Henri Ceymsin böyük oğlu olan Uilyam kalvinist protestant mühitində tərbiyə almışdır31. Svedenborqun əsərləri ilə tanış ol- duqdan sonra həyatını dini əsərlərin tədqiqinə və təbliğinə həsr et- mişdir. Ceymsin təhsil fəaliyyəti Nyü-York, Paris, Boloniya və sair Şəhərlərə səfərləri ilə müşayiət olunmuşdur. Təhsilinə in-cə- sənət sahəsi üzrə başlayan Uilyam onu kimya ilə əvəz etmiş, sonra biologiyaya maraq göstərmiş, sonda isə həkimlik sənətini seçmiş- dir. Lakin şəxsi keyfiyyətləri onu fəlsəfə sahəsinə sövq etmiş və nəticədə Uilyam Harvard Universitetində fəlsəfə dərsi demişdir. Ceyms istiqanlı, hamı ilə uyuşan, başqalarında özünə qarşı maraq və hörmət yaradan bir şəxs olmuşdur. Onun “Psixologiyanın əsas-
31Kalvinizm - Jan Kalvinin XVI əsrin əvvəllərində ortaya atdığı ideyalara əsasən, yaratdığı xristianlıq cərəyanı. Bu dini inanc sistemi, ilk dəfə Cenevrədə, daha sonra isə Hollandiya, Şotlandiya,Almaniya və Fransadaqurulan yeni kilsələrdə qəbul edi- lib. Bu məzhəb Fransada Nantes Fərmanı ilə qəbul edilmişdir.
Kalvinçilik ənənəvi dini baxışlara görə deyil, ilk xristian baxışlarını əsas götürür. Protestantlığın kalvinizm məzhəbi dürüstlük və çalışqanlığa üstünlük verir. Bu, o dövrdə, məsələn Hollandiyada, yüksələn iqtisadiyyatı dəstəkləyən bir inanc şəkli idi. Kalvinə görə çalışqan, dürüst olan, dünya nemətlərindən uzaq dayanaraq ibadət edənlər rahiblər qədər Allaha yaxındırlar və seçilmişlər qrupu sayıla bilərlər. Bər- bəzəkli həyat sürmək, parlaq paltarlardan və ləl-cəvahiratdan istifadə etmək, rəqs etmək, sərxoş olmaq və tənbəllik bu dini inancda günah sayılır.
ları” (1890) əsəri XIX əsrin fəlsəfi psixologiyası ilə XX əsrin psi- xologiyası arasında əlaqə yaradan klassik bir əsərdir. O, ABŞ-ın Harvard Universitetində ilk psixologiya laboratoriyasını yarat- mışdır. “Dini təcrübənin növləri” (1902) adlı əsərdə psixoloji və fəlsəfi baxışlar dini həyatın izahı zamanı birləşdirilir. Praqmatizm (1907) əsərində psixoloji mülahizələrlə sıx bağlı olan həqiqət ha- qıqnda bir nəzəriyyə irəli sürülür (Şefler, 1366, səh.135; həmçinin Barzon, 1986). Allahın varlığı və necəliyi məsələsi Ceymsi bütün həyatı boyu düşündürmüşdür. Tam xristian olmamasına baxmaya- raq, ruhaniliyə (kilsəyə) qarşı olmamış, dərin bir dindar olmuşdur. “Dini təcrübənin növləri” (1902, səh.299) əsərində özünün mistik hallarını təvazökarlıqla belə ifadə edir: “Mənim təbiətim demək olar ki, tamamilə bu mənəvi (ruhani) zövqlərə bağlıdır.” (Putnam, 1998, səh.63).