl pişiyi, Zaqafqaziya Bezoar keçisi,Zaqafqaziya qonur ayısı,zolaqlı kaftar, vaşaq,Manul pişiyi,adi uzunqanad,Cənub nalburnul,Suriya sarımsaq qurbağası,adi triton,daraqlı triton,adi (boz) quru qurbağası,Kiçik Asiya gürzəsi,Eskilon ilan,Zaqafqaziya təlxəsi, Aralıq dənizi tısbağası,xarabalıq kələzi,qızılı mabuya,zolaqlı çılpaqgöz,ox-ilan,Zaqafqaziya takır Girdəbaşı,ağ durna,Baloban,Cek,Çay qaraquşu,ilanyeyən,tetraçalan,Türküstan Tüviki,qaraqarın bağrıqara,ağboğaz bulbul,səhra qar quşu,dağ keçisi.
ADLARI “QIRMIZI KITAB”A DÜŞMÜŞ BITKILƏR.
Hirkan şümşadı,dəmirağac,şabalıdyarpaq palıd,hirkan ənciri, hirkan armudu(Pyrus Hyrcana),Xəzər lələyi,ipək akasiya,Qafqaz xurması,ürəkyarpaqlı qızılağac,budaqlı Danaya,hirkan bigəvəri,Eldar şamı,coban sarmaşığı,Laqodex Acıçiçəyi,təmiz Kladoxeta,qaraçöhrə,Şərg Çinarı, Qafqaz Xədicəgülü, məxməri Gərməşov,Naxçıvan gəvəni, Araz palıdı,Xəzər zəfəranı,su zanbağı,Qafqaz dəmirağacı.
Dostları ilə paylaş: |