Din-psixologiyasina-giris-son pdf



Yüklə 353,99 Kb.
səhifə40/68
tarix01.10.2023
ölçüsü353,99 Kb.
#151376
1   ...   36   37   38   39   40   41   42   43   ...   68
Din-psixologiyasına-giriş

Dini ənənələr və qruplar


Hər bir firqə mümkün inanclar toplusundan və bağlılıq for- malarından ibarət tarixi ənənələrə malikdir. Onların əsasında bi- dətçi (yenilikçi), dönük, əhdinə sadiq qalanlar və sairə müəyyən edilir. Bu, onlara qədər gəlib çatmış formanın qəbuluna və ya rəd- dinə əsaslanır. Dini qruplar sədaqətli şəkildə bu ənənələrin daşıyı- cılarıdırlar. Ümumiyyətlə, ənənələr və dini qruplar olmadan din- darlığı dərk etmək mümkünsüz bir işdir (Braun, 1987, səh.46).
Dini ənənələr dəyərləri təsbit edib qoruyur. Belə ki, xristi- anlıqda hətta böyük kilsə rəhbərləri də kilsəyə tabedirlər. Çünki onların inacına görə, kilsə İsa Məsihin cismidir. Oxşar ifadə ilə desək, İslamın da böyük din rəhbərlərinin məscid və dini məkan- lara ehtiyacı var. Çünki bunlar dini dəyərlərin və inancların qoru- yucularıdır. Dini qruplarla bağlı bir cəhətə xüsusilə diqqət yetir- məliyik ki, xristianlıqda kavkerlərlə79 katoliklər80, İslamda isə


79 Kvakerlər - İngiltərədə və ABŞ-da kilsə mərasimlərini inkar edən xristian dini tə- riqətinin üzvləri
80 Roma papası ilə Konstantinopol kilsəsinin patriarxının arasındakı ziddiyyətlər XI əsrdən çox-çox əvvəl meydana gəlmişdi. Ümumiyyətlə, Qərb və Şərq Kilsələri bir-bi- rindən fərqli olaraq inkişaf edirdi. Şərqdə və Qərbdə Kilsə ənənələri, bəzi ayinlər, bir- birindən fərqlənirdi. Bu amil də Kilsənin parçalanmasında müəyyən rol oynamışdı. Bundan əlavə, Roma ilə Bizans arasında siyasi münasibətlər də kilsələrə təsir göstərirdi. Roma papazları, həm də Konstantinopol patriarxları bütün xristian dünyası üzərində başçılıq etmək istəyirdilər və onların arasındakı rəqabət getdikcə dərinləşirdi. Lakin Kilsənin parçalanmasına gətirən əsas rəsmi səbəb əqidə üstündə ixtilaf sayıl- maqdadır. Məlum olduğu kimi, xristianlar bir Allahın üç Sifətdən ibarət olduğuna etiqad edirlər. Bu Sifətlərin üçüncüsü olan Müqəddəs Ruh, həyatverici keyfiyyətləri- nə malik olan Sifətdir. Onun Atadan, yoxsa Atadan və Oğuldan çıxması haqqında
sünni və şiələr kimi dini qruplar arasında müəyyən edilmiş fərqlər psixoloji tipologiyaları şəxsiyyət əsasında müdafiə edə bilməzlər. Bu səciyyə siyasi partiyaların şxsiyyət fərqləri ilə bağlı göstərdi- yindən artıq ola bilməz. Sözügedən fərqlər icazə verilmiş ideologi- yalardan və onların ictimai mövzular üçün nəzərdə tutduqları həll yollarından müstəqildir. Müdafiə, narahatlıq, rahatlıq və ya öhdə- lik kimi proseslər inanclıların malik olduqları ideoloji məzmunu sadə psixoloji izahını təmin edir. Amma bu proseslərin psi-xo-lo- giyanın əsasını təşkil etdiyini qəbul etmək olmaz. Çünki dini və siyasi fərqləri şəxsiyyət tipləri kimi qələmə vermək bizim ös istək- lərimizdən irəli gəlir (Braun, 1987, səh.106).
Dini qruplar, hətta ruhani və elita dini və qeyri-dini mövzu- larda spesifik strukturlara və ictimai qayda-qanunlara malikdirlər. Şəraitin növü dini bağlılığın müxtəlif ehtimallarını məhdudlaşdırır (Qoldin, 1964, Brauna istinadən), kollektiv və qrup mahiyyətini inancların seçilməsi və aşkar edilməsinə etimad əmsalını obrazlı şəkildə nəzarətdə saxlayacaq şəkildə formalaşdırır (Dekonsi, 1982, Brauna istinadən). Fərdin bir dini qrup və ya millətə uyğun- laşması və ona bağlılığı fərdi digər qrupların üzvlərindən fərqlən- dirir (Turner və Giles, 1981, Brauna istinadən). Qorsaç (1984) he- sab edir ki, mədəniyyətimizdə dindarlıq dinsizlikdən fərqlənsə də, dinin özü monoteizmə, mərasim keçirilməsi və bu kimi cəhətlərə görə də təsnif edilir. Fişter (1954) müəyyən etmişdir ki, dini firqə- lərin strukturu bir periferik-mərkəzi formanın kənarında qərarlaşa

gərgin mübahisələr Kilsənin katolik və pravoslav olmaq üzrə ikiyə bölünməsinə sə- bəb olmuşdur. Qərbdə Ambrosiy, İyeronim, Avqustin kimi kilsə ataları Müqəddəs Ruhun təkcə Atadan deyil, həm də Oğuldan çıxmasını (latınca filioque) iddia edirdi- lər. VII əsrdə İspaniyanın Toledo şəhərində keçirilən Kilsə Məclisində filioque xris- tian əqidəsinin əsaslarına (simvoluna) daxil edilmişdir. Lakin şərq Kilsəsi filioqueni qəbul etməmişdi. Onların fikrincə, Müqəddəs Ruh yalnız Atadan çıxır, Oğuldan çıx- maz. Qərb atalarının filioque haqqında dediklərini isə, Kilsənin deyil, onların şəxsi fikirləri olduğunu deyirdilər. X əsrdə də Qərb və Şərq Kilsələri arasında sülh əldə edilməmişdi. Konstantinopol keşişləri Roma papazına yalnız müstəsna hallarda mü- raciətlər edirdilər. Bu amil isə Kilsələri bir-birindən daha da uzaqlaşdırırdı.


XI əsrdə Qərb və Şərq Kilsələri arasında çox ciddi ixtilaf baş vermişdir. Axırda patri- arx Mixael Kelluarios 1054-cü ildə Kilsə Məclisi yığaraq, Roma papazının nüma- yəndələrini lənətləmiş, Roma Kilsəsi ilə bütün əlaqələrin kəsilməsi haqqında sərən- cam vermişdir. O zaman Xristian Kilsəsi parçalanmışdır. Şərq (yunan) Kilsəsi orto- doks (pravoslav), Qərb (latın) Kilsəsi isə katolik adlandırılmışdır.
bilər81 (Braun, səh.106).
Buna görə də dindarlığın dərk edilməsində dini ənənələrə və dini qruplara diqqət yetirilməsi mühüm əhəmiyyət daşıyır. Digər tərəfdən, bəzən din və dindarlıq ona aid olan mədəni ənənələrdən fərqləndirilə bilmir. Belə ki, fərdin aid olduğu ənənələrdən fərq- ləndirilə bilməyən individual din daha klassik psixologiyanın hiss- lər, instinkt, təlqin və şüursuzluq əsasında dinə verdiyi izahlara əsaslanan islah edilə bilməyən individual və subyektiv amilləri sıradan çıxarır (Braun, səh.106). Yəni dinin bəzən ənənələrdən fərqləndirilə bilmədiyini nəzərə alaraq onu asanlıqla hisslər, ins- tinkt, təlqin və şüursuzluqla məhdudlaşdıra bilmərik.



  1. Yüklə 353,99 Kb.

    Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin