Yunqun psixologiya, kimya və din haqqında yazdığı əsər və məqalələrin sayı çoxdur. Onun ingilis dilində olan əsərləri iyirmi cilddə toplanmışdır (Homans, 1995, c. 8, səh.218). Yazılarının çoxu dini mövzuları əhatə edir. Bu mövzuda yazdığı ən məşhur əsərləri bunlardır: “Psixologiya və din” (1938, tərcüməçi: Fuad Ruhani, 1370), “Paraselsika” (1942) Əsərdə dinlə psixologiya arasındakı əlaqələr tədqiq edilmişdir. “Psixologiya və kimyagərlik” (1944, tər- cüməçi: Pərvin Fəramərzi, 1373), “Əyyuba cavab” (1952, tərcü- məçi: Fuad Ruhani, 1377), “Dörd arxetip, ana, təkrar doğum, ruh və hiyləgər” (1972, tərcüməçi: Pərvin Fəramərzi, 1368), “Aion” (1951) Əsərdə Məsihin şəxsiyyətinin psixoloji cəhətləri araşdırlmış- dır. Yunqun “Təhtəşşüur psixologiyası” (1957, tərcüməçi: Məhəm- mədəli Əmir, 1372) kimi başqa əsərlərində də din və onun insan psixologiyasındakı rolu mövzularına işarələr edilmişdir.
2. Yunqun baxış bucağında din psixologiyası
Yunqun baxışları Freydin dinşünaslıq, psixoanaliz və təh- təlşşüründan təsirlənsə də, təkcə psixoloji meditasiyalarla56 məh- dudlaşmır, epistemologiya57 və metodologiyanı58 da buraya əlavə edir. Kollektiv şüursuzluq nəzəriyyəsini qəbul etdiyi üçün dini təcrübəni qeyd-şərsiz ağıl və ya praktiki elmlərin heç birinə aid etmir. Yunqun dinlə bağlı görüşləri təqribən plüralist, mifik- simvolik və essensialdır.
Yunq Freyddən uzaqlaşmış, hətta psixonaliz termininin əvə-
56 Meditasiya latınca "meditatio" sözündən götürülmüş, Avropa dillərində "dərin dü- şünmə" mənasına gələn bir termin olub, insanın daxili rahatlığı, sükunət, fərqli şüur halları əldə etməsinə və öz varlığına çatmasına kömək edən zehni idarəetmə texnika- larına verilən ad olaraq bilinir
57 Epistemologiya - fəlsəfənin məlumatın təbiəti, əhatəsi və qaynağı ilə maraqlanan bölməsidir. Məlumat fəlsəfəsi olaraq da adlandırılmaqdadır.
58Metodologiya (metod va logiya sözlərindən) — tədqiqatçının nəzəri və praktiki fəaliyyətini təşkil edən təlimat.
zində sonradan Zürix psixologiyası adı ilə şöhrət tapmış analitik psixologiya termininin işlədilməsinə üstünlük vermişdir. Freydlə Yunq arasındakı fikir ayrılıqları digər mövzularla müqayisədə din kontekstində daha aşkardır.
Yunq Freydin determinist ateizmini qəbul etmir, bütün din- lərə hörmətlə yanaşır. Freydə görə, din travmatik fenomendir, am- ma Yunq dinin şəfaverici bir fenomen olduğunu hesab edir. İlk başlanğıcda Yunqun təsəvvürləri ilə Freydin inancları arasında oxşarlıq olmuşdur. O, dni inancları valideynlərin təsəvvürlərinin proeksiyası59 hesab edirdi. Amma kollektiv şüursuzluğu kəşf et- dikdən sonra bütün bu təsəvvürlər əvəz oldu. O, bildirirdi ki, din xəstəlik deyil, əksinə, şəxsiyyətin inkişafında və təkamülündə ona ehtiyac var. Yunqa görə, din cinsi məsələlərə əsaslanmır. Çünki li- bido bunlardan daha genişdir. İnsanların Allah haqqında olan tə- səvvürləri onların ataları ilə münasibətlərdən deyil, atanın arxeti- pinə əsaslanır.
Freyddən fərqli olaraq, Yunq dini müdafiə edir, dini təcrü- bələrin real və dinin cəmiyyət üçün zəruri olduğunu düşünür. Yunqun əsas kəşfi ondan ibarət idi ki, xüsusi ortaq mövzuları xəs- tələrin yuxularında, bəzi dinlərdə, dünya mifologiyasında və kim- ya elmində müşahidə etmək olar. Yunqa görə, yuxular adətən fərddə müqəddəslik hissi yaradan səmavi anlara malikdir. Bu yuxu anları şüursuzluq üçün bir yoldur. Yunqun qənaətinə əsasən, bəzi xəstələr adi praktikalarından qaynaqlanmayan ideya və yuxulara malikdirlər. Onun metodu xəstələrin yuxularını, tarixi mənbələrdə məlumat verilmiş yuxuları və mifik dinləri araşdırmaqdan ibarət idi (Arqayl, 2000, səh.104).
“Fərdi huşsuzluq arxeikləşmiş xatirələrə malikdir. Bu xati- rələrin bəzisi inanc forması alır, bəzisi isə şəxsiyyətdən ayrı düşür və müstəqilləşir. Freyd onları xəstəliyin mənşəyi hesab etdiyi halda, Yunq onları yeni inkişaf mənbələri hesab edir, Allah sözləri arasında paralellik aparmaqla (1918) onları qiymətləndirir. Yunq iddia edir ki, fərdi şüursuzluğun altında kollektiv şüursuzluq qə-
59Proyeksiya (lat.projectio-irəli tullanma) - riyaz. cismin bütün nöqtələrindən per- pendikulyarlar endirməklə səth üzərində alınan həndəsi şəkil; 2. xüs. ekrana şəkillər salma.
rarlaşır. Kollektiv şüursuz məlumatlar daha şüurlu, müqəddəs güc və nüfuz daşıyıcısı, kənarda əldə edilən və emosional gücə malik ola bilərlər. Kollektiv şüursuzluq təxminən instinktlər kimi, insan tarixindən əvvəl əldə edilmiş ilkin və əzəli təsvirlərə şamildir. Ar- xetiplər bunlardır: əcdadların etdiyi kimi, xarici aləmi təcrübədən keçirməyə və ona qarşı reaksiya göstərməyə meyl və hazırlıq. Bun- lar Platonun kölgələrinə və ya Kantın ilkin kateqoriyalarına bən- zəyir. Onları birbaşa deyil, şəxsi təcrübə və mədəniyyətdən götürül- müş rəmzlər vasitəsilə müəyyən etmək olar. Onlar bizi bəzi ideya- lar, yuxular, illüziyalar, dini, mifik, cahanşümul inanclardan fayda- lanmağa hazır edən abstrakt formalardır. Bu fərdi və mədəni effekt- lərin onları formalaşdırdığı vaxt baş verir. Ata bir fərd yox, bir sim- voldur, müxtəlif formalarda təzahür edən, sehrli bir gücün mənbəyi olan çox ümumi reallığın simvoludur.” (Arqayl, 2000, səh.105).
Yunqa görə, müasir insan üçün spesifik metod dini şüursuz vasitələrlə tanımaqdır: “Dini məsələləri dərk etmək üçün bu gün bizim bəlkə də yeganə yolumuz psixologiyadır. Çünki mən tarixdə möhkəmlənmiş fikirləri toplayır, yenidən əritməyə və birbaşa təc- rübə qəliblərinə tökməyə çalışıram. Əlbəttə, dini etiqadlarla psixo- loji arxetiplərin birbaşa təcrübəsi arasında əlaqə və bağlantı tap- mağa çalışmaq çox çətin bir işdir. Lakin biz huşsüz təbii simvol- ları araşdırmaqla bu fəaliyyətin ilkin vasitələrini əldə edə bilərik... Yuxularda rəmzlər formasında təzahür edən arxetiplərin psixoloji həyatı, zamanın əsiri olmuş fərdi həyatdan fərqli olaraq, zamandan asılı deyil.” (Yunq, 1370, səh.182-183).
Arxetiplər emosiyalar kimi təsvirlər miqyasında təcrübə olu- nurlar və onların xüsusilə mühüm mövqelərə, doğum, ölüm, təbii maneələr üzərində qələbə, həyatın köçürülən dövrü, nəhayət, təh- lükələr və ya boğucu təcrübələr kimi parametrlərə təsiri böyükdür. Bu hadisələrdə Evrin mağaralarında təsvir edilən bir arxetip ən müasir insanın yuxularında təzahür edə bilər (Fordham, 1374, səh.22). İbtidai insanlar özləri ilə ətraf mühit arasında fərq qoy- murdular. Onlar Lu Brolun mistik ortaqlıq adlandırdığı bir tərzdə həyat sürürdülər. Yəni daxildə nə baş verirdisə, zahirdə də baş verirdi. Buna görə də mif baş verməkdə olanın ifadəsidir. Günəş çıxıb bütün səmanı gəzdiyi halda, gecə düşdükdən sonra şöləsini
itirdiyi kimi, hadisələrin də əks olması və təsviri batinidir... İnsan mif yaratmaq istedadını itirdikdən sonra varlığının yaradıcı qüv- vələri ilə olan əlaqəsi kəsilir. Din, poeziya, ata-baba ənənələri və pəri əfsanələri də həmin istedaddan asılıdır. Bütün dünlərin mər- kəzi çərçivəsi kölgə şəxsiyyətə malikdir, amma miflər kimi, məz- munların şüurlu şəkildə formalaşmasında pay sahibidir. Bu pay daha ali və mütərəqqi dinlərlə müqayisdə ibtidai dini ayinlərdə azdır. Belə ki, onların kölgə təbiəti daha parlaq görünür (Fordham, 1374, səh.22).
Yunq bəzi tənqidçilərin (Con Makquari, 1378, səh.168) tə- səvvürlərinin əksinə olaraq, kollektiv şüursuzluğun irsi olmadığını bildirir: “Hesab edirəm ki, mənim pasientlərimin şüursuz eqosu keçən iki min il ərzində dəfələrlə təzahür etmiş fikir formaları ilə eynidir. Belə bir silsilə yalnız şüursuzluq vəziyyətinin irsi amil və təhrikedici formada olduğu fərz edildiyi zaman ola bilər. Əlbəttə, bu ehtimala əsasən, təsəvvürlərin irsi qaydada ötürüldüyü qənaəti- nə gəlmək düzgün deyil. Çünki belə bir ehtimalın sübutu çox çətin, bəlkə də qeyri-mümkündür. Mənim bu irsi xüsusiyyətlə bağlı ehtimalım ondan ibarətdir ki, eynilə bir-birlərinə bənzəyən və uyğun gələn fikirlər dəfələrlə meydana gələ bilər. Mən bu mümkünlüyü arxetip adlandırmışam. Bu termin beyinlə əlaqəsi olan psixi strukturun əsas xüsusiyyətini və şərtini ifadə edir.” (Yunq, 1370, səh.205).
Yunqa görə, arxetip din çərçivəsinə daxildir və yuxular va- sitəsilə təzahür edir: “Şir, qızıl və hökmdar Günəşin simvolu, Gü- nəş isə həyat və sağlamlıq nişanəsidir. Bəzi ibtidai dinlərdə Gü- nəşə sitayiş edilmişdir. Bununla biz Günəşin nə üçün bir arxetip mövqeyində olduğunu müşahidə edə bilərik. (metafizik güc və qüvvə gündəlik və mövsümi çıxma və batma, həyat və ölüm, ruh dünyasına gecə səyahəti)”
Ana deyilərkən sözün əsl mənasında analıq qayğısı və nəva- zişi, fayda və təkrar həyat başa düşülür. Başqa bir mənaya görə, bər-bəzəkli dünya və ölüləri ağuşuna alan kimi başa düşülmüşdür. Ana müxtəlif formalarla simvolizə edilmişdir: İlahə və növ bəsləyi- cisi, bakirə və iffətli qız, dəniz, gecə və ay şəkillərində simvolizə edilmişdir. Onun şər yönü dərin su və qəbir şəklində simvolizə
edilir.
Ata ananın bənzəridir. Amma müdrik qoca simasında başqa
bir arxetipə də malikdir. Bu cəhət dərk, məzmun və etik xüsusiy- yətlərin simvoludur. Keşiş, müəllim və sair onun nümunələridir.
Uşaq həyat mənbələrini, inkişaf, yüksəliş, həmçinin, qeyri- adi inkişaf üçün olan gizli istedadı simvolizə edir. Uşaq simvolları bunlardır: meymun, cəvahirat və qızıl top.
Bəzən mağaralarda ilan və ya əjdahanın keşiyini çəkdiyi cəvahirat və qiymətli əşyalar xəzinə simvoludur. Xəzinə eqonun yüksəlişi, xilası və kəşfini ifadə edir.
Allah simvolu ümumilik, birlik və şəxsiyyətin kamillik ar- xetipidir (Arqayl, 2000, səh.105-106).
Yunq dini sözün son istifadəsinə uyğun şəkildə izah edilə bilən, qüvvələr (ruhlar, divlər və allahlar), qanunlar, ideyalar və ya insanın öz aləmində bu kimi amillərə verdiyi adlar şəklində təsəv- vür edilən dinamik və bəlli amillərin müşahidəsini ehtiva edən əqli meyl kimi izah edir. Bu qüvvələr insanın təsəvvüründə o qədər güclü, qorxulu, faydalı, məzmunlu, gözəl və əzəmətli təcəssüm edir ki, onlara qarşı sevgi bəsləyir, qarşılarında sitayiş edir. Mü- təşəkkil dinin müxtəlif mövqelərdə həyata keçirməyə çalışdığı məqsəd insanın təhlükəli və vulqar (nasizm, faşizm və s.) şəkil- lərdə təzahür edən, şüursuz həyat prosesini dramatik, qurbanlıq və xilas formalarında izah edən dərin ehtiyacları üçün qənaətbəxş formalar müəyyənləşdirməkdir.
Din – ruha xas olan bir haldır. Ona belə tərif vermək olar: “Din insanın “qalib qüvvə” adlandırdığı, ruhlar, şeytanlar, allahlar, qanunlar, arxetiplər və arzu olunan kamillik formasında təsəvvür etdiyi bəzi təsiredici amillərin maşhidəsi, xatırlanması və diqqət mərkəzində saxlanması vəziyyətidir. İnsan öz təcrübəsində elə amillərlə qarşılaşmışdır ki, ya onları diqqət mərkəzində saxlaya- caq qədər güclü və qüdrətli, ya da onları seviləcək, qarşılarında səcdə ediləcək qədər böyük, gözəl və məzmunlu hesab etmişdir. Bu amillərə müxtəlif adlar qoymuşdur. İngilis dilində kiminsə hər hansısa bir işə ürəkdən maraq göstərdiyini demək istədikdə “onun bu işə təqribən dini marağı var” deyirlər... Din termini müqəddəs və işıqlı bir keyfiyyətin təsiri ilə dəyişmiş vicdanın xüsusi vəziy-
yətinin ifadəsidir... Hər bir məslək bir tərəfdən müqəddəs və işıqlı keyfiyyət hissinə, digər tərəfdən imana, yəni sədaqət, müqəddəs və işıqlı amillərin təsirinə etimada əsaslanır və insanın vicdanında- kı dəyişikliklərə təsir göstərir.” (Yunq, 1370, səh.7-8).
Yunq bu əsərin başqa bir yerində din və Allah anlayışlarını belə izah edir: “Din insanın müsbət və mənfiliyindən asılı olmaya- raq, ən ali və ən qüdrətli “dəyər”lə əlaqəsidir. Bu əlaqə həm ixti- yari, həm də qeyri-ixtiyari olur. Belə ki, insan sözügedən dəyəri, yəni şüursuz şəkildə insana hakim kəsilmiş çox qüdrətli daxili amili şüurlu şəkildə qəbul edə bilər. İnsan varlığında ən böyük gücü yaradan psixoloji həqiqət özünü Allah kimi göstərir. Buna görə də Allah hər zaman ən qüdrətli psixoloji amilə şamil edilir... Allah insan ruhiyyəsinin ən güclü təsirli amilidir. Hər bir fərdin ruhiyyəsindəki ən güclü və təsirli amil Allahın insandan gözlədiyi imanı, qorxunu, tabeliliyi və səmimiyyəti yaradır. Hər bir qalib və qaçılmaz amil bu mənada Allahdır. İnsan azad şəkildə qəbul etdiyi etik qərar vasitəsilə bu təbii hadisə qarşısında möhkəm və dağıl- maz bir səngər yaratmadığı təqdirdə sözügedən amil qeyd-şərtsiz- lik forması alır. Əgər belə bir psixoloji səngər qeyd-şərtsiz təsirə malik olarsa, həqiqətən onu Allah, xüsusilə “psixoloji allah” ad- landırmaq olar. Çünki azad bir etikadan, nəticədə, insan zəkasın- dan yaranmışdır.” (Yunq, 1370, səh.162 və 174).
Əlbəttə, buradan belə başa düşülməməlidir ki, insan özü üçün Allah yaradır. Əslində, məqsədimiz insanın bir növ seçimini izah etməkdir: “... Güclər və qüvvələr hər zaman varlığımızda mövcuddur. Biz onları yarada bilmərik, buna lüzum da yoxdur. Xidmət müqabilində bizi seçmədiyimiz başqa birisinin hakimiy- yətindən qoruyacaq xidmət obyektini seçməyə gücümüz çatmaz. İnsan Allahı yaratmır, seçir.” (Yunq, 1370, səh.176).
Yunqa görə, Allah həyatın mənasını insanın ruhuna kodlaş- dırmışdır: “Mifik hökmlərə ehtiyac bizim mənəvi tamlığımız, yəni şüurluluq və şüursuzluq arasındakı əlaqədən qaynaqlanan dünyaya inamımız olduğu zaman təmin olunur. Mənasızlıq həyatın zəngin- ləşməsinə mane olur, buna görə də xəstəliyin sinonimi hesab edi- lir. Məna çox şeyi, bəlkə də hər şeyi dözülən edir. Heç bir elm əsla mifologiyanın yerini almayacaq. Hər hansı bir elmdən yaranması
da mümkün deyil. Buna görə də Allah bir mif deyil. Mifologiya insanın ilahi həyatından ilhamlanır. Mifologiyanı biz yaratmırıq, o Allahın bir kəlamı kimi bizimlə danışır.” (Yunq, 1371, səh.347).
Allah arxetipi metafizik deyil, eyni zamanda təcrübə üçün bir vasitədr: “Əgər Allahı bir arxetip kimi təqdim edəriksə, o za- man onun həqiqi təbiəti haqqında heç nə danışmarıq, belə izah edərik ki, Allah bizim ruhumuzun qədim şüurluluğa aid hissəsində öncədən yer almışdır. Buna görə də onu şüurluluğun ixtirası hesab edə bilmərik. Biz onu nə uzaqlaşdırırıq, nə də məhv edirik. Bu və- ziyyət çox əhəmiyyətlidir. Çünki təcrübə oluna bilməyən asanlıqla yoxluq kimi təsəvvür edilə bilər. Bu təsəvvür çox əhəmiyyətlidir. Allaha inananlar ibtidai şüursuzluğun bərpası istiqamətindəki fəa- liyyətlərində yalnız allahtanıma görürlər. Əgər allahtanımanın şa- hidi olmasaydılar, mistikanı, yəni bir psixoloji reallığın birləşdirici Allahından başqa hər şeyi görərdilər. Şüursuzluqda olduğu kimi.” (Yunq, 1371, səh.355-356).
Yunqun dinlə bağlı izahlarından biri budur ki, din insanı məhdudiyyət və puçluqdan xilas edib sonsuzluğa qovuşdurur: “Yeganə mühüm mövzunun yalnız sonsuzluq olduğunu bilmə- yimiz kifayət edər ki, biz gerçək əhəmiyyəti olmayan məqsədlərə və əbəs davranışlara maraq göstərməkdən, ürək bağlamaqdan əl çə- kək. Əgər bu həyatda sonsuzluqla hər hansı bir əlaqəyə malik oldu- ğumuzu dərk və hiss etsək, istəklərimiz və vəziyyətlərimiz dəyişər. Son təhlildə biz yalnız bir cövhər daşıyıcısı olduğumuz üçün nə isə hesab edilirik, əgər ona malik olmasaydıq, həyatın mənası olmazdı. Bizim başqa insanlarla münasibətlərimizdə əsas məsələ ondan iba- rətdir ki, bu münasibətlərdə sonsuz bir substansiya təzahür edir... Əsrimiz buraya və indiyə əsaslanır, buna görə də insan və onun dünyasının əhrimən xarakterinin meydana gəlməsinə səbəb olur. Diktatorlar fenomeni və onların səbəb olduğu bədbəxtliklər intel- lektuallara əhəmiyyət verilməməsi səbəbilə insanların təlimlərdən məhrum olmasından qaynaqlanır. O, da onlar kimi şüursuzluğun qurbanı olmuşdur. Halbuki, insanın vəzifəsi tam qarşı mövqe ilə müəyyən edilir. Yəni insanın vəzifəsi şüursuz eqodan püskürən məzmunlardan xəbərdar olmaqdır.” (Yunq, 1371, səh.32).
Yunqun gördüyü ən mühüm işlərdən biri psixologiya ilə din
arasında bir əlaqələndirici vasitə kimi, kimyagərlik elminə dəlik açmaq olmuşdur. O, kimyagərlik elminə aid çoxlu sayda kitablar oxuduqdan və araşdırma apardıqdan sonra kimyagərlik elmindəki təsvirlərlə adətən yuxu və şüursuz eqo vasitəsilə aşkara çıxan dini simvollar arasında bir oxşarlığın, hətta vəhdətin olduğunu kəşf etdi: “Nəhayət Paraselsus vasitəsilə (1942) kimyagərlik təbiətini dinlə psixologiyanın əlaqəsində, başqa sözlə desək, kimyagərliyi dini fəlsəfənin formalarından biri kimi tədqiq edə bildim və “Psi- xologiya və kimyagərlik” (1944) əsərində bu məqsədə nail oldum. Mən qapını təkcə xristianlıq ismarıcının üzünə açmıram, onu Qərb insanı üçün əhəmiyyətli məsələlərdən hesab edirəm. Hər halda, bu ismarışa yeni çərçivədə, müasir ruhun yaratdığı dəyişikliklərə uyğun şəkildə baxmaq lazımdır...”
Mənim analitik psixologiya ilə xristianlıq arasında əlaqə yaratmaq üçün göstərdiyim səylər Məsih probleminin psixoloji bir şəxsiyyət problemi kimi diqqət mərkəzində qərarlaşması ilə nəticələndi. “Kimyagərlik psixologiyası” əsərində Məsihin şəxsiy- yəti ilə kimyagərlərin əsas təsəvvürü arasındakı oxşarlığı göstər- məyə çalışdım. Nəccar oğlu İsa Məsih müjdə verdi və dünyanı xi- las etdi... Daha ciddi kimyagərlər də fəaliyyətlərinin məqsədinin köhnə dəmir-dümürün mahiyyətini qızıla çevirmək yox, naməlum bir qızıl (fəlsəfi qızıl) yaratmaq olduğunu başa düşmüşdülər. Baş- qa sözlə desək, onların işi mənəvi dəyərlər və psixi dəyişiklik idi (Yunq, 1371, səh.216-219).
Yunq imanla dini ayinlər arasında möhkəm bir əlaqə oldu- ğunu düşünür, ayinlərdəki mənəvi və müqəddəs halın olmasını ila- hi səbəbə imanla izah edir: “Müqəddəs və parlaq keyfiyyət səbəbi nə olursa olsun, insanda qeyri-ixtiyari baş verən haldır. Dini təlim- lərə, özünü hər yerdə və bütün dövrlərdə büruzə verən etiqada əsasən, fərdin alıb getdiyi halı onun varlığından kənarda olan bir səbəbə aid etmək lazımdır. Müqəddəs və parlaq keyfiyyət ya gözlə görülə bilən bir nəsnənin xüsusiyyətindən, ya da vicdanda xüsusi dəyişikliklərə səbəb olan, lakin gözlə görünməyən varlığın təsirin- dən ibarətdir... Dini ayin və mərasimlərin çoxu müqəddəs və par- laq keyfiyyəti iradi davranışla, yəni dua, zikrlər, qurban, digər yo- qa təlimləri kimi sehrli davranışlar vasitəsilə yaratmaq məqsədilə
həyata keçirilir. Amma bu təmrinlər obyektiv və xarici varlığı olan bir ilahi səbəbə imana əsaslanır. ” (Yunq, 1371, səh.6).
Nəhayət Yunq “Müasir insanın ürək axtarışı” əsərində din- darlığın insanın daxili dərdlərinə əlac olduğunu və ruhi xəstəlik- lərin qarşısını aldığını, psixoloji travmaların müalicə oluna biləcə- yini yazır: “Həyatlarının ikinci yarısında (yəni 30-35 yaşlarından sonra) qarşılaşdığım xəstələr arasında elə birini tapmadım ki, hə- yatının ən son anında dini baxış problemindən başqa bir problemi olsun. Əminliklə deyə bilərik ki, onların hamısı hər bir dövrün canlı dinlərinin öz davamçılarına təklif etdiklərindən məhrum ol- duqları üçün xəstəliyə düçar olublar. Xəstələrin heç biri öz dini baxışını bərpa etmədən həqiqi sağlamlığına qovuşmamışdır.” (Yunq, 1933, səh.284).
Yunqun din psixologiyası ilə bağlı fikirlərini konkretləşdi- rərək aşağıdakı kimi təqdim etmək olar:
Kollektiv şüursuzluq fərdi şüursuzluq çərçivəsində bəşər tarixindən əvvəl mövcud olmuş əzəli təsvirləri (arxetipləri) ehtiva edir;
Arxetiplər kollektiv şüursuzluqda bizi bəzi ideyalar, yu- xular, illüziyalar, dini və mifik inanclardan faydalanmağa hazırlaş- dıran abstrakt formalardır. Bütün dinlərin mərkəzi strukturunu kölgə şəxsiyyətlər təşkil edir;
Müasir insan üçün yeganə spesifik dintanıma üsulu şüur- suzluqdur;
Kollektiv şüursuz eqo və arxetiplər irsi deyil, psixi struk- turun əsas xüsusiyyətidir;
Din insanın ruhlar, şeytanlar, allahlar, qanunlar, arxetiplər və arzu olunan kamillik formasında təsəvvür etdiyi, hər zaman qarşısında təzim və sitayiş etdiyi, diqqət mərkəzində saxlanmasını lazım bildiyi “qalib qüvvəyə” diqqət və müşahidə vəziyyətidir. Din ən ali və ən qüdrətli müsbət və ya mənfi dəyərdir (insan ru- hiyyəsindəki ən güclü və təsirli amildir);
Psixoloji Allahla (Allahın insan ruhundakı mövcudluğu) xarici aləmdəki metafizik Allah fərqlidir;
Allah bizi insan psixikasına xas olan həyat məzmunu ilə təmin edir ,bizi sonsuza qovuşdurur, faydasızlıqdan və məhdudiy-
yətlərdən xilas edir;
Kimyagərlik elmi (qədim kimya elmi deyil, fəlsəfi məna- da) psixologiya ilə din arasında əlaqələndirici vasitədir, miflərin və kimyagərlik təsvirlərinin çoxu yuxulardakı dini simvollarla və arxetiplərlə eynidir;
Ayinlərin müqəddəs və parlaq keyfiyyəti xarici aləmdə obyektiv reallığı olan ilahi səbəbə - imana əsaslanır;
Dindarlıq insanın psixi və ruhi xəstəliklərinin sağalma- sına, ondan məhrum olma isə xəstəliyə səbəb olur.