1. Ekologiya elmi haqqında anlayış, tarixi, əsas məqsəd və vəzifələri



Yüklə 87,11 Kb.
səhifə28/52
tarix02.01.2022
ölçüsü87,11 Kb.
#42954
1   ...   24   25   26   27   28   29   30   31   ...   52
ekologiya

Sual 21 .Biosenozda əlaqə formal.

Beklemişev V.N biosenozdakı əlaqəni 4 qrupa ayırır:



  1. Trofik əlaqələr- Biosenozdakı canlılardan bir növü başqasını yeyir, yaxud bir növün yaratdığı məhsuldan başqası istifadə edib, yaşayır. Bəzən biosenozdakı canlılardan bir növün davranışı başqasının yem tapmasına və ya yemi tutmasına şərait yaradır.

  2. Topik əlaqələr – Biosenozda bir növün ətraf mühitdə əmələ gətirdiyi fiziki və kimyəvi dəyişikliklər başqasına mənfi və müsbət təsir edirsə buna topik əlaqə deyilir.

  3. Forik əlaqələr- Biosenozun üzvlərinin bir-birinin yayılmasına təsirinə forik əlaqələr deyilir.

  4. Fabrik əlaqələr- Belə halda biosenozun üzvlərindən biri yuva tikmək üçün başqasının bədən hissələrindən və ya məhsulundan istifadə edir

Təbiətdə canlılar arasındakı 3 əsas səbəbdən əmələ gəlir:

    1. görə; 2) ərazi əlaqəsi; 3) reproduktiv əlaqə.

Qidaya- görə əlaqə növlər arasında kəskin, növ daxilində isə nisbətən güzəştli olur. Bir növə məxsus canlı başqa növə aid canlını yeyir. Lakin eyni növə məxsus Canlıların bir-birini yeməsi nadir hadisədir və adətən qida azlığından yox, öz sayını tənzim etmək mexanizmdən irəli gəlir.

Canlılar arasında sahə əlaqəsi növlər arasında zəif, növ daxilində isə kəskindir. Eyni sahədə növlərin sayının çoxalması oradakı həyat birliyini dahа da möhkəm edir. Eyni növə məxsus fərdlərin həddindən artıq çoxalması onların arasında rəqa-bəti Gücləndirir, növün inkişafına mane olur. Reproduktiv – konkret növ daxilində inkişaf etmişdir.

Q.Mustafayev biosenozda olan əlaqələrin hamısını nəzərə alıb, ekoloji qanun kəşf edibdir və onu «Biotik əlaqələrin üçbucaqlı – qoşa xətli forması» Adlandırıb. Biotik əlaqələr ona görə üçbucaqlıdır ki, onlar üç böyük istiqamətdə inkişaf edir: qida, sahə və reproduktiv əlaqələr.

Biosenozda qida əlaqələri – Qida zəncirinə əsasən, heyvan və bitkilər arasında bir neçə əlaqə formaları mövjuddur: Mutalizm, komensalizm, protokooperasiya, amensalizm, yırtijılıq və parazitizm.

Mutalizm – əlaqəsində iki orqanizmdən biri olmayanda digər yaşaya bilməz. Məsələn, termitlər (həşərat) yediyi bitkinin sellilozunu həzm etməyə qabil olma-dıqları üçün bu işi onların həzm sistemində yerləşən qamçılılar edir. Deməli, termitlər olmasa qamçılılar olmaz (müəyyən qrupu), qamçılılar olmasa isə termitlər Yaşaya bilməzlər.

Komensalizm – elə əlaqə formasına deyilir ki, iki orqanizmdən biri faydalanır, digər isə neytral qalır. Məsələn, ot yeyən heyvanların peynində olan toxumu quşların tapıb yeməsi həmin heyvanlar üçün faydasızdır, lakin quşlar bu üsulla özünü yem ilə Təmin edir.

Protokooperasiya – canlılar arasında elə əlaqə formasına deyilir ki, bu əlaqədən hər iki tərəf faydalansın. Məsələn, kəpənək çiçəyin şirəsini sorub qidalanır. Kəpə- nəyin bu fəaliyyəti çiçəkləri çarpaz tozlandırır. Beləliklə, əlaqəli yaşayan iki canlının Hər ikisi faydalanır. Sığırçın jamışın belinə qonub onun bədəni üzərindəki, gənələri Yeyir. Bu əlaqədən sığırçın və jamış hər ikisi faydalanır, dahа doğrusu sığırçın özünü Yem ilə təmin edir, jamış da qan soran gənələrdən azad olur.

Amensalizim – əlaqəsində olan iki növdən biri nisbətən neytral qalır, digəri isə zərər çəkir. Məsələn, hündür ağacın altındakı ot bitkiləri kölgədə qalıb zərər çəkir, amma otun orada olub-olmaması ağac üçün bəlkə də bir elə vacib deyildir.

Yırtıcılıq – başqa heyvanları tutub yeyən heyvana yırtıcı demək bu hadisəni çox da düzgün əks etdirmir. Məsələn, bülbül həşəratı tutub yeyir, bülbül də heyvandır, Həşərat da, lakin bülbülə yırtıcı demək olmaz. Yırtıcı elə heyvana deyilir ki, iri heyvanları tutub yeyə bilsin. Məsələn, canavar, tülkü, dələ, pişik, və s. əsl yırtıjılardır.

Parazitizm – başqa canlının hesabına bütün ömrünü və ya onun müəyyən mərhələsini keçirən orqanizmə parazit deyilir. Parazitin bədənində parazitlik edənlərə ifrat parazit deyilir. Parazitizmin əmələ gəlməsi əsasən 3 yolla olur.

1. Yırtıcılıqdan parazitizmə keçmək yolu.

2. Canlı bədənə təsadüfən daxil olub, orada yaşamaq yolu.

3. Orqanizm üzərində zərərsiz məskən salmaqdan tədricən parazitizmə keçmək yolu.


Yüklə 87,11 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin