1. Ekologiya elmi haqqında anlayış, tarixi, əsas məqsəd və vəzifələri


Sual 23 Populyasiyanın quruluşu və dinamikası



Yüklə 87,11 Kb.
səhifə30/52
tarix02.01.2022
ölçüsü87,11 Kb.
#42954
1   ...   26   27   28   29   30   31   32   33   ...   52
ekologiya

Sual 23 Populyasiyanın quruluşu və dinamikası.

Populyasiyanın quruluşu – populyasiyanı təşkil edən fərdlər cinsiyyətə - erkək və dişi ailəyə- valideynlər və onların balaları, yaşa – cavanlar və qocalar, habelə sahədə yerləşməsinə – dağlarda, aranda, şəhərlərdə, kəndlərdə, adalarda və s. Görə qruplar əmələ gətirə bilərlər.Belə qruplaşmalar ekoloji şəraitdən səmərəli istifadə etməyə və özünü qorumağa imkan verir. Populyasiyanın quruluşu onun təkamülündə formalaşmış uyğunlaşma strategiyasından asılıdır. Adətən qida bazası zəngin olan və sahədə Bərabər paylanmış həşəratdan, otdan və bu kimi qidadan istifadə edən bül-bül, qaratoyuq və s. Heyvanlar cüt-cüt yerləşir. Hər cütün qida sahəsi olur və onlar qida üçün oradan uzağa getmirlər. Heyvanların populyasiyada koloniyanın əmələ gəlməsinin əsas səbəbi normal nəsil Verməyi təmin etmək, çoxalma dövründən kənar vaxtda sürülərlə yaşaması isə Köməkli qidalanmaq və geniş mənada qorunmaq üçündür. Bir sıra heyvanların erkəkləri dişilərdən, cavanları qocalardan ayrı qruplar əmələ gətirirlər. Bu da onların arasında növdaxili rəqabəti azaldır.

Populyasiyanın dinamikası – Təbiətdə populyasiyanın sayı və sıxlığı heç Vaxt sabit qalmır. Bütün populyasiyalar öz sayını dinamik balansda saxlamağa çalışır, yəni populyasiyadan neçə baş əskilirsə bir o qədər əlavə olunur .Antropogen faktorlar populyasiyanın dinamikasını çox sürətləndirir- bəzi populyasiyanın sıxlığını yüksəldir, digərinin sıxlığını isə aşağı salır. Populyasiyanın sayının və sıxlığının dinamikası 4 əsas səbəbdən asılıdır.

1. Populyasiyanın nəsil verməsi (artım).

2. Populyasiyada fərdlərin ölüm faizi.

3. Başqa populyasiyadan yeni fərdlərin immiqrasiyası (gəlməsi).

4. Populyasiyadan bəzi fərdlərin emiqrasiyası, yəni çıxıb getməsi.


Yüklə 87,11 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin