Din-psixologiyasina-giris-son pdf


Ceymsin baxış bucağında din psixologiyası



Yüklə 353,99 Kb.
səhifə22/68
tarix01.10.2023
ölçüsü353,99 Kb.
#151376
1   ...   18   19   20   21   22   23   24   25   ...   68
Din-psixologiyasına-giriş

Ceymsin baxış bucağında din psixologiyası




33 Plüralizm - bir və ya müxtəlif bir-birindən asılı olmayan varlığın əsası və ya növ- lərinə, biliklərin forma və əsaslarına, davranış üslubuna və s. əsaslanan mövqelərin bir araya gəlməsi.
34 Stereotip - yunan dilində stereos - möhkəm, tyros - iz deməkdir. Psixologiya elmi- nin, xüsusilə onun sosial və etnopsixologiya sahələrində istifadə edilən əsas anlayış- lardan biri də stereotip, sosial stereotip və etnik stereotip anlayışlarıdır. Sosial stereo- tiplər hər hansı bir hadisə, qrup, tarixi şəxsiyyət, peşə, xalq haqqında yalnız müvafiq sosial məkanda yaşayan insanlar üçün səciyyəvi olan təsəvvürlərdən ibarət psixi ha- disədir. İnsanlar sosial stereotiplərə sosializasiya prosesində yiyələnirlər. "Sosial ste- reotip" termini ilk dəfə amerikan sosioloqu U.Lipman tərəfindən 1922-ci ildə "İcti- mai fikir" əsərində işlədilmişdir. U.Lipmana görə, stereotiplər mədəniyyətlə determi- nasiya olunan, nizamlanan "dünya təsviridir", onun köməyi ilə mürəkkəb so-sial ob- yektlərin qavranılması üçün göstərdiyimiz səylərə qənaət edir və dəyərləri, mövqe- yimizi, hüququmuzu müdafiə edirik.
Şlayermaxer din və etikanın unifikasiyası35 fikrini irəli sü- rən Kantdan fərqli olaraq dini emosiyaların öndə olduğunu düşü- nür. O, bu mülahizəsində dini təcrübəyə dinin əsas forması kimi, əsasən, emosional, ağıl və iradədən fərqli bir təcrübə kimi baxan ənənəni müdafiə edir. Bu ənənənin nümayəndələri arasında Cono- ton Eduardes, Uilyam Ceyms, Rudolf Otu kimi müxtəlif şəxsiy- yətlər yer alır.
Bəzi məsələlərdə bu alimlər arasında fikir ayrılıqları olsa da, ortaq nöqtələri ondan ibarətdir ki, dinin əsas və səciyyəvi göstəri- cisi hissdir və ya etiqad və davranışla eyni düşünülməməsi vacib olan emosiyadır. Ənənənin ən bariz nümayəndəsi Ceymsdir. Çünki o hesab edirdi ki, dinin ən dərin mənbəyi hissdir, fəlsəfi və sxolastik cəhətlər ikinci dərəcəli səciyyələrdir (Pradfut, 1377, səh.24). Dini təcrübə anlayış və hökmlər olmadan birbaşa meyda- na gəldiyi üçün hissi dərklərə bənzəyir və yalnız fərdi idrak vasitə- silə qavranılır (Ceyms, 1902).
Uilyam Ceyms əsərlərinin çoxunda əsasən, din və dini feno- menlərə üstünlük vermişdir. Onun dinlə bağlı fikirlərini əks etdi- rən əsərlərini əhəmiyyətliliyinə görə, belə sıralamaq olar: Dini təcürübənin növləri (1902), İnancın iradədən asılılığı (1897). Bu mövzu öncə məqalə, daha sonra kitab şəklində çap edilmişdir. Praqmatizm (1907). Əsərin bir fəsli praqmatizm və din haqqında- dır. Psixologiyanın əsasları (1980). Əsərin bir fəslində dini inanc- ları ehtiva edən inanc mövzusu araşdırılmışdır. Bu əsərdə daha çox dini təcrübənin növləri diqqət mərkəzində olmuşdur.
Ceymsin “Dini təcrübənin növləri” əsərindəki fikirlərini aşa- ğıdakı kimi ümumiləşdirmək olar (Barzun, 1986, VII c., səh.517). Bunlar onun din haqqında olan əsas fikirlərini əks etdirir:

  1. Din insan növünə aid olan ictimai hadisədir. Buna görə də xəstəlik və ya hər hansı bir psixi pozuntudan meydana gələn anor- mallıq ola bilməz. Anormallıq bəzi din təmsilçiləri və onların rəh- bərlərinə aid olan xüsusiyyətdir.

  2. Dini həyat və onunla bağlı tendensiyalar eyni deyil, fərqli, bəzən də təzadlıdır. Dini hisslər etika, imanın digər forma-



35 Unifikasiya - vahid şəklə sal(ın)ma.
ları, günah hissi, xilas olma hissi, iman gətirmə, müqəddəslik, din- darlıq, panteizm və ya Allahla mistik vəhdət hisslərinə şamil olan güclü meyllərdir. Bunlar imanın müəyyən edilə bilən təzahürləri- dir. Bununla belə, adıçəkilən hallar çoxluq və təkrarçılıq baxımın- dan müxtəlif dinlərdə, hətta bir din daxilində də fərqlidir. Qeyd olunan hallar qeyri-səmavi dinlərdə də mövcuddur.

  1. Bütün dinlər iman gətirmə və ibadət formaları təyin et- məklə yanaşı bizi zahiri hiss üzvləri ilə dərk edilən aləmlə oxşarlı- ğı olmayan transsendental dünyaya yönləndirir. Həmin ali dünyanı daha üstün bir sistem idarə edir və bu sistem bizim aşağı aləmdəki məqsəd və davranışlarımıza təsir göstərir.

  2. İnamın doğruluğu bir inancın davranışda arzuolunan də- yişikliklər yarada biləcəyi prinsipinə əsaslanır. Bu zaman inamın nəticələri ilə bağlı gözlənti inam bəsləməzdən əvvəl əbəs olmur, əksinə, mümkün nəticələri ləğv edir. Uilyam Ceymsin də-lil-ləri- nin diqqətsiz tənqidçilər tərəfindən yanlış başa düşülməsi “inancın iradədən asılılığı” məzmununun yanlış təqdim edilməsinə səbəb olmuşdur. Uilyam bir psixoloq kimi bilirdi ki, inam iradənin aktiv göstəricisidir. Baxmayaraq ki, heç kəs sərbəst və ürəyi istədiyi şəkildə nəyəsə inam bəsləyə bilməz. Yəni inam iradənin aktiv nə- ticəsi olsa da, iradə özü digər amillərin təsiri altında olur.

  3. Ceymsin inancın təhlili və analizi fəlsəfəsinin nəticələrinə görə, həqiqət xeyrin növlərindən biridir, inanclar öz nəticələri əsa- sında daha geniş miqyasda yoxlanılmalıdır. Uyğun meyarlar yox- dursa, nəticələrin qiymətləndirilməsi də, dinlər də fərqli olacaq. Buradakı prinsiplər elmi prinsiplərdən heç də fərqlənmir. Elmdə də təcrübə sahələrini ayırmaq, əlaqələri və nisbətləri araşdırmaq, əldə edilən nəticələr əsasında elmi sübuta nail olmaq üçün termin- lər və kateqoriyalar yaradılır.

  4. Ceyms ali hissin gizli bir amildən qaynaqlandığını qeyd edir. Həmin gizli amil əsrlər boyu inkişaf etmişdir. Ceyms onu izah edilməsi mümkün olmayan geniş bir bilik dənizi hesab edir. Fərdilik və ayıq düşüncə onun məhsuludur. Təcrübə zahiri hisslə- rin təklikdə əhatə edə bilməyəcəyi bir miqyasa malikdir.

Uilyam elm və dinin məqsəd və metodlarda ortaq və oxşar
olduğunu, birindən istifadənin digərindən istifadəyə mane oldu-ğı-
nı hesab etmişdir. Təcrübə ilə qarşılaşmaq üçün bəzi meyl və ma- raqların perspektivliyindən istifadə edərək bütün anlayış sistem-lə- rini biz özümüz yaradırıq. Buna görə də onlardan yalnız birinin reallıqla uyğunlaşacağını fikirləşməyimizin heç bir əsası yoxdur. Din və ya elmdən əməli şəkildə istifadə edə bilən insan üçün bu vasitələr dünya xəzinəsinin qıflının açarıdır. Bunların birindən is- tifadə digərindən istifadəyə mane olmur (Ceyms, 1902, səh.110, Potnama istinadən, 1998, c.,5, səh.63).
Ceyms dini həyatın xüsusiyyətlərini beş kontekstdə izah edir (Ceyms, 2002, səh.375).
Dini həyatın xüsusiyyətləri ən geniş anlamda aşağıdakı eti- qadlarla səciyyələnir:

  1. Hiss etdiyimiz və gözümüzlə gördüyümüz dünya gözlə gö- rülə bilməyən uca mənəvi dünyanın bir hissəsidir. Gözlə görülən və hiss edilən dünya öz dəyərini və mənasını həmin dünyadan alır.

  2. Həmin uca aləmlə vəhdət və onunla koordinasiyaya yaxın bir əlaqə bizim həqiqi qayəmizdir.

  3. Dua və namaz, başqa sözlə desək, yaranış aləminin ruhu- na (Allaha və ya kainat sisteminə) qovuşmaq effektli bir davranış- dır. Bu davranışın nəticəsi hiss olunacaq dərəcədə maddi və mənə- vi təsirlərə malikdir.

  4. Dini həyat sanki xalis rəhmətdən ibarət bir dada, poetik

zövqə, alicənablıq və cəsarət ruhiyyəsinə malik həyatdır.

  1. Elə bir daxili əminlik və rahatlıq yaranır ki, nəticədə, baş- qasına qarşı yaxşılıq edir, əvəzsiz sevgi göstərirsən.

Ceyms bir tərəfdən psixoloqların qəbul etdiyi, digər tərəfdən isə dini situasiyaların mənbəyi hesab edilən, metafizik reallıqla əlaqə vasitəsi kimi qəbul edilən ruh axtarışları zamanı şüuraltı eqonu diqqət mərkəzində saxlayır: “Daxili mən, başqa sözlə de- sək, şüuraltı eqo müasir dövrümüzdə bütün psixoloqlar tərəfindən qəbul edilmiş bir reallıqdır. Bütün dini mülahizələri nəzərə alma- dan deyə bilərik ki, psixoloqların diqqət mərkəzində olan həyat bi- zim təsəvvürümüzdən çox yüksəkdə dayanır və daha geniş miq- yasa malikdir... Şüuraltı eqonun ön perspektivi ümumi vicdan his- sindən təşkil olunmuşdur. Əlbəttə, o, nöqsanlı və əlaqəsiz xatirə-
lərə, əcaib-qəraib mənalar kompleksinə, digər destruktiv36 feno- menlərə də malikdir. Amma eyni zamanda bizim şüuraltı eqomuz bir çox şedevrlərin və şah əsərlərin mənbəyidir. Dua və yalvarışla- rı araşdırarkən gördük ki, dini həyatda əsas rolu bizim şüuraltımız- dan qaynaqlanan sızıntılar ifa edir. Buna görə də düşünürəm ki, bizim münasibətdə olduğumuz dini təcrübələr individual varlığı- mızdan kənardadır, amma varlığımızın daxilində olan şüuraltı eqomuz onunla əlaqədədir.” (Ceyms, 2002, səh.394-395). Əgər şüuraltı eqomuzu izləyəriksə, varlığımızın digər tərəfini təşkil edən, hiss olunan və rasional dünyanın fövqündə dayanan metafi- zik bir aləmlə qarşılaşarıq. Onun adını nə istəyirsiniz qoyun: “Metafizika və ya qeyb aləmi.”
Ceyms metafizik aləmin və Allahın omasını həmin aləmin təsiri ilə və şüuraltı motivasiyalarla izah edir: “Arzu və istəkləri- mizin motivasiyası metafizik və fövqəltəbii aləmdən nə qədər qay- naqlanarsa37, o miqdarda və ya ondan da artıq dərəcədə hissolunan və rasional dünyadan qopub, həmin metafizik aləmə bağlanarıq. Çünki arzu və istəklərimiz şəxsiyyətimizin mərkəzində dayanır. Deməli, tədqiqat mövzumuz olan əsrarəngiz qeyb aləmi fantaziya və təxəyyül aləmi deyil. Onun bizim hiss olunan dünyaya təsiri göz qabağındadır. Həmin aləmlə əlaqə yaradarıqsa, biz dəyişər, sanki yeni ruha qovuşmuş yeni bir insana çevrilərik, davranışları- mız tamamilə fərqli davranışlarla əvəzlənər... Burada yalnız insa- nın fitri və batini inancını açıqlayıram: Allah var. Çünki həyatımı- za real və gerçək təsiri var.” (Ceyms, 2002, səh.398-399).
Ceyms Allahın insana təsirini belə təsvir edir: “Əgər mən- dən soruşsalar ki, Allah varlığı insan davranışlarının dəyişməsinə necə səbəb ola bilər? Asanlıqla cavab verərəm ki, dua vaxtı insan metavizik aləmə bağlanır və bu bağlantı dua edənin qəlbini doldu- rur. Həmin vaxt insanın özünə, eyni zamanda ondan ayrı bir aləmə aid olan mənəvi hiss individual qüvvənin mərkəzinə həyati təsir göstərir və ona heç nə ilə müqayisə edilə bilməyəcək yeni bir hə- yat bəxş edir. Fərz edin, dünyada ağıl və düşüncəmizin fövqündə


36 Destruktiv - dağıdıcı, məhvedici.
37 Arzu və istəklərimizin çoxu metafizik aləmdən qaynaqlanır. Bu səbəbdən də onla- rın çoxu maddi və rasional hesablamalara cavab vermir (Uilyam Ceyms).
dayanan bir aləm mövcuddur və bu aləmdə bizə tez-tez təsir gös- tərən qüvvələr var. Həmin qüvvələrin varlığımıza ən sadə təsir şərtlərindən biri budur ki, əgər ruhumuzun diafraqmasını ona doğ- ru açarıqsa, bu zaman biz dini həyat fenomenlərini izah edən ehti- malı yaradan amillərə malik olarıq.” (Ceyms, 2002, səh.398-399).
Ceymsin metodu daha çox praktiki araşdırmaya əsaslanır, buna görə də o, “Dini praktikanın növləri” əsərinin əvvəlində dini təcrübə ilə bağlı bir-birindən fərqli çoxlu sayda nümunələr təqdim edir. O, izahlardan və qanun şəklini almış qaydalardan çox dini vəziyyətlərə və emosiyalara əsaslanır. Ceyms imkan daxilində dini fenomenləri elmi qaydalar və prinsiplər əsasında böyük bir diqqət- lə izah edir. Dini müşahidələrin növlərini fərdin şüuraltı dünyasın- dan gələn sızıntılar kimi qruplaşdırır. O, açıq şəkildə bildirir ki, “Din təcrübə və sınaqdan keçirilməli, praktiki mövqe ilə qarşılaş- dırılmalıdır.” (Ceyms, 2002, səh.398-399). Bu mövqe çox yüksək emosional vəziyyətlər və idrak xüsusiyyətləri ilə yanaşı bütün adi reallıqlara da şamil olmalıdır. Buna görə də Ceymsin əsərlərində dinin müdafiəsi sırf sosial faydalara, fərdi və subyektiv hisslərə əsaslanmır (İrl, 1968, səh.244).
Ceyms hesab edir ki, dinin ən dərin mənbə və mənşəyi emo- siyalardır: “Din ağıl deyil, emosiya və hisslər kateqoriyasına aid- dir.” Bu fikrini üç dəlillə izah edir:

Yüklə 353,99 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin