DİLİN BƏLASİNA DÜŞMƏK
Bir çoban çöldə qoyun otanrdı. O, atını ağaca bağlamışdı.
Yaxmlıqdan keçən bir varlı atını saxlayıb həmin
ağaca bağladı. ö zü də süfrəsini açıb çörək yem əyə başiadı.
Bunu görən çoban qışqırdi:
-Atını başqa ağaca bağla. Mənim atım vəhşidlr.
Vurub sənin atını öldürər.
Varlı cavab verdi:
-Heç nə olmaz, mənim atım özünü qoruya bilir.
Bir azdan atlar dalaşmağa başladı. Çobanın atı şıllaq atıb,
varlının atını öldürdü. Varlı yapışdı çobanın ətəyindən ki,
atımın pulunu ver. Çoban qətl etiraz etdi. Axırda hakimin
yanma gəlməli oldutar. Divanxanaya çatan klmi varlt
adam hakimə dedi:
-Bu çobanın atı mənim atımı təpıklə vurub
öldürdü. İstəylrəm ki, atın pulunu versin. Hakim ədalətli
adam idi. O. çobandan soruşdu:
-A klşi bu adam düzünü deyir?
Çoban dlllənmədi. Hakim nə qədər çalışdısa, çobandan
səs çıxmadı. Axırda hakim dedi:
-Deyəsən, bu çoban laldır. Ona görə başqa şahid tapmayana qədər
mən sizln şikayətinizi qəbul etməyəcəyəm.
Varlı özündən çıxdi:
-Lal-zad deyii. Bir az bundan əw əl dil-dil ötürdü.
-Nə deyirdi ki?
'Deylrdl ki atını mənim atımın yanına bağlama.
Atını vumb öidürə bllər.
-Aha, deməll o, səni xəbərdar edib. Onda güncih
sənin özündədir.
Sonra hakim üzünü çobana tərəf tutdu:
-Çoban qardaş, bəs bayaqdan niyə dlnmirsən?
Çoban dedi:
-Mən istəyirdim ki, bu kişi həqiqətin hamısmı söyləsin.
Beləliklə, varlı adcim öz dilinin bəlasına düşdü.
Dostları ilə paylaş: |