Dindarlığı necə və hansı üsulla dərk etmək olar? Qeyd et- mək lazımdır ki, dinin problemlərini təcrübə, müşahidə, mübahisə, pozitivizm70 və dəyərdən kənar vasitələrlə həll etmək olmaz. Qey- ri-elastik mexanizm tərəfdarları psixoloqların istifadə etməli ol-
70 Pozitivizm XIX əsrdə meydana çıxan fəlsəfi cərəyanlardan biri, banisi fran- sız filosofu və sosioloqu Ogüst Kont hesab olunur. Pozitivizm konkret (empirik) elmləri həqiqi, gerçək biliyin yeganə mənbəyi sayır və fəlsəfi tədqiqatın idraki əhə- miyyətini inkar edir, nəzəri spekulyativliyi, biliklər əldə etməyin vasitəsi kimi abst- raktlaşdırmanı qəbul etmirdi. Mahiyyətinə görə pozitivizm müəyyən münasibətlərdə ifrat məntiqi nəticələrə gətirib çıxarmış empirisizmdir. Bu cərəyanın ideyalarına əsa- sən, cəmiyyətdə baş verən hər hansı bir hadisəni və hər hansı bir insanın hərəkətini onun yaşadığı mühitə baxaraq başa düşmək olar. Məsəl üçün, pozitivizm cərəyanının ən görkəmli nümayəndələrindən biri olan Emile Durkheim (fransız) hər kəsə bir in- dividual hərəkət kimi görsənən intihar hadisəsini cəmiyyət tərəfindən təsirləndiyini və ortaya çıxdığını apardığı empirik araşdırmalarla sübut etmişdir, amma təbii ki bü- tün intihar hadisələri cəmiyyətin təsirindən baş vermir. Durkheim araşdırmalarının nəticəsində müəyyən etmişdir ki sosial-iqtisadi və yaxud siyasi böhran keçirən, sosi- al və ya dini dəyərlərin insanların həyatına ifrat dərəcədə təsir etdiyi, insanın azadlı- ğının nəzərə çarpacaq dərəcədə məhdud olduğu cəmiyyətlərdə intihar hadisələrinin sayı adətən yüksək olur. Durkheimin bu möhtəşəm və müasir dünyamızda da eks- pertlər tərəfindən istinad edilən araşdırması sosiologiya elminin problemləri dərk et- mək cəhətdən nə dərəcədə dəyərli elm olduğunu sübut edir. İstifadə olunan metodlar statistik məlimatları tədqiqat, müsahibə və uzun müddətli zamanda bir qrupun tədqi- qat metodlarıdır.
duqları metodlar kontekstində təlimatlara inandıqları halda, başqa- ları individual yanaşmanı müdafiə edirlər (Çapmən və Coes, 1980). Müasir dövrün koqnitiv elmlərinin inkişaf etmiş meyarları körpü ataraq bu düşərgələrə yol tapmışlar71. Buna görə də fəlsəfi məsələləri bir kənara qoymaq olmaz. Çünki bu məsələlər elmdən yüksəkdə dayanmır (Braun, 1987, 96). Dinin mürəkkəbliyini və sirliliyini nəzərə alsaq, deməliyik ki, dinə empatiyaları72 olmadığı üçün pozitivist yanaşmaların heç biri ilə dindarlığın dərkinə nail olmaq olmaz: “Baxış bucaqlarının birində din müəyyən bir məna- nı ifadə edən, məqsəd və niyyətləri istiqamətləndirən vəzifələrə, başa düşülməsi birbaşa mümkün olmayan məzmunlar ifadə edən istiarələrə malik bir rəmz hesab edilir (Fray, 1982). Dinin bir illü- ziya və ya obyektiv və hiss edilən bir fenomen olduğu fərz edildiyi zaman metaforadan bu şəkildə istifadə dinlə elm arasındakı qarşı- durmaya son qoya bilər. Bu cür metaforik73 yanaşmada müqəddəs
71 Koqnitivlik (lat. cognitio, "başa düşmək, dərk etmək, öyrənmək") dərketmə və xa- rici informasiyaları məniməsmək qabiliyyətni təsvir edir. Bir-birindən fərqlənən müxtəlif kontekstlərdə işlənir. Psixologiyada bu anlayış şəxsdə baş verən psixoloji prosesləri və əsasən, informasiya emalında psixoloji vəziyyəti araşdırmaq üçün tət- biq edilir. Bu anlayış həm də tez-tez "kontekst bilikləri"n (abstraksiyalaşdırma, kon- kretləşdimə), bilik, bacarıq, qavrama kimi keyfiyyətlərin araşdırlmasında istifadə edilir.
Çox vaxt koqnitivlik şüur eyni götürlür. İnsanda bir çox proseslər şüurlı baş versə də, koqnitivlik və şüur eyni deyildir. İnsanda proses koqnitiv ola bilər, ancaq şüursuz baş verə bilər, məsələn, şüursuz şəkildə nəyisə öyrənmək.
İnsanın koqnitiv xassələrinə diqqətlilik, yadınasalma, öyrənmə, yaradıcılıq, təşkilet- mə, orientasiya. əsaslandırma, iradə, inam və s. kimi keyfiyyətlər aid edilir. Koqnitiv xassələr psixiatriya, psixologiya, fəlsəfə, neyrologiya və süni intellekt kimi müxtəlif elm sahələrində tədqiq edilir. Koqnitivliyin elmi araşdırılması "Koqnitivlik elmi" adı altında aparılır.
72 Empátiya - özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, başqa- sının dərdinə şərik olma hissi. Empatiya, eyni zamanda başqa insanın emosional ha- lını onun mimikasından və hərəkətlərindən duyma qabiliyyətini ehtiva edir. Həmçi- nin, insanı görmədən onun emosional halını tam dəqiq hiss etmək qabiliyyətini nə- zərdə tutur. Empatiyanın əksi aleksitimiyadır.
73 Metafora (qəd. yun. «köçürmə») - Metafora bir əşya, varlıq və hadisəyə məxsus əlamətin başqa bir əşya, varlıq və ya hadisə üzərinə köçürülməsi yolu ilə yaranır. Metaforanı təşbehlə (bənzətmə ilə) qarışdırmaq olmaz. Hər ikisi müqayisə, bənzətmə əsasında yarandığı üçün bəzən onları fərqləndirmək çətin olur. Yadda saxlamaq la- zımdır ki, təşbehdən fərqli olaraq, metaforada qarışdırılan tərəflərdən biri iştirak et- mir. Məsələn, "Üzü Günəş kimi işıq saçan qızım susmasın" cümləsində üzün Günəşə
kitabın təlimləri mədəni və tarixi proseslər vasitəsilə ekzistensial formada izah edir. Əgər psixoloq subyektiv mənalara aydınlıq gə- tirəcəyinə ümid bəsləyirsə, baxışla davranış arasında olduğu kimi, metafora ilə məna arasında təxmin edilə bilməyən bir yanlışın ola biləcəyini nəzərə almalıdır.” (Braun, 1987, səh.113). Mirça Elia- denin din dilinin rəmzi olması ilə bağlı fikri kimi bu baxış bucağı da dini və onun bütün formalarını əks etdirməsə də, simvolik və sirli yönlərin olması danılmazdır74.
Dinə pozitivist yanaşmanı inkar etdikdən sonra dindarlığın dərk edilməsində hansı qanun və qaydalardan istifadə etmək lazım- dır?
Dostları ilə paylaş: |