1. Ekologiya elmi haqqında anlayış, tarixi, əsas məqsəd və vəzifələri


Sual 39. Quruda yaşayan vəhşi məməli heyvanların, quşların, su heyvanlarının və həşaratların müxtəlifliyi



Yüklə 87,11 Kb.
səhifə46/52
tarix02.01.2022
ölçüsü87,11 Kb.
#42954
1   ...   42   43   44   45   46   47   48   49   ...   52
ekologiya

Sual 39. Quruda yaşayan vəhşi məməli heyvanların, quşların, su heyvanlarının və həşaratların müxtəlifliyi. Qədim zamanlarda təsərrüfatın əsas sahələrindən biri ovçuluq sayılırdı. Ovda əldə edilən heyvanların bəzilərinin xəzi, bəzilərinin əti,dərisi, müalicə üçün buynuzu istifadə edilirdi.

XV əsrə qədər Avropa və Asiyada geniş yayılmış dəniz inəyi, tarpan,tur kimi heyvanların vəhşijəsinə ovlanması nəticəsində nəsli kəsilmişdir. Dünya bazarında fil sümüyünə olan tələbat çox olduğu üçün onların da sayı azalmışdır. Meşələrin qırılması ilə əlaqədar olaraq Ussuriya maralı, haçabuynuz antilop,bəzi ayı növlərinin sayı azalmışdır.

Təbiətdə canavar , pələng kimi yırtıcı vəhşi heyvanlar da çoxdur. Canavarların nəsli bəzi Avropa ölkələrində kəsilmişdir. Son zamanlar onun sayı nizamlanır və bəzi ölkələrdə (Finlandiyada) qorunur.

Dünyada olan 8600 quş növünün 700 – dən çoxu, və 20 növ sənayeəhəmiyyətli quşlar keçmiş SSRİ – nin ərazisindədir. Əsas təsərrüfat əhəmiyyətli Quşlara Sibir xoruzu, kəklik, turaj, doydaq, çöl ördəyi, bəzgək və s. Aiddir. Onların əti pəhriz və müalicə əhəmiyyətlidir. Bu quşların əti vitaminlə, fosforla,mikroelementlərlə zəngindir.Meşə sahələrinin istifadə miqyası genişləndikcə quşların sayı azalır. Bayquş, Qartal, leylək, sar kimi quşların çox ovlanması onların sayını azaltmışdır.Buda kənd və meşə təsərrüfatına ziyan gətirir, çünki bu quşlar bir çox ziyanverici Siçanabənzər gəmiriciləri məhv edir kənd və meşə təsərrüfatına xeyir verir. Ölkəmizdə təbiətin mühafizəsini yaxşılaşdırmaq, məqsədi ilə 42 – dən çox dövlət sənaye təsərrüfatları vəfermaları yaradılmışdır. Bir çox su heyvanları (dəniz pişiyi, köpək balığı, suiti, qunduz, balina, dəniz tısbağasıvə s.) xammal mənbəyidir.

Keçmişdə dəniz və okeanlarda, daxili sularda balıq və digər su heyvanları Çox idi, tükənməz hesab edilirdi. Amma balıq ovu istehsalın artması, sumənbələrinin çirklənməsi, su qıtlığı, axar suların quruması və ya istiqamətinin Dəyişməsi kimi təsirlər balıqların və digər su heyvanlarını azaltdı.

Çirkab sular kürülərə və körpə balıqlara pis təsir edir. Belə sulardaCavan balıqlar dərhal tələf olur, kürüdən isə eybəcər balıqlar çıxır və sonra ölür.Balıqların qidasını təşkil edən bir çox qurdlar, həşəratlar tələf olur. Çirkli sularda yaşayan balıqların əti pisdad verir, onlardan neft, fenol və s. İy gəlir və yemək olmur.Baliq ehtiyatlanının artırılması və mühafizə edilməsi tədbirləri Aşağıdakılardır:

1) Balıq artımının və ovlanmasının uçota alınması;

2) Balıq çoxaldılan yerlərin müəyyən təsərrüfatlara və kollektivlərə təhkim Edilməsi;

3) Balıq ovunun düzgün təşkil edilməsi (ovun vaxtında aparılması);

4) Balıqçılıq təsərrüfatında qabaqjıl üsulların tətbiq edilməsi;

5) Suyun çirklənməsinin qarşısını alan tədbirlərin görülməsi;

6) Balıqları süni yolla çoxalmaq üçün balıqçılıq təsərrüfatlarının yaradılması;

7) Balıqların qidaya olan tələbatını ödəmək üçün suda bol yem ehtiyatının Yaradılması.

Təbiətdə bir milyondan çox həşərat növü vardır. Faydalı həşəratlar bal, ipək, dərman, lak almaq məqsədi ilə həm də heyvanVə quşlar üçün yem kimi istifadə edilir, bitkilərin tozlanmasında və Torpaqəmələgəlmə prosesində iştirak edir.Ziyanlı həşəratların bir hissəsi ev heyvanları və insanlar arasında təhlükəli Xəstəlikləri (vərəm, qarayara, bruselyoz, dizenteriya və s.)İpək kəpənəyinin tırtılları ipək lifləri hazırlayır. Hazırda tut, palıd, aylant və s. ağacların yarpaqları ilə qidalanan tut ipəkqurdu cinsləri vardır.




Yüklə 87,11 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin