Sual 28. Torpaq haqqında anlayış və dünyanın torpaq ehtiyat.
Planetimizin 510 milyon kvadrat kilometr sahəsi vardır. Bunun 149 mln.km² Quru, 361 mln km² isə sudur. Diametri isə 40 min km – ə yaxındır. Yer 3 qatdan ibarətdir: bərk qabıq hissə, mantiya və nüvə. Yerin qabıq hissəsi planetin 0,8%- ni, yerin ümumi kütləsinin 41%- ni isə mantiya təşkil edir. Nüvənin radiusu 35000 km – ə yaxındır. Yerin üst bərk qabığı litosfer (litos – yunanca daş Deməkdir) və su örtüyü hidrosferdən (hidro Yunanca su deməkdir) ibarətdir.
Günəş və yerin qarşılıqlı təsiri və ilk canlılar əmələ gəldikdən sonra onların fəaliyyəti nəticəsində yerin qaz örtüyü atmosfer yaranmışdır. Yerin içi (mantiya) od kimi mayedən ibarətdir. Litosferdə yüngül kimyəvi elementlər vardır. Bu elementlər sırasında ən əsas yeri silisium və alüminium tutur. Litosferin üst münbit qatı torpaq adlanır. Torpaq xarici mühitin əsas amillərindən biri olmaqla, təbiətin başlıca nemətidir. Torpaq insanın mühiti deyil, üzərində gəzdiyi substratı, məkanı və istifadə etdiyi sərvətidir. Qədim zamanlarda, insanlar torpağı sağlam və sağlam olmayan torpaqlara bölmüşlər. Hava və suyu Asan keçirən qrut suları dənizdə yerləşən torpaqları sağlam torpaqlar, su və havanı keçirməyən və ya pis keçirən, rütubətli torpaqları isə sağlam olmayan torpaqlar adlandırmışlar. Torpağın insanların, heyvanların və bitkilərin sağlamlığında və Məhsuldarlığında əhəmiyyətini dərk etmək üçün onun mexaniki tərkibini, Struktrunu və uduculuq qabiliyyətini, fiziki, kimyəvi və bioloji xassələrini, çirklənmə və xarabolma səbəblərini, torpaq ehtiyatlarını, onun istifadə və mühafizə tədbirlərini bilmək lazımdır. Torpaq yer səthində litosferin mineral və biosferin üzvi maddələrinin təkamül nəticəsində birləşməsindən əmələ gəlmiş, özünəməxsus xassələrə malik Olan təbii törəmədir. Müasir elmi dildə torpaq Yerin biokos hissəsi (canlı və Cansızların qarışığı) adlanır.
Dostları ilə paylaş: |