Din-psixologiyasina-giris-son pdf


Dindarlığın ölçülməsinin nəzəri əsasları



Yüklə 353,99 Kb.
səhifə47/68
tarix01.10.2023
ölçüsü353,99 Kb.
#151376
1   ...   43   44   45   46   47   48   49   50   ...   68
Din-psixologiyasına-giriş

Dindarlığın ölçülməsinin nəzəri əsasları


Hər şeydən öncə dinin ölçülə biləcəyinin özü-özlüyündə mümkün oldğunu qəbul etməliyik. Qorsaç (1984) bildirir ki, məlu- matları izah edən rasional və sistematik məktəbləri nəzərə alma- saq, ölçmənin hal-hazırda din psixologiyasından ibarət bir çərçivə yaratması dindarlığın ölçülməsinin mümkün olduğunu göstərir. Miqyasları müəyyın etmək üçün bir neçə üsulumuz və çoxlu sayda xüsusi miqyaslarımız var. Leykertin individual sualları və miqyas meyarları qəbul eidlmiş iki ən geniş üsul hesab edilir. Bu fikir Ra- binson və Şeyverin (1973) dini miqyaslarla bağlı topladıqları mə- lumatlarda açıq şəkildə ifadə edilir (Braun, 1987, səh.64). Qorsa- çın fikrini qəbul etməsək də, hələlik onu mövzunun əsası kimi diqqət mərkəzində saxlayırıq. Fəslin sonunda bu məsələ ilə bağlı daha dəqiq mühakimə yürüdərik. Hər halda dini ölçmək üçün psi- xometrika101 qaydalarına əsasən, müəyyən mərhələləri qət etmək lazımdır:



  1. Din və dindarlığı davranış, idrak və emosional təzahürlərə malik insanın psixoloji bir fenomeni kimi izah etmək;

  2. Dindarlığın yönlərini və komponentlərini (kateqoriyalar) təyin etmək;

  3. Yönlərin hər birini ifadə edən aydın cümlələrin sayını

müəyyənləşdirmək;

  1. Yuxarıdakı cümlələr və cavablar siyahısı əsasında anket

hazırlamaq;

  1. Miqyasın etibarlılıq və stabillik kriteriyalarının icrası,





101 Psixometrika – insanın psixi fenomenlərinin keyfiyyətini kəmiyyətə çevirməkdə
psixoloqun istifadə etdiyi üsul və metodlar toplusu.
standartlaşdırılması, kvalifikasiyası, aidiyyəti olan terminlərin tət- biqi.
Təbii ki, bu mərhələlərin hər biri spesifik nəzəri əsasların ol- masını tələb edir. Bu əsasları təhlil və analiz etmədən, hər biri ilə bağlı bəlli bir baxış bucağı müəyyən etmədən sonrakı mərhələyə keçmək olmaz. Müxtəlif müəlliflər bu nəzəri əsasları “təsviri nə- zəriyyələr” adı altında araşdırmışlar. Ditez (1977) “Nə üçün müx- təlif dini siniflər haqqında aparılan araşdırmalar idrak formasının strukturları ilə bağlı tənqidlərdən çoxdur?” sualının cavabını din haqqında olan təsviri nəzəriyyələrdə tapmışdır. Əlavə etməliyik ki, cavabı təsviri nəzəriyyələrlə yanaşı şəxsiyyət haqqında olan nəzə- riyyələrdə, elmin fəlsəfsində də tapmaq olar. Buna görə də Man- sias və Sekond (1983) hesab edirlər ki, yeni tədqiqat qaydaları bi- zə elmlə bağlı realist nəzəriyyəni qəbul etməyi diktə edir. Bu nə- zəriyyə elmi izah haqqında olan ümumi qanun formasını və onun- la birlikdə instrumentalizm ideyasını rədd edir. Qeyd olunan möv- qeyin spesifik xüsusiyyətlərindən biri davranış reaksiyalarının, ic- timai və ya ideoloji əsası olan digər reaksiyaların başa düşülməsi üçün obyektivliyi və subyektivliyi birləşdirməkdən ibarətdir. So- sial strukturlar, dil, dini və qeyri-dini inanclar fərdin özündən əv- vəl gəldiyi üçün fərd onları qəbul, icra və ya təsdiq etmək istədik- də yenidən canlanmalı və ötürülməlidir.. Bu strukturlar əhəmiy- yətli və şüurlu davranışları dəstəklədikləri üçün məhdudlaşdırıcı təsir göstərir və davranış yollarını məhdudlaşdırır. Bu cür qeyri- müəyyənliyə dində, siyasət, gigiyenik nəzarət kimi digər sahələrdə də rast gəlmək olar. Sağlam həyat formasının lazımı ehtiyacları, insanın xilası və duaları ilə əlaqəsi olan oxşar inancların baxış bu- caqları, qəsdləri və nəticələrini icazəli sayan, xüsusilə də stimul- laşdıran ənənəvi struktur və ənənələrdə də bu qeyri-müəyyənliyə rast gəlinir. Halbuki, Qodin (1968) dua və yalvarışlar kontekstində mühafizəkar, təmizləyici, tərbiyələndirici, simvolist baxışları rəs- mən tanıyır. Alport göstərmişdir ki, dindarlıq həm qərəzlilik yara- da, həm də onu aradan qaldıra bilər. Bu ikili standartları qruplaşdı- rılmış formada həll etmək və ya onları təkrar dərk istiqamətli ad- dımlar kimi təqdim etmək olar. Bu əsasla Qodin (1971) bir tarixi özünüdərk kimi dindarlıqdan sonra inkişaf vəzifəsi müəyyənləşdi-
rir. Bu inkişaf vəzifəsi maddi və mənəvi əlamətlər arasındakı əla- qələri müəyyən edir, sehrli və ya xurafat zehniyyəti iman həyatına daşıyır, qeyri-mənəvi əxlaqı azaldır, valideynin qeyri-müəyyən təsvirlərinə əsaslanan xristian inanclarını təmizləyir, saflaşdırır. Bu köçürmələrin hər hansı birinə nail olmaq üçün iradəyə ehtiyac var. O, belə bir fərziyyə irəli sürür ki, dəyişilməyə icazə verən cə- miyyət və ya istənilən ənənə bu proses zamanı özü də dəyişikliyə məruz qala bilər (Braun, 1987, 40-41).
Bu yanaşmasında Braun diqqəti dinin ölçülməsi ehtimalla- rında, yəni elmin fəlsəfəsi və onunla bağlı görüşlərdə mövcud olan təsviri nəzəriyyələrə çəkir. Mövzunun geniş izahı bizim araşdır- maların çərçivəsindən kənar olsa da, tədqiqat mövzusunun önfər- ziyyələrinin əsasları diqqət çəkir.
Sosiologiyada da struktur və funksional baxışlar bir-birin- dən fərqləndirilir. Bu cəhətə kompleks şəkildə dinin mənalarını verməyə çalışan Veberin, ayin və mərasimlərin qrup kimliyində mühüm rol oynadığını israrla vurğulayan Dürkeymin əsərlərində rast gəlmək olar. İlk din psixoloqları (Holl, Ko, Leuba və Amis) də funksionalistlər sırasında yer alırlar. Belə ki, onlar dinin uyğun- laşmadakı rolunu araşdırmış, individual meyardan dindarlığın mə- nasını izah etmək üçün təsviri şəkildə istifadə etmişlər. Sözügedən yanaşma sonralar psixoanaliz və psixiatriyada irəli sürülən görüş- ləri əhatə etdi. Stranka (1962) görə, onlar din psixologiyasının praktiki əsaslarından müşahidə edilən fenomenlərin birbaşa yozu- mu, dinin özünü daha qabarıq şəkildə göstərdiyi ictimai kontekst və əsasların unudulması istiqamətinə sapdılar. Metodistlər opera- torlar və nəzarətçilər və ya özlər və özgələr baxışına işarə etmişlər. Daytez (1969) din araşdırmalarındakı təzadları mənəvi həyatla, ictimai araşdırmalardakı təzadları rəsmi və ya təsviri mahiyyətlə izah etmişdir. Hər bir baxış bucağı fərqli nəticələrə malikdir. Belə ki, kənar adamın baxış bucağına görə, bir dinə mənsub olan bütün fərdlər eyni qiymtələndirilir, halbuki özgələrin baxış bucağına gö- rə, bəzi məzhəb amilləri müstəqil qiymətləndirilir. Bu meyarların hər biri test edilənlərin müqayisə miqyasından, müəyyən edilmiş sualların məzmunundan, məlumatların tapılması və tənzimlənməsi üçün istifadə edilmiş metoddan asılıdır. Allahın məsuliyyəti kimi
hər hansısa məzhəbin anlayışlarının mənası və dinin mahiyyətinin test nümunələrinin təcrübəsi və ehtimalları bu nəticələrdən kənar- da qalır. Test nümunələrinin ictimai dərəcələri də mühüm əhəmiy- yət daşıyır. Din rəhbərləri və ya dinlə yaxından əlaqəsi olan şəxsin dinlə bağlı məlumat və çıxarışları ilə uzaqdan oda əl tutanların dinlə bağlı çıxarışları arasında fərq var. Dindar və qeyri-dindarlar arasındakı fərqlər bizim bəzi maraqlarımız çərçivəsində olmalı ol- sa da, hər iki qrupun reaksiyalarının müəyyən mənada qrup birliyi və onların reaksiyalarının təsnifat metodu əsasında formalaşdığını deyə bilərik. Bu təsnifatlar tamamilə rəsmi ola bilər. Rauf (1979) yazır: “Kilsədə xaç suyuna salınmış katolik hətta illərlə kilsəyə gəlməsə belə, kilsə üzvü kimi qələmə verilir. Vəftiz mərasimi kil- səyə qayıdışı olmayan bir giriş hesab edilir.” Bu sabit tərif xaç su- yuna çəkilmiş fərdlərə inanclarını itirsələr belə, dindarlıqdan və xristianlıqdan çıxmağa icazə vermir. Az ənənəvi olan digər üzvlük formasına görə, fərd ilahi iradəyə əsaslanır, onu iman istiqamət- ləndiricisi hesab edir və ruhaninin dəvətindən faydalanaraq onu qəbul edir. Özünü metodist ya katolik adlandırmaqla və ya bunla- rın heç birini qəbul etməməklə fərdin özünü sınamaq üçün təqdim etdiyi forma da mövcuddur. Bu metodda fərdin öz davranışlarını, inanclarını, daxili hallarını və digər xüsusiyyətlərini necə təsvir et- məsi yer alır. Fərdlərin özləri ilə bağlı verdikləri bu məlumatlar sabit, kortəbii olmasından, toplanılmasına nəzarət olub-olmama- sından asılı olmayaraq, din psixologiyasının ilkin məlumatlarını təşkil etməlidir. Bəzən sxolastik və dini qaydaların birbaşa psixo- loji terminlərlə izah edilməsinə etirazlar edildiyinin şahidi olmaq olar. Yunqun üçlüyün doqmatik prinsiplərinə psixoloji yanaşması- nı buna misal göstərmək olar. Əldə edilən məlumatların redaktəsi və təhlili nəticələri onların toplanma proseslərinə nüfuz və sirayət edir. Məlumatların konkretləşdirilməsi tədqiqatçının tədqiq etdiyi mövzu və tədqiqata cəlb etdiyi şəxslə bağlı qərarı ilə başlayır. Belə ki, testə cəlb edilmiş subyektlər verdikləri cavablarla və ya əmək- daşlıq edib-etməməklə bağlı qərarları özləri verirlər. Son işarələ- mələr və məlumatların qısaldılması bu prosesin yalnız bir mər- hələsini təşkil edir. Şəraitin əhəmiyyəti, tədqiqatçıların xüsusiy- yətləri, onların bu xüsusiyyətlərlə və aşkar edilmiş inanclarla bağlı
nəzəri görüşləri həddən çox diqqət mərkəzində olmamalıdır. Hər bir tədqiqat növü öz tələblərini icra edir. Nəticələrlə bağlı məlu- matların hər biri fərdlərin baxış və görüşlərinə uyğun olmalıdır (Braun, 1987, səh.41-43).
Tədqiqatın bu bölməsi fərdlərin nəzəri əsaslarının və baxış- larının xüsusiyyətlərinin, strukturların, şəraitin və sairənin dinin öl- çü formasındakı mövqeyini müəyyən edir. Bu əsaslar xüsusilə di- nin, din komponentlərinin tərifi və dini miqyasın digər normallaş- dırma mərhələlərinə daha çox təsir göstərir (Azərbaycani, 1382).



Yüklə 353,99 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin