Sual 38 Azərbaycanın heyvanlar aləmi.
Azərbaycanda 15mindən artıq heyvan Növü mövjuddur. Bu Növlərdən yalnız 92 növ yerli ali onurğalılara 15 növ gətirilmə növlərə aiddir. 343 Növü isə quşlar təşkil edir.Xəzər dənizinin faunası 1352 növdən ibarətdir. Faunanın 1074 növü sərbəst Həyat keçirən, qalan növlər isə tufeyli heyvanlardır. Balıqların isə 111 növü Xəzərdə yaşayır. Azərbaycanın şirin suları da faunasının zənginliyi ilə seçilir. Şirin Sularımızda 535 növ yaşayır ki, bununda 57 növü balıqlardır. Eramızdan əvvəlki Minillikdə Qafqazda o cümlədən Azərbayjanda kərgədan, nəhəng maral, pələng,Şir, mağara kaftarı və s. Heyvanların nəsli kəsilmişdir. Hazırda respublikada 11 məməli növü, 5 sürünən növü, 21 həşərat növü Məhv olmaq təhlükəsi altındadır, onların adları Azərbaycanın «Qırmızı kitab»ına Daxil edilmişdir. Bu heyvanlardan maral, ceyran, cüyür, Dağıstan təkəsi, çöl Pişiyi, çay samuru, quşlardan ququşu, sultan toyuğu, qırqovul, turaj, boz kəklik, iri Arıquşu, ağ leylək və s.
Çöldonuzuna Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarında meşələrdə, həmçinin Kür ətrafındakı tuqay meşələrində, Mil, Muğan və Şirvan düzlərinin qamışlıqlarında daha çox rast gəlinir. Dovşanlar, əsasən, Kür-Araz ovalığının becərilən sahələrində, respublikanın subalp və alp qurşaqlarından başqa hər yerdə yayılmışdır. Göstərilən heyvanların sayı azaldığından onların ovlanma miqdarı tənzimlənir.
Xəzli heyvanların əksəriyyəti (bataqlıq qunduzu, tülkü, yenot, dovşan, az miqdarda dələ, porsuq, meşəpişiyi, ayı, çaqqal, canavar və s.) Azərbaycanın bütün müvafiq ərazilərində, o cümlədən,Böyük və Kiçik Qafqazın meşə və dağlıq hissələrində məskunlaşmışdır.
Dostları ilə paylaş: |