Dinin yönləri
Din və dindarlığın tək yönlü olmadığı məlum olduqdan son- ra ortaya belə suallar çıxır: Dinin bir neçə yönlü olmasını hansı dəlillərlə sübuta yetirmək olar? Əgər dinin müxtəlif yönləri varsa, onlar hanıslardır?
Din psixoloqları və sosioloqlarının çoxu bir neçə yönlülük görüşünü müdafiə edirlər. Roma katoliki və qeyri-keşiş ilahiyyat- çılardan olan Hügel (1908) faktor analizi metodu meydana gəl- məzdən uzun müddət əvvəl din üçün üç ünsür, üç metod və ya üç baxış müəyyən etmişdir. Bu ünsürlər aşağıdakılardır:
Ənənəvi və ya tarixi: daha çox hisslər, təxəyyül, hafizə və uşaqlıq dövründən başlamadan asılıdır.
Diskursiv və ya sistematik: düşünmə, əsaslandırma və
abstraksiya imkanı ilə əldə edilir.
İntuitiv və ixtiyari: daxili təcrübənin və xarici əməliyya-
tın yetişməsini göstərir.
Ceyms Pratt (1920) dinin xüsusi cəhətləri adlı araşdırmasın- da Hügelə aid olan üçüncü ünsürü təşkil edən iki aspekti bir-birin- dən ayırsa da, oxşar mövqeyi qəbul edir. O, din üçün dörd yön
müəyyən edir: ənənəvi, intuitiv, mistik və praktiki, ya da etik yön- lər. Hügel və Pratt hesab edirlər ki, hər bir ünsür və ya yön xüsusi bir mövqeyə əsasən, təsdiq edilib başqa bir ünsürlə təzad təşkil et- sə də, onlarla olan əlaqəsini qəti şəkildə qoruyub saxlayır. Sosio- loq Çarliz Qlak (1962) dinin yönlərini başqa şəkildə təqdim edir. Onun eksperimental və nəticə yönləri Prattın mistik və rasional yönlərinə çox bənzəyir. Qlakın ritual, ideoloji və rasional yönləri ümumilikdə sanki Hügel və Prattın təsnifatını inkişaf etdirir və on- ların təsnifatlarının diskursiv yönü ilə az əlaqəsi var, hətta heç bir əlaqəsinin olmadığını da demək olar (3.1. saylı cədvəl). Qlak he- sab edir ki, onun müəyyən etdiyi beş yönün tam müstəqilliyini qə- bul etmək çətindir. Onların daxili əlaqəsi mövzusunu kəmiyyət araşdırmasının öhdəsinə buraxır (Vulf, 1991, səh.210).
Cədvəl № 3.1. Hügel, Pratt və Qlakın müəyyən etdiyi dinin yönləri
Hügel
|
Pratt
|
Qlak
|
1. Ənənəvi (tarixi)
|
1. Ənənəvi
|
1. İdeoloji (inanc)
|
2. Diskursiv
|
2. Diskursiv
|
2. Ritual (əməl)
|
3. İntuitiv
|
3. Mistik
|
3. Rasional (bilik)
|
|
4. Praktiki (etik)
|
4. Eksperimental
(hisslər)
|
|
|
5. Nəticə (təsirlər)
|
Verbit çox yönümlülüyün sistemli təklifi üçün çox böyük tə- laş göstərmiş alimlərdən biridir. O, hesab edir ki, din hər biri dörd yöndən ibarət olan altı komponentdən təşkil olunub. Verbitin dinə verdiyi tərifə (din insanın mühüm hədəflə əlaqəsinə əsaslanır) əsa- sən, bu yönlər və komponentlər daha yaxşı dərk edilir. Onun təklif etdiyi komponentlər aşağıdakılardır:
Ritual və ayin: Aşkarda və ya xəlvətdə həyata keçirilən təntənəli davranış.
İnam: İnsanın əsas səbəblə əlaqəsini ehtiva edən acıqla- malar.
Emosiya və hiss: Emosiyaların mövcudluğu (qorxu, sevgi
və s.).
Məlumat: Müqəddəs kitabların təlimləri və qanunları ilə
tanışlıq.
Əxlaq: Doğru və yanlış kontekstində fərdlərin davranışla- rını istiqamətləndirən qaydalar.
İctimaiyyət: İnamlı cəmiyyətdə psixoloji, ictimai və ya fi- ziki mövcudluq.
Bu komponentlər aşağıdakı dörd yöndə fərqlənir:
Məzmun: Komponentin essensial mahiyyəti (ayinlər, eti- qadlar, məlumatlar və ya xüsusi etik prinsiplər).
Çoxluq: Kontekstual ünsürlərlə nə qədər qarşılaşırıq, on- lar üzərində nə qədər işləyirik.
İntensivlik: Onlarla bağlı öhdəlik əmsalı.
Mərkəzilik: Əhəmiyyət və ya qabarıqlıq (Hill və Hud, 1999, səh.10).
Bu ümumi proqram institulaşmış və individual dinin təhlili üçün yaxşı nəzəri istiqamətləndirici ola bilər, amma bir neçə po- tensial problemə malikdir: Komponentlər və yönlər arasında müəyyən həddə əhatəlilik ola bilər. Məsələn, ayin komponentini araşdırarıqsa, böyük ehtimalla rituallardan birinin yerinə yetiril- məsi daha çox olarsa, onun dindəki mərkəzliyi və ya diqqət çəkə- cək hissinin yaradılması daha çox olar. Başqa sözlə desək, anlayış baxımından bu yönlər qəbul edilə bilsə də, çoxluq, mərkəzilik və intensivlik arasındakı əlaqə o qədər yüksək ola bilər ki, onları müstəqil şəkildə təhlil etmək faydasız olar və onlar dinin əhəmiy- yəti kimi adlandırılacaq bir yöndə məhdudlaşa bilər.
Başqa bir irad komponentlərlə bağlıdır. Çox böyük ehtimal- la bu komponentlərdən hər biri bir neçə yönlü ola bilər. Belə ki, fərdlərin dərk və davranışlarına əsasən, müxtəlif cəhətlərə malik ola bilərlər. Ralof Hud hesab edir ki, “Bu strukturun gələcəkdə faydalı ola biləcəyinə rəğmən (gələcəkdə onun bütün dinləri əhatə edəcəyi ehtimal edilir), praktiki tədqiqatlarda qiymətləndirlməmiş- dir. Dinin yönlərinin axtarışı əsasən, bir göstəri forması alır. Bə- zən bu iş bir məşğuliyyət kimi mürəkkəb statistikalarda heç bir dəstək olmadan yer alır. Bəzi hallarda fikir yaxşı anlayış kimi qə- bul edilir, amma praktiki şəkildə təsdiq edilmir. Bu məsələ din psixologiyasında qızıl axtarışına çevrilib (qızıl axtarışı qızıl oldu- ğu ehtimal edilən regionlara hücumdur). Bunun sübutu da bizim qızılı tapa biləcəyimizə etiqadımız olmasıdır. Bu qiymətli metal
özünü tədqiqatçılara hərəkətverici təsiri ilə göstərir. Belə ki, tədqi- qatçıların sualları və əsalandırmaları daha yaxşı təriflər, daha tək- milləşmiş nəzəriyyələr və nəzəri cəhətdən daha sistemli araşdır- malarla nəticələnir. Bu sahədə çalışan subyektlər nadir hallarda imanın yeni formalarının və ya aldadıcı və cəlbedici etiketlərin tə- ləsinə düşürlər. Hətta Alportun “daxilə yönümlü (intrisnk) - xaricə yönümlülük (ekstrisink)” cəhətindən möhkəmlənmiş və qədim proqramlar getdikcə öz etibarlılıq imkanını itirir. Bu ideyaların eti- barlılığını saxlamaq üçün göstərilən səylər dindarlığın çoxtərəfli strukturlarını davam etdirəcək, zərifləşdirəcək, saflaşacaqdır. 3.2 saylı cədvəl öyrənilmiş bəzi çərçivələri əks etdirir.” (Hud, 1996, səh.9-10).
Cədvəl № 3.2. İndividual dinin tədqiqi zaman irəli sürülmüş
çoxyönlülük görüşlərinin bəzisi (Huda istinadən, 1996, səh.11).
Müəllif
|
Dinin yönləri
|
İzahlar
|
Alen Spilka
|
Təzminatçı din
Uyğunlaşdırılan
din
|
Abstrakt fəlsəfi görüşdən istifadə: Nisbətən aydın məzmuna malik və gün- dəlik vəzifələr kontekstində dini məsu- liyyətin elastikliyini təqdim edən çoxqat dini inanclar
Qeyri-müəyyənlik, fərqlənməyən, iki- başlı, tərəfsiz: Koqnitiv cəhətdən bəsit, şəsxi cəhətdən asanlıqla əldə edilə bilən
iman.
|
Alput (1966)
|
Daxilə yönələn
Xaricə yönələn
|
İman özü-özlüyündə insanın Allah əmrlərini ciddiyə alaraq özünü unifika- siya90 etməsi, qardaşlıq və şəxsi ehti- yaclardan daha yüksəyə qalxmaqla izah edilən üstün dəyərdir.
Sırf faydalılıqla səciyyələnən din sağ- lamlığa, sosial uğura, rahatlığa nail ol- maq və şəxsin həyat istiqamətini təsdiq üçün istifadə edilir.
|
Patson və Ventis (1982)
|
Vasitəçi din
Hədəf din
|
Din digər faydalardan istifadə etmək üçün bir vasitədir.
Din özü-özlüyündə hədəf dəyərdir.
|
90 Unifikasiya - vahid şəklə sal(ın)ma.
Klark (1958)
|
İlkin dini davra- nış
İkinci dərəcəli dini davranış
Üçüncü dərəcli dini davranış
|
Etimad edilən daxili praktika müqəddəs aləmlə birləşir. Bu aləm fərdin göstərdiyi istənilən növ səylə ahəngdarlıq yaradır.
Vəzifə və öhdəlikləri çox monoton və ruhsuz şəkildə həyata keçirmək.
Başqa bir şəxs tərəfindən qəbul edilən
bir sıra təkrarlanan dini qaydalar və davranışar
|
From (1950)
|
Diktator din Humanist din
|
Bu növ dinin əsas özəlliyi itaətkarlıq, günah və əmrə tabe olmamaqdır.
Bu növ din insan və onun gücünə əsaslanır. Üstünlüyü itaətkarlıq deyil, özüaktuallıqdır.
|
Qlak (1962)
|
Praktiki yön
İdeoloji yön Ritual yön Rasional yön
Nəticə yön
|
Əsas reallığın birbaşa və ya dini hisslər təcrübəsi vasitəsilə tanınmasına əsaslanan dindarlıq
Yəqin edilmiş etiqadlara əsaslanan dindarlıq
Bir dinin ardıcıllarından gözlənilən xüsusi dini davranışlar.
Dindar şəxsin özünün humanist etiqadlar, iman və müqəddəs kitab əsasında əldə etdiyi elm və məlumatlar.
Fərdlərin dindən irəli gələn və yerinə yetirilməsi zəruri olan hər şeyə və lazım olan baxışlara malikdirlər.
|
Hant (1972)
|
Təhətəlləfz din
Anti təhtəlləfz
din Mifik din
|
Haqlarında heç nə fikirləşmədən dini sifarişlərlə yüksək səviyyədə qarşılaş- ma.
Sözlü dini sifarişlərə açıq şəkildə
qarşı durmaq (sistemçilər).
Daha dərin simvolik mənalar tapmaq üçün dini məlumatların izah edilməsi.
|
Bundan əlavə, unutmamalıyıq ki, tədqiqatçıların təqdim et- diyi çoxyönlü layihələr bir-birlərini əhatə edir. Əlbəttə, bu təsni- fatlardan bəziləri nəzəriyyəyə əsaslandığı halda, digərləri statistik təhlillərin, xüsusilə faktiki təhlilin məhsuludur. Bu layihələrin ço- xu tədqiqat mənbələrində diqqətdən kənarda qalmış, test edilmə-
dən bir kənara qoyulmuşdur. Halbuki, onlar istifadələri lazım olan faydalı nəzəriyyələrdir. Bəzi nəzəriyyələrdə dini fərdlərin motiva- siyaları, bəzilərində bilgi və təfəkkür əsas götürülür. Bəzi meyar- lar iman kontekstində şəxsiyyət xüsusiyyətlərinə dəlalət edir. Bu- rada bu mövzulara qısa şəkildə işarə etsək də, gələcək mövzuları- mızda onlara təkrar qayıdacaq və psixoloqların onlardan necə isti- fadə etdiklərini qeyd edəcəyik (Hud, 1996, səh.12).
Adətən bu növ təsnifatlarda dinin ictimai yönü diqqətdən kənarda qalır. O, Ninyan Smartın diqqət yetirdiyi məqamdır. Nin- yan Smart (1969) dinin təlim, mifik, etik, əxlaqi, ritual və praktiki yönlərinə (təqribən Qlakın təsnifatına oxşar təsnifatdır) ictimai yönü də əlavə etmişdir. Çünki dinlər təkcə inam sistemlərindən ibarət deyil, eyni zamanda təşkilat və ya təşkilatın bir hissəsidirlər. Dinlər ictimai və kollektiv əhəmiyyətə malikdir (Braun, 1987, səh.75).
Qlakın təqdim etdiyi beş yönün özü də tənqidlərə məruz qalmışdır. Əlbəttə, Qlak və digər alimlərin təqdim etdiyi dini yön- lərlə bağlı irəli sürülən tənqidlər anketin maddələrinin məzmununa deyil, statistik meyarlara əsaslanır. Bəzi tədqiqatçılar daxili korrel- yasiyanın aşağı səviyyəli miqyasına nail olsalar da (Kuhre, 1971, Lehman, Şriver, 1963, Ruppel, 1969), digərləri çoxyönlülük ehti- malını sual altına ala biləcək səviyyədə korrleyasiyaya nail olmuş- lar (Kardvel, 1969, Klayton, 1971, Finner və Qamaç, 1969, Gibbs və Kreyder, 1970, Rohrabağ və Cessor, 1976). Faktor analiz vasi- təsilə aparılmış bir sıra tədqiqatlar bu iradı daha çox qabartmışdır. Riçard Keyton və Ceyms Qladden (1974) əsasən protestant olan iki qrup tələbənin verdiyi cavabları faktor analiz üsulu ilə beş yön- lü miqyaslarla araşdırmış, müvafq olaraq beş və dörd fakt əldə et- mişlər. Hər iki qrupda yalnız birinci amil, yəni ideoloji yön tama- milə fərqlənmişdir. Bu amil təcrübəyə cəlb edilmiş qrupların birin- də 78% ortaq və təəccüb doğuran dəyişikliklər olduğunu, digər qrupda isə 83% dəyişikliklər olduğunu göstərmişdir. Nəticə ideo- loji yönün hər cəhətdən ən mühüm amil olduğundan xəbər verir. Sözügedən amillər üçün istifadə edilmiş kinci dərəcəli faktor ana- liz nəticəsində bir amil əldə edilmişdir. Onlar belə bir nəticəyə gəlmişlər ki, dindarlıq əsasən, ideoloji öhdəlikdən təşkil olunmuş və öz gücünü praktikada əks etdirən bir yönlü fenomendir (Vulf,
1991, səh.211-212).
Alman tədqiqatçıları Laport Fuchs və Reynhard Oppermənn (1975) Qlakın təqdim etdiyi yönləri ölçmüşlər. Onlar daha çox al- man dilində istifadə edilən dini ifadələrlə bağlı dərəcələndirmə ox- şarlığını faktor analiz üsulu ilə araşdırmışlar. Həmin ifadələr eyni- cinsli olmayan cütləri ilə birlikdə təqdim eidlmiş “iman”, “Allah”, “mələk”, “nəsihət” və “ilahi feyz” kimi sözlərdən ibarət olmuşdur. Təhlildən hasil olan və hər biri dəyişikliklərin müvafiq olaraq 53% və 17% olduğunu göstərən iki amil maksimum yalnız Qlakın təqdim etdiyi ideoloji və ritual yönləri təsdiq etmişdir. Buna görə də nəticələr ehtimalın çox yönlü olmamasını və demək olar ki, bir amilə əsaslanan baxış bucağını təsdiq edir. Bu cür amil ya ümumi- dir, ya da ideoloji yönə əsaslanır (Vulf, 1991, səh. 212).
Bununla belə, dinin çox yönlü olmasını təsdiq edən faktlar tədricən artmaqdadır. Deconq, Folkner və Reks Varlənd (1976) keçmişlə müqayisədə daha mütərəqqi vasitələrdən istifadə etmək, onu ABŞ və Almaniya tələbələri üzərində icra etmək əvəzinə dilə bağlı yeni bir sorğu başlatmış, nəticədə, bir-bilərinə yaxın olan altı yön əldə etmişlər. Faktlar “ümumi dindarlığın” inanclar, təcrübə və dini davranışlara şamil olduğunu göstərir. Dil Hilti və Soa Stokmən (1986) həmin sorğu modelindən istifadə edərək beş amil, həmçinin yüksək səviyyəyə malik olan ümumi dindarlıq müəyyən etmişlər. Dinin ölçülməsinin ümumi vasitələri mövqeyindən diq- qət mərkəzində olan müxtəlif miqyaslar faktor analizin köməyi ilə iki və ya daha çox amilin olduğunu müəyyən etmişdir (Klayn və Riçards, 1965, Himel Farb, 1975, Maranel, 1968, Şand, 1961,
Tapp, 1971, Vulf, 1991, səh..213).
Steysin təhlili (1960) vasitəsilə mistikanın 32 maddəlik miq- yasını əldə etmiş Ralf Hud faktor analiz vasitəsilə apardığı araşdır- ma ilə ümumi mistika və dini nəticə amillərini hasil etmiş, tələbə- lər üzərində apardığı Dil Kard (1988) təhlili ilə üç amil əldə etmiş- dir. Bu tədqiqatların ikinci mərhələsində Hudun əldə etdiyi ikinci amil iki hissəyə bölünmüşdür: rasional (görmə təcrübəsinə əsasən) və dini (müqəddəslik hissinə əsasən). Dindarlığın müxtəlif miq- yasları arasında nisbətən aşağı daxili korrelyasiya olduğundan xə- bər verən araşdırmaları çox yönlü baxışın təsdiqləyicisi kimi nə-
zərdə tutmaq olar (Finner, 1970, Fukuyama, Lenski, 1961, Ver- non, 1962). Amma buradakı problem bu miqyasların nöq-sanları- nın qaçılmaz olması ehtimalı ilə bu cür korrleyasyaların kiçik əm- salını təyin etmək və nəticədə, bu miqyasların fərqli yönləri ölçdü- yünə hökm çıxarmaqdır (Vulf, 1991, səh. 214).
Dini yönlər məsələsinin hər iki tərəfinin fakt və tərəfdarlara malik olduğunu nəzərə alsaq, hansı nəticələrə gəlmək olar? Bu bölmədə öncə Vulfun bu fakt və araşdırmalar kontekstindəki təs- nifatını qeyd edir, sonra nəzərdə tutulan nəticəni hasil edirik: “Dini miqyasların faktor analizinin sabit həqiqətin kəşfi üçün bir yol olduğunu düşünən insanlar onun zaman və məkan şərtləri nə- zərə alınmadan bütün insanlara aid olduğunu düşünürlər. Onlara görə, nəticələrin müxtəlifliyi təskinləşdirici, eyni zamanda müvəq- qəti bir izah kimi miqyas və statistik üsullar kontekstində əldə eid- lən nailiyyətlər vasitəsilə aradan qalxacaq. Bəzi postmodernistlər və bütün miqyasları insanların yanlış stuktur amilləri və üsulları hesab edənlər düşünürlər ki, məqsədlər faydalıdır, amma mövqe və tarix baxımından dəyişməmiş psixoloji həqiqətləri izah edən güzgülər deyil. Onlar müasir sosioloqların din haqqındakı rəyini təqdim edirlər.
Faktor analiz metodu əşyaların mahiyyətini anlamaq üçün qeyri-adi layihə və tədbir deyil, informasiyalar toplusunda möv- cud olan bir meyara nail olmaq üçün vasitədir. Tədqiqatçının bu informasiyalar arasında nəzərdə tutduğu isə kompüterin müəyyən etdiyi amillər toplusudur. Əgər müəyyən həddə qədər adi baxışları və davranışları ehtiva edən dini maddələrdən ibarət bir anket tərtib edib, həmin anketi eyni növdən olmayan, xüsusilə dini keçmişinə və öhdəliklərinə görə, bir-birlərindən fərqlənən insanlar arasında paylayarıqsa, təqribən əmin ola bilərik ki, dini maddələr yalnız bir dindarlıq amilini təşkil edə biləcək təsnifata malikdir. Amma fərq- li və incə məzmunlara malik dini maddələri ehtiva edən bir anket tərtib edib eyni növdən olan və dini bilgisi yüksək olan fərdlər ara- sında paylasaq, o zaman dini amillərdən ibarət bir kompleksin əl- də ediləcəyini gözləyəcəyik. Bundan əlavə, Qri Maranel və Nol Razak (1970) keşiş və ruhaniləri universitet müəllimləri ilə müqa- yisə edərək göstərirlər ki, dindar fərdlər qeyri-dindar fərdlərlə mü-
qayisədə daha fərqli faktor strukturu nümayiş etdirə bilərlər (Vulf, 1991, səh.214).
Sonuncu nüans çox dəqiqdir, səbəb də ondan ibarətdir ki, daha həmrəy qruplarda xırda fərqlər aşkara çıxır. Buna görə də daha homogen olan ruhanilər arasında daha xırda dindarlıq amillə- ri aşkara çıxır. Vulf əslində, iki yanaşma ilə fərqli tədqiqatlar və faktların təsnifatını aparmışdır:
Birincisi, bəzi faktlar bir baxışa əsasən, gələcəkdə aradan qalxa biləcək yanlışlardan qaynaqlanır, ikinci baxışa əsasən, bu plüralizm aradan qalxmayacaq və psixologiyanın həqiqiliyini əks etdirməyəcək.
İkincisi, nəticələrin fərqi aidiyyatı olan nümunə qrupundan qaynaqlanır. Nümunə qrupun daha homogen olduğu məqamlarda dindarlığın yönləri və amilləri aşkara çıxır, nümunə qrupun homo- gen olmadığı məqamlarda dindarlıq bir yönlü və bir faktorlu ola- caq. Əlbəttə, o, bu mövzu ilə bağlı qəti açıqlama vermir, hətta di- nin mürəkkəbliyi səbəbilə şərh etmənin demək olar ki, mümkün olmadığını hesab edir: “Heç kəs bu vaxta qədər dinin əsas yönləri- ni aydın şəkildə müəyyənləşdirə bilməmiş və buna əsla nail ol-ma- yacaq da.” (Vulf, 1991, səh.214).
Daha az ümidverici olan başqa bir təsnifat da təqdim etmək olar. Ehtimal ki, dindarlığı şəxsiyyət və ya şəxsiyyət sisteminin bir hissəsi hesab etmək olar (Psixologiyanın baxış, motivasiya, idrak, emosiya və sair kimi müxtəlif strukturları arasında bəlkə də şəx- siyyət nisbətən ümumi və dindarlığa daha yaxındır). Dindarlıq əs- lində, ən dərin səviyyələrdən ən hiss olunan səviyyələrə qədər şəx- siyyəti tamamilə əhatə edir. Bu ehtimalla onun sübutu və izahı üçün müstəqil bir tədqiqata ehtiyac var. Burada bir neçə fakt gös- tərməklə kifayətlənirik. Şəxsiyyət amillərinin silsilələrini, xüsusilə Ayzenk (1960) və Qilfordun (1959) nəzəriyyəsi əsasında şəxsiyyət amilləri arasındakı nizamı ardıcıllığı ixtisaslaşmış reaksiyalardan (cüzi və müəyyən) tutmuş adi reaksiyalara (səthi zolaqlar) qədər ilkin amillərdə (zolaqlar) və ikinci dərəcəli amillərdə (formalar və siniflər) yaradarıqsa (May Li, 1367, səhh.10), dindarlıqda imanın nüvə meyl (üçüncü dərəcənin amili) olduğunu hesab edərik (Azər- baycani, 1375).
Nəticəsi dinin təkyönlü olduğunu göstərən araşdırmalarda məqsəd bəzən “islam” və “təslim” sözləri ilə də ifadə edilən, əsas meyl və ya üçüncü dərəcəli şəxsiyyət amili hesab edilən iman və bir növ dini öhdəlikdir. Amma din və ya dindarlığın çoxyönlü ol- duğunu iddia edən araşdırmalar əslində, formalar (ikinci dərəcənin amili) və ya zolaqlar (birinci dərəcənin amili) üzərində mər-kəz- ləşir. Məsələn, Qlakın təsnifatını qəbul edəriksə (ictimai və digər yönləri də artırmış Ninan Smartın düzəlişi ilə), dindarlıqda tək- yönlülük və çoxyönlülüyün yanaşı gəldiyi təsnifatı təsdiq edə biləcək faktları qeyd edirik:
“Dindarlıq mürəkkəb bir fenomen olsa da, çox əhəmiyyətli olduğu açıq-aşkar olan səhnəarxası dəyişən kəmiyyətlərdən birini tanımağımız lazımdır. Bu dəyişən kəmiyyəti “qabarıqlıq” və ya “fərdin dindarlığa verdiyi əhəmiyyət” adlandırmaq olar. Etiqad və ya dini təcrübə ilə dini və qeyri-dini davranış arasındakı əlaqə müəyyən mənada bu qabarıqlığın səmərəliliyinin nəticəsi ola bilər. Başqa sözlə desək, dindarlıq fərd üçün nə qədər mühüm əhəmiy- yət kəsb edərsə, onun fərdin gündəlik həyatdakı reaksiya forması- na təsiri bir o qədər çox olar.” (Hud və başqaları, 1996, səh.12). Hud əsas amili (tək amil) təqribən dini öhdəliyin ekvivalenti olan “fərdin dindarlığa verdiyi əhəmiyyət” adlandırmışdır. Bu amil imanın təzahür etdiyi digər yönlərə obrazlı şəkildə işarə edir. Struktur problemlərin həlli yolunu təqdim edən Qursaç (1984) dinin həm təkyönlü, həm də çoxyönlü olduğunu bildirir. O, “Qursaç və Mak Farlənd” əsərində (1972) bildirir ki, bizim mədə- niyyətimizdə dindar fərdlər qeyri-dindar fərdlərdən ümumi təkyön vasitəsilə fərqləndirilir. Bu fərqlilik “etiqadi razılaşma, inanclar və baxışlara aid miqyasların çoxunun ağlabatan davamlılığı ilə ölçülə bilər.” Bu miqyaslar dini anlayış və praktiki cəhətdən nəzəriyyə, ortaqlıq, dəyişmə, istiqamətlənmə və ya motivasiya əsasında təsnif edir. Halbuki, gerçək amillər testlər və təhlil metodlarından asılı- dır. Kinq və Hantın (1975) haqqında məlumat verdikləri amillərin yuxarı dərəcəsinin təhlili təşkilati fəaliyyətləri, dini həyat və dini rahatlığa ümid və ümidsizliyi müəyyən edən ikinci dərəcəli amil- ləri yaradır (Braun, 1987, səh.85). Bu yanaşmada həm bir növ di- nə bağlılıq olan biryönümlülüyə, həm də dindarlığın təzahür sə-
viyyələri olan çoxyönümlülüyə işarə edilmişdir. Klation və Qladin (1969) dinin çoxyönlü olmasına tərəddüdlə yanaşaraq beş əsas yö- nü ölçmək üçün miqyaslar yaratmışlar. Onların miqyaslarına ve- rilmiş cavabların faktor analizi dinin təkyönlü olması fikri ilə nəti- cələnmişdir. Halbuki, Qlak və Stark dini etiqadı dinin bir neçə yö- nündən biri kimi qəbul edirlər. Klayton və Qladin inam və etiqadı dinin özü ilə eyniləşdirmişlər. Çünki digər yönlər bu yönə qayıdır (Braun, 1987, səh.75).
Əllamə Təbatəbainin “Allah yanında (haqq olan) din, əlbəttə, İslamdır.”91 məzmunlu Quran ayəsinin izahında “İslam” sözü ilə bağlı verdiyi açıqlama buradakı mövqeyə yaxındır: “Allah yanında din birdir, onda ixtilaf yoxdur. Allah öz bəndələrinə yal- nız bu dinə tabe olmağı əmr etmiş, peyğəmbərlərinə yalnız həmin din haqqında olan kitablar nazil etmiş, bütün əlamət və möcüzələ- rini bu din üçün reallaşdırmışdır. Bu din “İslam”, yəni Haqq qarşı- sında təslim olmaq, haqq etiqadlara inam bəsləmək və haqq işlər görməkdən ibarətdir. Başqa sözlə desək, vahid din Allahın inanc- lar, davranışlar və ya bilgilər və hökmlər haqqında verdiyi açıqla- ma qarşısında təslim olmaqdan ibarətdir. Bu açıqlama Quranda qeyd edildiyi kimi, peyğəmbər və elçilərin şəriətlərində miqyas və keyfiyyət baxımından fərqli olsa da, mahiyyət etibarı ilə yalnız bir mənanı ehtiva edir. Şəriətlər arasında olan fərqliliklər substansiya ixtilafı və mahiyyət təzadı deyil, tamlıq və natamamlıq baxı-mın- dandır. Onların hamısının malik olduğu hərtərəfli məzmun Allahın şəriətlərinə (qanunlarına) təslim olmaq, hər bir əsrdə peyğəmbər- lərinin dili ilə bəndələrindən istədiyinə itaət göstərməkdir.” (Təbatəbai, əl-Mizan, III cild, səh.120).
Sonuncu cümlədə dinin hərtəfəli məzmununun Allah qarşı- sında təslim olmaq və Onun əmrinə itaət göstərməkdən ibarət ol- duğu vurğulanmışdır. Əslində, bu yanaşma dindarlığın iman və di- ni iltizam adlandırdığımız əsas yönünü izah və təkfaktorlu olduğu- nu ifadə edir. Əlbəttə, iman məsələsində qeyd olunan əmr qarşı- sında təslim və iltizamla yanaşı qəlb etirafı və təsdiqi də lazımdır: “İman nəyinsə şərtlərinə qarşı iltizamla yanaşı qəlb etirafı və təs-
91 Ali-İmran surəsi/19
diqidir. Buna görə də Quran kontekstində iman etiraflı ta-be-çilik- dir.” (Təbatəbai, əl-Mizan, XV cild, səh.6).
Əllamə başqa bir yerdə imanla İslamın əlaqəsini belə izah edir: “İslam, təslim və boyun əymə (istislam) sözləri vahid mənanı ifadə edir. Hər üç sözün kökü “silm”dir. Bir nəfər başqasına qarşı çıxmayıb, onu özündən kənar salmadıqda “bu, ona qarşı islam, təslim və ya istislam vəziyyətindədir” deyərlər.”92 İnsanın Allah qarşısında islamı deyilərkən konkret (qəza və qədər) və əməli hökmlər olmasından asılı olmayaraq, Allah tərəfindən verilmiş əmrlərin qəbulu və onlara tabeçilik xüsusiyyəti başa düşülür. Bu xüsusiyyət bir neçə mərhələdən ibarətdir: 1. Qəlbən qəbul edilib- edilməməsindən asılı olmayaraq, dildə şəhadət gətirməklə ilahi əmr və qadağaların qəbulu. Quranda deyilir: “Bədəvi ərəblər: “Biz iman gətirdik!” – dedilər. (Ya Peyğəmbər! Onlara) de: “Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: “Biz islamı qəbul etdik!” – deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır (çünki iman əməllə etiqadın vəhdəti, islamı qəbul etmək isə yalnız zahiri əməl deməkdir). Əgər Allaha və Peyğəmbərinə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz (mükafatınızı layiqincə ver- ər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!”93 İslamın qeyd olunan məna mərhələsindən sonra imanın ilk mərhələsi gəlir. Bu iman mərhələsi dinin əməli hökmlərinin icrası ilə şərtlənən şa- hidlik94 məzmununun qəlbən ümumi etirafına əsaslanır; 2. İnanc- ları daha da gücləndirmək üçün qəlbən bütün xırdalıqlar qarşısın- da təslim və tabeçilik, saleh əməllər yerinə yetirmək: “Ayələrimi- zə iman gətirib, təslim olmuş bəndələr”95. İmandan sonra gələn bu islam İslamın birinci mərhələsindən çox yüksəkdə dayanır. İs- lamın bu mərhələsindən sonra imanın dini həqiqətlərə daha əhatəli inam tələb edən ikinci mərhələsi gəlir: “Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vu-
92 Bəqərə surəsi/112, Ənam surəsi/79.
93 Hucurat sirəsi/14.
94 Kəlmeyi-şəhadəteyni demək.
95 Zuxruf surəsi/69.
ruşanlardır! Məhz belələri (imanlarında) sadiq olanlardır!”96 (Tə- batəbai, əl-Mizan, I cild, səh.301-303). Bu şəkildə islam üçün də dörd, iman üçün də dörd mərhələ qeyd edilir. Əlbəttə, bu möv- zunun daha əhatəli şəkildə izahı bu kitabın imkanları xaricindədir (Bax: Azərbaycani, 1379).
Burada tələb olunan çərçivədə deyə bilərik ki, imanın birin- ci, islamın isə ikinci mərhələsi bizim bu fəsildə nəzərdə tutduğu- muz məzmunu ifadə edir. Dindarlığın qeyd olunan səciyyəsi inanclar, ayinlər, dini praktika, ictimai yönlər və sair çəçivədə tə- zahür edir. Bu məna çaları dinin minimallaşdırılmasına və məh- dudlaşdırılmasına səbəb olmur. Qeyd olunan məzmun dinin etika və dini təcrübə ilə məhdudlaşdırılması mövzularından fərqlənir.
Dinin yönləri ilə bağlı son yekunlaşdırmanı təsdiq edən di- gər fakt və araşdırmalar dinlə şəxsiyyətin əlaqəsinə əsaslanır.
“Hər bir dini amilin universallığını və harmoniyasını, üstün- lük dərəcəsini və təməl prinsiplərini şəxsiyyət qiymətləndirmələri çərçivəsində aydın şəkildə müşahidə etmək olar. Məsələn, MMPI şəxsiyyət testi ayrıca bir amili formalaşdıran on bir xüsusi suala və cümləyə şamildir (Conson və həmkarları, 1984)”. Dini miqyasdan fərqli olaraq şəxsiyyətin inventarlar kompleksi ayrı şəkildə qiy- mətləndirilmir. Məlum olmuşdur ki, dini məsələlər inadkar şəxsiy- yətdə (Adorno və həmkarları, 1950), “Açıq və qapalı şüur”da (Ro- kiç, 1960) mühüm əhəmiyyət daşıyır. Bu tədqiqatların hər ikisi siyasi və şəxsiyyət sahələrinin qiymətləndirilməsini göstərir. Di- gər araşdırmada məlum olmuşdur ki, təslim və asılılıq kimi mənfi qiymətləndirmə xüsusiyyəti ilə dindarlıq (Derger, 1952), aşağı dərəcəli özünə hörmət (Stark, 1963), özünə güvən (Protro və Cen- son, 1950) və ictimai uyğunluq (Qoldsen və həmkarları, 1960) vəhdət halındadır (Braun, 1987, səh.86). Burada dindarlıq və şəx- siyyət xüsusiyyətlərinin yalnız əlaqəsi diqqət mərkəzindədir. Bu əlaqənin müsbət və ya mənfi səciyyələrinin formasını beşinci fə- sildə dindarlığın nəticələri bölməsində araşdıracağıq. Əlbəttə, həm psixologiya, həm də dindarlıq insanın yetərsizlik, acizlik və zəifli- yi üzərində təmərküzləşir. İstifadə edildikdə müxtəlif üsullarla bu
96 Hucurat surəsi/15.
acizliyə və bacarıqsızlığa üstün gəlməyə çalışırlar. Proses bir tə- rəfdən iman və xilas (Sarason, 1981), digər tərəfdən isə müalicə vasitəsilə həyata keçirilir (Riçardson və Kilborn, 1984). Üilyam Ceyms (1902) müqəddəslik və paklğın əməli nəticələrini ideal qa- dın xüsusiyyətləri ilə eyni sırada qərarlaşan ağır zəhmət, ruhun gücləndirilməsi, təmizlənmə və xeyriyyəçiliklə bir götürmüşdür. Alport (1960) təcrübəli şəxsiyyətin öhdəlik, şəfqət, emosional təh- lükəsizlik, praktiki idrak, özünü tanıma xüsusiyyətlərinin dini is- tiqamətdə daxilə meylli olduğu qənaətinə gəlmişdir. Alportun müəyyən etdiyi daxilə meyllilik və xaricə meyllilik mövqeləri di- nin digər struktur səviyyəsinə əsaslanır. Bu mövqelər Do-nahonun (1985) meta-analizi kimi hər bir etiqad sisteminin doqmatizm və təəssübkeşlik sahəsindəki iş metodunu müəyyən edə bilər. Daxilə meylli din mənsubları məsuliyyətlidirlər və doqmatizmdə aşa-ğı qiymətlərə malikdirlər. Halbuki, xaricə meylli dindarlıq dinin bəd- namlığına səbəb olmuşdur. Çünki bu xüsusiyyət qərəz, doq-ma- tizm, şəxsiyyətin iztirabı, həmçinin ölüm qorxusu ilə müsbət, alt- ruizmlə97 mənfi korrelyasiyaya malikdir. Din və şəxsiyyət ara-sın- dakı bu korrelyasiyalar əsasən, xətti deyil.
... Əql və şəxsiyyət dəyişmələrini araşdıran psixoloqlar tə- fəkkür, inanc və bağlılığın naşı formalarını onların yetkin formala- rından fərqləndirmişlər (Qodin, 1971). Amma dinin bu qəbul və tətbiq formaları dini mətnlərin tövsiyyə etdiklərindən ayrı bir şey deyil. Eyni zamanda ənənələr və din mənsublarının qəbul etməyə qadir olduqları inancları müəyyən etmək üçün məhdud və ya geniş şəkildə seçə bildiklərindən də ayrı bir şey deyil (Qodin, 1971, səh.87).
Daxili araşdırmçılar da şəxsiyyət amilləri ilə dindarlıq ara- sında əlaqələr olduğunu ümumilikdə qəbul edirlər. Onlardan bir neçəsinə işarə edirik: Xodapənahi və Xaninzadə Yəzdi (1379) di- nə sədaqət amili mövzusunda apardıqları araşdırmalar zamanı müəyyən etmişlər ki, dini mərasimlərdə iştirak etməyən və ya az iştirak edən tələbələr emosional qeyri-sabit ekssentrik şəxsiyyət
97 Altruizm (lat.alter-başqa) - başqa adamlara təmənnasız xidmət göstərilməsindən, onların xoşbəxtliyi naminə öz şəxsi mənafeyini qurban verməkdən ibarət əxlaqi prin- sip; eqoizmin əksidir. Altruizm terminini fəlsəfəyə Oqüst Kont gətirmişdir.
formasına malikdirlər. Delxəmuş və Əhmədi (1380) müəyyən et- mişlər ki, dindarlar ciddi, qəmgin, ehtiyatlı, azdanışan, hör-mətli- liklə seçilir, təhlükələrdən, rəqabətdən, yeni təcrübələrdən qorun- maqla gərginliyi ən aşağı həddə salırlar. Amma eyni zamanda əy- ləncədən uzaq durur, ləzzətverici və əyləncəli işləri özlərindən uzaqlaşdırırlar. Delxəmuş və Əhmədinin (1381) İranın yeniyetmə- ləri arasında dəyərlərin məzmun və strukturunun öyrənilməsi mövzusunda apardıqları başqa bir araşdırma zamanı belə məlum olmuşdur ki, dindarlar digərləri ilə müqayisədə etimadlı və dö- zümlü mövqeyə malikdirlər, ictimai şöhrətbazlığın şərtlərindən olan uğursuzluqlardan azaddırlar. Kompleksin ikinci mərhələ ami- li müsbət qütbə meylliliyi, dindarların qaydaları öyrənməyə və ka- millik axtarışına meylliyini təsdiq edir. Mütəhhəripur (1382) bildi- rir ki, daha dindar fərdlər öz oxşaq qrupları ilə müqayisədə daha itaətkar, daha mehriban olur, başqalarının rəylərini nəzərə alır, ey- ni zamanda güclü supereqoya malik olur, etik normalar çərçivəsin- də davranır, təhlükəli mövqelərdən, rəqabətlərdən, yeni təcrübə- lərdən, ləzzət və əyləncədən uzaq durur, eyni zamanda qruplaşma- ya meyl göstərir, cəmiyyətdən ayrı düşməməyə səy göstərirlər. Şücai (1383) Allaha təvəkkül etməklə özünə hörmət arasında bir- başa əlaqə var. Yəni həyatlarında Allaha təvəkkül edənlər özləri ilə bağlı yüksək təsəvvürə malikdirlər, özlərinə çox hörmət qoyur- lar. Kəyyumərsi (1382) tədqiqatları zamanı belə bir nəticəyə gəl- mişdir ki, İslam dinində kişi və qadın qruplarında dini orientasi- ya98 bir tərəfdən güclü supereqonun natural xüsusiyyəti və özünü kompleks ilə, digər tərəfdən isə qruplaşma və tənhalıqdan qaçma ilə əlaqəlidir. Kişilər qrupunda qeyd olunan amillərlə yanaşı dini orientasiyanın qabarıqlıq, dözümlülük, aşağı dərəcəli gərginlik, ənənəvi meyllər, indiki və keçmiş inanclara sədaqətlə də əlaqəsi var. Amma qadınlar qrupunda dini orientasiyanın ictimai cəsarət, emosionallıq, uyğunlaşma, mülahizə və elastikliklə əlaqəsi var.
98 Orientasiya - istiqamət, meyl, səmtləşmə, səmtləşdirmə, durduğu yerin cəhətini müəyyən etmə, istiqamətləndirmə, istiqamətləndirilmə, istiqamət götürmə (fəaliyyə- tini müəyyən istiqamətə yönəltmə).
Dostları ilə paylaş: |