AĞIR GÜNLƏR UNUDULMASİN
Məşhur miiyonçu və xeyriyəçi H.Z. Tağıyev pula
güvənib yolu cizmamaq üçün bənnaglıq etdiyi baltanı
imarətindəki otaqlardan birinln divanndan qapı ilə üzbəüz
asmışdı ki, hər qapını açanda ötən ağır və yoxsul günlərdən
xəbər verən bu aləti görsün.
SƏMƏD VURĞUN UCALIĞI
Seminariya tələbəsi Səməd Vəkilovun dilavərliyindən
xoşu gəlməyən təkəbbürlü bir müəllim lövhədə
cümlə təhlil edərkən, Səmədin başını aşağı salıb nəsəyazdığını
görür və hirslənir. Onu seminaristlər içində pərt
etmək üçün yazı taxtasındakı cümləni göstərib deyin
-Vəkilov Səməd, durun bu cümlənin təyin və
tamamlığın! tapın!
Səməd ayağa qalxır, amma söhbətin nədən getdiyini
bilmir. Müəllim suaiını yenidən təkrar edir. Səməd
cömləni oxuyur. Sən dem ə, o cümlədə nə təyin varmış,
nə də tamamlıq. Səməd bir az fikirləşib cavab verir:
Başımda ftrlanır yenə dumanlıq,
Burda nə təyin var, nə də tamamlıq.
MüəIIim pərt olur, seminaristlər qəhqəhə çəkib
gölürlər.
SÜLH QUŞU
Qədİm yunan rəvayətlərinə görə müharibə allahı
hərbi yürüşə hazırlaşmış və bu barədə qərar vennişdi.
l ^ i n aşağıda verilən səbəbə görə müharibə allahı hərbi
yürüşdən qalmalı oldu. Buna səbəb onun hərbi papağında
göyərçinin yuva salması idi. Müharibə allahı göyərçinin
yuvasın dağıtmamaq, körpə balalan məhv etməmək üçun
hərbi yürüşdən imtina etdi.
Göyərçinin sülh quşu, sülh rəmzi sayılması da elə
bu rəvayətlə bağlıdır. Həm də göyərçin yeganə quş
növüdür ki, bir-birləri ilə, eləcə də başqa quşlarla heç vaxt
döyüşməzlər.
Dostları ilə paylaş: |