1. Ekologiya elmi haqqında anlayış, tarixi, əsas məqsəd və vəzifələri


Sual 8. Təbii sərvətlər və onların mühafizəsi



Yüklə 87,11 Kb.
səhifə10/52
tarix02.01.2022
ölçüsü87,11 Kb.
#42954
1   ...   6   7   8   9   10   11   12   13   ...   52
ekologiya

Sual 8. Təbii sərvətlər və onların mühafizəsi.

İnsanın yaşaması və cəmiyyətdə məhsuldar qüvvələrin inkişafı üçün İstifadə edilən və istifadəsi mümkün olan təbiətin bütün elementləri təbii resurslar anlayışına daxildir. Təbii sərvətlərin bir sıra Təsnifatı mövcuddur:



  1. Resursların təbii (genetik) təsnifatı

  2. Təbii resursların bərpa olunma xüsusiyyətlərinə görə təsnifatı

  3. Təbii resursların iqtisadi təsərrüfat təsnifatı.

İnsan istifadə etdiyi təbii cisimlər və hadisələr – torpaq, su, hava, faydalı Qazıntılar, enerji ehtiyatları, bitkilər, heyvanlar və s. Təbii sərvətlər adlanır. Təbii sərvətlərin təsnifatını belə Qeyd etmək olar

  1. Kosmik sərvətlər (əsasən Günəş şüaları).

  2. İqlim sərvətləri (hava, külək, qar, yağış).

  3. Su sərvətləri (yeraltı və yerüstü sular).

  4. Bərpa olunmayan sərvətlər (faydalı qazıntılar).

  5. Qismən bərpa olunan sərvətlər (torpaq, köhnə meşə).

  6. Bərpa oluna bilən sərvətlər (bitki, heyvan və s.).

Təbii sərvətlər real və potensial, sadə və mürəkkəb qruplara bölünür. Real sərvətlər insanın əmək və istehsal proseslərinə cəlb etdiyi sərvətlərdir. Potensial Sərvətlər hazırda istifadə olunmayan və az istifadə olunan sərvətlərdir. Mürəkkəb sərvətlərə Atmosfer havası, su, daş, kömür, neft, müxtəlif filizlər və s. Aiddir. İnsanların İstifadəsi nəticəsində təbii sərvətlər azala bilər və ya tamam qurtarar. Bərpa Olunmayan sərvətlər: bu qrupa faydalı qazıntılar aiddir; daş kömür, neft, əlvan Metallar və s. Nisbətən bərpa olunan sərvətlərə – yaşıl ağaclar və torpaq aiddir. Bərpa olunan sərvətlərə - heyvanlar, bitki növləri və başqa canlı orqanizmlər aiddir.Resurslar tükənmə və bərpa xüsusiyyətlərinə görə qruplaşdırılır. Ehtiyatın İstismarı nətijəsində dəyişməsi nəzərə alınaraq təbii resurslar tükənən və tükənməyən kateqoriyalara aid edilir. Tükənən təbii sərvətlər bərpa olunmayan və Bərpa olunan olub, öz növbəsində axırıncı bərpa xüsusiyyətlərinə görə nisbətən, Qismən və bərpa olunan yarımqruplara bölünür.

Tükənməyən təbii sərvətlər Qrupuna kosmik resurslar; külək enerjisi, hava, su, və s. Resurslar daxildir. Mənimsəmə və istifadədən asılı olmayaraq, onların həcmi və ehtiyatı daimi Səviyyədə qalır. Mineral resursları (faydalı qazıntılar) bərpa olunmayan tükənən resurslar Təşkil edirlər. Nisbətən bərpa olunan resurslar gec bərpa olunmaqla yanaşı, bərpa Nəticəsində tərkib və keyfiyyət baxımından əvvəlkindən fərqlənir. Bu səbəbdən Onlar həm nisbətən, həm də qismən bərpa olunan resurslar adlanırlar.Meşə və torpaq da gej bərpa olunan resurslara aiddir.Təsərrüfat əhəmiyyətinə görə təbii resurslar sənaye, kənd təsrrüfatı və qeyri istehsal resurslarına bölünür.

Sənaye resursları ən geniş qrup təşkil etməklə ona sənaye istehsalında İstifadə olunan bütün təbii xammal daxildir. Öz növbəsində o aşağıdakılara Bölünür:


    1. Energetika resursları: yanajaq faydalı qazıntıları; hidroenerci resursları; Bioenerci mənbələri; nüvə enercisi.

    2. Qeyri – energetika resursları: filiz və qeyri – filiz faydalı qazıntılar; Sənayedə istifadə olunan su; sənaye obyektləri altında olan torpaqlar; kimya Sənayesi üçün xammal.

Kənd təsərrüfatı məhsulları istehsalında iştirak edən resursları kənd Təsərrüfatı istehsalı resursları təşkil edir: torpaq resursları; aqroiqlim resursları; su Resursları; bioloci bitki resursları.Qeyri istehsal sahəsinə aid olan resurslar: rekreasiya resursları (yaşıl zona, İstirahət zonası və s.); ekoturizm resursları; milli parkların və qoruqların resursları; Təbabətdə istifadə olunan və əjzaçılıq üçün xammal təşkil edən bioresurslar; çay və Su hövzələrinin bioresursları (yosun tədarükü, balıq ovu və s.).İstifadə olunma xüsusiyyətlərinə görə təbii ehtiyatlar istifadə (istismar) Olunan və potensial (hal – hazırda istifadə olunmayan), çox məqsədli (polifunksional) və təkməqsədli (monofunksional), əvəzləşdirə bilən və əvəzləşdirilməsi mümkün olmayan qruplara bölünür.Hər bir təbii sərvətin qorunmasının və istifadə qaydasının özünəməxsus Xüsusiyyətləri vardır. Yerüstü və yeraltı sular, faydalı qazıntılar yerləşən sahələr,əkilən torpaq sahələri, meşə sahələri dənizlər təbii sərvətlər hesab edilir. Həmin sahələrin saxlanılması ümumilikdə biosferin qorunması üçün vajibdir. Təbii sərvətlərin istifadəsi prosesində yol verilən səhvlər, səhlənkarlıqlar Böyük maddi ziyana səbəb olur və eyni zamanda ətraf mühiti çirkləndirir, Zəhərləyir. Ona görə də, Azərbayjan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi təşkil edilmişdir. Məsələn, neftin çıxarılması və emal edilməsi neft Sənaye nazirliyinin işidir. Lakin Azərbayjan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi neftin necə çıxarılması, necə emal edilməsi və ətraf mühitə təsiri Üzərində nəzarət edir və bu sahədə məsuliyyət daşıyır. Təbiətin qorunması sahəsində fəaliyyət göstərən bütün komitə və təşkilatlar Azərbayjan Ekologiya və Ətraf Mühitə Nəzarət Mərkəzi İctimai Birliyi, Beynəlxalq Təbiəti Mühafizə cəmiyyəti və s. İlə qarşılıqlı əməkdaşlıq əlaqələri saxlayırlar.


Yüklə 87,11 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin