Qeyri-predikativ birləşmələrdə uzlaşma II və III növ təyini söz birləşməsinin tərəfləri arasında olur. III növ təyini söz birləşməsindəki uzlaşma bütün şəxslərə görə olur. Yəni III növ təyini söz birləşməsinin I tərəfi hər üç şəxsdə ola bildiyi üçün II tərəf də hər üç şəxsin mənsubiyyət şəkilçisini qəbul edir. Beləliklə, II tərəf I tərəflə uzlaşır. Məsələn: mənim arzum, sənin arzun, onun arzusu, bizim arzumuz, sizin arzunuz, onların arzusu. Birinci tərəfi neçənci şəxsdədirsə, ikinci tərəfi də ona uyğun mənsubiyyət şəkilçisi qəbul edir. II növ təyini söz birləşməsində uzlaşma məhduddur. II növ təyini söz birləşməsində uzlaşma ikinci tərəfin III şəxsin mənsubiyyət şəkilçilərini qəbul etməsilə yaranır. Məsələn: ellər atası, şairlər yurdu, sinif otağı. Bu cür birləşmələrdə göründüyü kimi, uzlaşma əlaqəsi mənsubiyyət şəkilçisi vasitəsilə yaranır. Uzlaşma əlaqəsinin qrammatik göstəriciləri: